TÜRKİYƏNİN ƏN GÜCLÜ PARTİYASI: seçicilər kimə "hə" deyir? - SON SORĞUNUN NƏTİCƏSİ

TÜRKİYƏNİN ƏN GÜCLÜ PARTİYASI: seçicilər kimə \"hə\" deyir? - SON SORĞUNUN NƏTİCƏSİ

SİYASƏT

Bugün, 11:45

CHP-nin parçalanması, üstəlik, ölkədəki gərgin siyasi atmosfer şəraitində Türkiyədə daha bir seçki sorğusu keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu dəfə GENAR Araşdırma Mərkəzi ölkədə partiyalarının gücünü ölçən sorğunun nəticəsini açıqlayıb.

Məlumata görə, mərkəzin əməkdaşları 2026-cı ilin avqust ayının 20-dək keçirdiyi sorğuda "Bu bazar seçki olsa, hansı partiyaya səs verərsiniz" sualı ilə respondenlərə üz tutub: "Nəticələrə əsasən, AK Partiya 34,9% səslə birinci, Yeni Partiya 19,1% səslə ikinci, CHP-nin səsi isə 7% olub. Beləiklə, sıralama belədir:

AK Partiya: 34.9%

Yeni Partiya: 19.1%

Demokrat Partiyası: 10.1%

MHP: 8.5%

İYİ Partiyası: 8.3%

CHP: 7.0%

Zəfər Partiyası: 3.3%

Anahtar Partiyası: 2.8%

Yeniden Rifah Partiyası: 2.1%

Digər: 3.1%".

Mərkəz daha sonra "Terrorsuz Türkiyə" prosesi ilə bağlı seçicilərin fikirlərini soruşulub.

Məlumata əsasən, iştirakçıların 61.6%-i prosesi dəstəklədiyini, 38.4 faizi isə "yox" dediklərini bildirib.

F.Səfərli

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR