Deputatın adıyla hallanan şirkət daha bir tenderə sahibləndi - 50 milyon manatlıq

Deputatın adıyla hallanan  şirkət daha bir tenderə sahibləndi - 50 milyon manatlıq

İQTİSADİYYAT

Bugün, 16:34

Milli Onkologiya Mərkəzi (VÖEN: 1300597461) tibbi, digər avadanlıq və inventarların satın alınması tenderi yekunlaşdırıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi “Azəri Med” MMC olub. Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin dəyəri 50 milyon 320 min manat təşkil edib.

Qeyd edək ki, “Azəri Med” MMC 2004-cü ildə yaradılıb. Nizamnamə kapitalı 8 milyon 255,5 min manat olan şirkətin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur. Şirkət Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov ev.30F hüquqi ünvanında yerləşir.

Xatırladaq ki, "Azəri Med"in deputat Kəmaləddin Qafarova məxsus olduğu haqda mediada təkzib edilməyən materiallar var.

Onu da qeyd edək ki, Kəmaləddin Qafarov artıq üç çağırışdır ki, deputatdır. O, birinci dəfə 2015-ci ildə deputat seçilib. Parlamentdə 9 saylı Binəqədi ikinci seçki dairəsini təmsil edir.

MİA.AZ  

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR