Hansı əhali qrupları riskli davranışa malik insanlar hesab edilir? - Açıqlama
CƏMİYYƏT
21.08.2026, 17:40
Ölkədə yüksək riskə malik əhali qrupları arasında insanın immunçatışmazlığı virusu (İİV) əleyhinə profilaktika işləri Qeyri Hökumət Təşkilatları (QHT) tərəfindən davam etdirilir.
Bununla bağlı Mia.az-a məlumat verən “Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva bildirir ki, profilaktika proqramları müxtəlif QHT-lər tərəfindən 3 hədəf qrupu arasında keçirilir:
- Məlum olduğu kimi, zərərin azaldılması proqramları İİV-lə mübarizədə ən effektiv usul olaraq bütün dünyada tanınır və qəbul olunur. Dünya Səhiyyə Təşkilatı bildirir ki, bu proqramlar vasitəsilə risk qrupu arasında İİV-ə yoluxma hallarını aşağı salmaqla yanaşı, İİV-ə yoluxmanı vaxtında aşkar etmək və müalicəyə yönəltmək mümkün olub. Ölkəmizdə bu proqramlar 2006-cı ildən AİDS, Vərəm və Malyariya üzrə Qlobal Fond tərəfindən həyata keçirilir və layihənin əsas resipienti Səhiyyə Nazirliyidi. Bizim təşkilat həmin ildən bu proqramları riskli davranışa malik əhali qrupu olan qadınlar arasında həyata keçirir.
- Hansı əhali qrupları riskli davranışa malik insanlar hesab edilir?
- Müxtəlif ölkələr üzrə risk qrupları dəyişir. Layihənin ilk illərində bizim QHT-lər küçə uşaqları, miqrantlar, gənclər, məhbuslar arasında da işləyirdi. Lakin sonradan, kəşfiyyat-epidemioloji nəzarət layihələrinin köməyilə bizim ölkə üzrə əsas hədəf qrupları və onların sayı müəyyənləşdirildi. Hazırda zərərin azaldılması proqramları yalnız inyeksion narkotik istifadəçiləri (İNİ), seks xidməti göstərən qadınlar, KSK (kişilərlə seks edən kişilər) və transgenderlər arasında həyata keçirilir. Zərərin azaldılması proqramları nəticəsində ölkəmizdə İNİ vasitısilə İİV-in yayılması hallarında böyük azalma qeydə alınıb. Əksinə, KSK, transgender və heteroseksual münasibətlər vasitəsilə yoluxmalar artıb. Bizim təşkilatın hədəf qrupu seks xidməti göstərən qadınlardı. Bundan başqa, bizim ölkədə anadan uşağa vertikal yolla İİV-in yoluxması da hələ davam edir. Biz bu vəziyyətin qarşısını ala bimirik. Halbuki, bəzi ölkələr bu yolla yoluxmanı tam şəkildə ləğv edib.
- Zərərin azaldılması proqramları çərçivəsində sizin hədəf qrupu arasında hansı işlər görülür?
- Bu proqramlar İİV-lə mübarizəni nəzərdə tutur. Biz insanların həyat tərzinə və olduğu sosial vəziyyətə qarışmırıq. Çünki bu, zərərin azaldılması proqramlarının fəlsəfəsinə ziddir. İnsanlar olduğu yerdə, istənilən situsiyada sadəcə davranışını dəyişməlidi. Biz onlara davranışı dəyişdirməyi izah edir, bunun üçün steril materiallarla təmin edir, İİV barədə məlumatlandırır və müayinəyə yönəldir, müalicəyə sadiq qalmağı təşviq edirik. Layihə mütəxəssisləri onlara ehtiyac olduğu halda psixoloji, narkoloji və hüquqi dəstək göstərir. Autriclər sosial müşayiət edir. Bütün hədəf qrupu arasında İİV-lə yaşayan insanlar var və onların arasında fəaliyyət isə spesifik xüsusiyyətləri ilə seçilir. Bu işlər davamlı və uzunmüddətli fəaliyyəti nəzərdə tutur.
Hüseyn
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:06 CƏMİYYƏT
-
“Azərduz”un içindən qum dənələri və xırda daşlar çıxıb - FOTO
23.10.2026, 23:22 İQTİSADİYYAT
-
TRAMPIN XANIMI DA SİYASƏTƏ ATILDI - Ukraynadakı bir bölgə üçün atəşkəs mesajı verildi
23.10.2026, 22:47 GÜNDƏM
-
Baxçalı Azərbaycan səfiri ilə bir arada: "Türkiyə ilə Azərbaycanın bir-birinə olan etimadı qorumaq..."
23.10.2026, 20:30 SİYASƏT
-
"Türkiye Sığorta" şirkətinin istefa verən direktoru yenidən saxlanılıb
23.10.2026, 20:03 KRİMİNAL
-
Gəncədə beşaylıq körpə ölüb
23.10.2026, 19:55 CƏMİYYƏT
-
Hacıqabulda müşavirə - Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı tapşırıqlarından irəli gələn vəzifələr müzakirə olunub + FOTOLAR
23.10.2026, 19:47 CƏMİYYƏT
-
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi vurulub - XİN açıqlama yaydı
23.10.2026, 19:01 GÜNDƏM
-
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
23.10.2026, 19:01 YAZARLAR
-
Moskvada 4 hava limanında uçuşlar dayandırıldı - Dron hücumu var
23.10.2026, 18:53 GÜNDƏM
-
İordaniyada kilsəyə hücum: 9 əfər öldürülüb - FOTOLAR
23.10.2026, 18:47 DÜNYA
-
MHP lideri: "Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması vacibdir"
23.10.2026, 18:34 SİYASƏT
-
Dövlət Baxçalı qurultaya gedir
23.10.2026, 18:28 SİYASƏT
-
Yılmaz Vural Türkiyədə futbol klubu alıb
23.10.2026, 18:20 İDMAN
-
Klub prezidentindən futbolçulara sərt xəbərdarlıq: "Özünüzü əfv etdirmək istəyirsinizsə..."
23.10.2026, 18:12 İDMAN
-
Türkiyənin 47 illik nəhəng şirkəti müflis olub - 4000-dən çox tərəfdaşı var!
23.10.2026, 18:07 İQTİSADİYYAT
-
Milli Məclisin növbəti iclasında hansı qanunlara dəyişiklik olunacaq? - SİYAHI
23.10.2026, 18:00 GÜNDƏM
-
Müğənni Murat Boz Hadisənin bu şəkillə yada saldı - FOTO
23.10.2026, 17:59 ŞOU-BİZNES
-
"Fənərbaxça"nın ingilis müdafiəçisi derbiyə belə hazırlaşır - FOTO
23.10.2026, 17:48 İDMAN
-
“Baku Steel Company”də struktur dəyişiklikləri və yeni təyinatlar aparılıb
23.10.2026, 17:35 İQTİSADİYYAT
-
Rayonlarda yağıntılı hava iki gün davam edəcək - Xəbərdarlıq
23.10.2026, 17:30 GÜNDƏM
-
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
23.10.2026, 17:13 CƏMİYYƏT
-
Mərkəzi Bankda yeni təyinat olub
23.10.2026, 17:08 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
23.10.2026, 17:00 İQTİSADİYYAT
-
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama: nələr üzə çıxdı? - Nöqsanlarla bağlı 4 quruma məlumat göndərildi
23.10.2026, 16:46 CƏMİYYƏT
-
Arif Mərdanov kollektivə belə təqdim edildi - FOTO
23.10.2026, 16:17 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Fərman imzalayıb
23.10.2026, 16:05 GÜNDƏM
-
Əli Kərimlinin işi məhkəməyə göndərildi
23.10.2026, 15:56 SİYASƏT
-
Bakı, Gəncə və Sumqayıtda əməliyyat: 82 kiloqram narkotik vasitə və...
23.10.2026, 15:51 KRİMİNAL
-
Arsen Venger Bakıda - FOTO
23.10.2026, 14:05 İDMAN
-
Milli Məclisin növbəti iclasının vaxtı bəlli oldu
23.10.2026, 13:48 GÜNDƏM
-
Azərbaycan və Hindistan XİN başçısı bir arada: "Son illər bir sıra məsələlərdə fikir müxtəlifliyi olub, amma..." - Yeni əməkdaşlıq mesajları verildi (Yenilənib)
23.10.2026, 13:42 SİYASƏT
-
"Aqrar sahə haqqında" qanun layihəsi qəbul olunub
23.10.2026, 13:35 İQTİSADİYYAT
-
PUTİNDƏN MÜSAHİBƏ: "Bu, bir növ siyasi şizofreniyadır, ümid edirəm ki..." - "Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil"
23.10.2026, 13:08 SİYASƏT