Əbülfəz Elçibəyin oğlu: "Ailəmlə məsələni məsləhətləşdim, qərara gəldik ki..."

Əbülfəz Elçibəyin oğlu: \"Ailəmlə məsələni məsləhətləşdim, qərara gəldik ki...\"

SİYASƏT

Bugün, 11:21

Meydan hərəkatının fəal iştirakçısı Nemət Pənahlının mərhum eks-prezident Əbülfəz Elçibəylə bağlı səsləndirdiyi ittiham qalmaqala səbəb olub.

Nemət Pənahlı iddia edir ki, Əbülfəz Elçibəy 80-ci illərin sonlarında vüsət alan Meydan hərəkatı zamanı toplanmış 10 milyon manatı mənimsəyib. İttihamı rədd edən mərhum eks-prezidentin oğlu Ərturqut Əliyev Nemət Pənahlını məhkəməyə verəcəyini bildirib.

Mia.az xəbər verir ki, Modern.az Elçibəyin oğlu ilə əlaqə saxlayaraq, onun məhkəməyə müraciət edib-etmədiyini dəqiqləşdirməyə çalışıb.

Saytımıza açıqlamasında Ərturqut Əliyev bildirib ki, Nemət Pənahlını məhkəməyə verməkdən vaz keçib: "Onu məhkəməyə verməkdən vaz keçdim. Buna dəyməz. Ailəmlə məsələni müzakirə edib məsləhətləşdim. Qərara gəldik ki, belə bir addım atmağa lüzum yoxdur".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR