Rumıniyanın Maramureş regionu ilə Qarabağın rayonları arasında iqtisadi əlaqələr genişlənir - AçIQLAMA + FOTOLAR
İQTİSADİYYAT
Bugün, 17:43
Rumıniyanın Maramureş regionu ilə Qarabağın Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları arasında iqtisadi əlaqələrin genişlənməsi istiqamətində danışıqlar aparılıb.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın Rumıniyadakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkənin Maramureş regionunun Ticarət və Sənaye Palatasının sədri Florenrin Nikolae Tuş ilə görüş keçirib.
Görüşdə Maramureş regionunun iş adamları və yerli sahibkarlar iştirak ediblər.
Görüşdə Azərbaycanın Qarabağ regionu ilə Rumıniyanın Maramureş regionu arasında əməkdaşlığın inkişaf perspektivləri və biznes əlaqələrin genişlənməsi məsələləri müzakirə olunub.
Maramureşin Ticarət və Sənaye Palatasının sədri Florenrin Nikolae Tuş birbaşa təmasların qurulması, ticarətin artırılması məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsində maraqlı olduqlarını qeyd edib.
Elçin Yusubov öz növbəsində Qarabağda aparılan genişmiqyaslı tikinti və infrastruktur layihələri, investorlar üçün yaradılan əlverişli şərait və vergi imtiyazları barədə qarşı tərəfə geniş məlumat verib. O, Azərbaycan ilə Rumıniya arasında mövcud olan ticarət dövriyyəsinin müsbət dinamikasından söz açaraq, regionlararası əməkdaşlığın inkişafının iqtisadi göstəricilərin daha da şaxələndirilməsi üçün əlavə imkanlar yaradacağını qeyd edib. Elçin Yusubov Maramureş iş adamları və yerli sahibkarları Qarabağa səfər etməyə dəvət edib.
Tərəflər əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
İqtisadi əməkdaşlığın inkişafı müstəvisində Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun başçılıq etdiyi nümayəndə heyəti Maramureşdə yerləşən və Avropanın iri mebel istehsalçılarından biri olan “Aramis” fabrikini ziyarət edib, istehsalat ilə tanış olublar. Mebel fabrikinin rəhbərliyi Qarabağ ilə əməkdaşlığa maraq göstərərək, yaxın zamanda bölgəyə səfər etmək niyyətini ifadə ediblər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Rumıniyanın Maramureş regionu ilə Qarabağın rayonları arasında iqtisadi əlaqələr genişlənir - AçIQLAMA + FOTOLAR
Bugün, 17:43 İQTİSADİYYAT
-
General Abbasəli Novruzov vəfat edib
Bugün, 13:55 CƏMİYYƏT
-
Zaur İsmayılov bu komandanın baş məşqçisi təyin olundu
Bugün, 10:40 İDMAN
-
Bölgələrdə yağış yağır
Bugün, 10:27 GÜNDƏM
-
“Ana oturub uşağının yanında qəlyan çəkir, bu uşaqın aqibəti necə olacaq?" - İqbal Ağzadə
Bugün, 10:00 SİYASƏT
-
"Ağıllı ol, əlimdə oteldə çəkilən videoların var" - Müğənnilər Damla ilə İradə arasında qalmaqal
Bugün, 00:05 MƏDƏNİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
Bəhram Bağırzadədən kuryerə gözlənilməz jest: "Sür, get"
Bugün, 00:02 ŞOU-BİZNES
-
Konqres Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırılıb
15.08.2026, 23:49 SİYASƏT
-
Ölümcül virusa yoluxan türkiyəli jurnalist vəsiyyətini açıqladı: "Belə öləcəyimi heç vaxt düşünməzdim" - VİDEO
15.08.2026, 19:52 PRESS
-
VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN... - Deputat yazır
15.08.2026, 19:26 YAZARLAR
-
Zakir Həsənovun ən gənc müavini: o, kimdir ki?
15.08.2026, 18:49 CƏMİYYƏT
-
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
15.08.2026, 18:19 İDMAN
-
Müğənni Pəriyar Məmmədova döyüldü: "Alnım şişib, gözümün altı göyərib"
15.08.2026, 17:44 FOTOQALERİYA
-
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama
15.08.2026, 17:00 GÜNDƏM
-
Deputatın oğlu MİT-ə qəbul olundu
15.08.2026, 16:40 SİYASƏT
-
Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - Xəbərdarlıq
15.08.2026, 14:15 GÜNDƏM
-
"Cavid Qurbanovun o sərvəti haradandır? Əgər sabah ona cinayət işi açılsa..." - Şair nazir müavininə elə mesaj verdi ki...
15.08.2026, 14:01 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
15.08.2026, 13:31 GÜNDƏM
-
"Orada kim təxribatla məşğul olur? - İcra başçısı sakininin şikayətini yarıda kəsdi, idarə rəisini sərt formada sorğu-suala tutdu (VİDEO)
15.08.2026, 12:45 GÜNDƏM
-
Xaçmazda atalar oğlanlarını bıçaqlayıb
15.08.2026, 12:25 KRİMİNAL
-
Azərbaycanın Qarabağ regionu ilə Rumıniyanın Maramureş regionu arasında yeni razılaşmalıar olub - FOTOLAR
15.08.2026, 11:53 SİYASƏT
-
Böyükşor gölü yaşıl rəngə boyanıb: nə baş verir? - "Laborator analizlər aparılır"
15.08.2026, 10:46 CƏMİYYƏT
-
28 May və Nizami stansiyaları arasında qatarların hərəkəti dayandırıldı - Avtobus işə salındı
15.08.2026, 10:20 GÜNDƏM
-
Nazirlikdən küləkli hava ilə bağlı - Xəbərdarlıq
15.08.2026, 09:38 GÜNDƏM
-
Azərbaycan nefti 92 dollara satılır
15.08.2026, 09:11 İQTİSADİYYAT
-
Bitki yağlarında TƏHLÜKƏLİ maddələr - Adlar, ölkələr...
15.08.2026, 00:24 İQTİSADİYYAT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
15.08.2026, 00:08 GÜNDƏM
-
İmmobile aktiv futbolla vidalaşdı - AÇIQLAMA
14.08.2026, 23:15 İDMAN
-
AK Partiyanın 25 illik yubileyi - Ərdoğan dronların yaratdığı görüntülərdən məst oldu (FOTO)
14.08.2026, 22:26 GÜNDƏM
-
Xoşqədəm: "Sabah nə olacaq, düşünməyin"
14.08.2026, 22:12 PRESS
-
“Ürəyim tək sənin üçün döyünür hər dəfə” - Xalq artisti kimə aşiq olub?
14.08.2026, 21:50 ŞOU-BİZNES
-
"MƏNİ TƏLƏYƏ SALDILAR, İÇƏRİ GİRƏN KİMİ..." - Zorlamaya cəhd ittihamı ilə döyülən deputat spikerdən toxunlmazlığının ləğvini istədi
14.08.2026, 21:36 SİYASƏT
-
Qubada zəlzələ olub (Yenilənib)
14.08.2026, 21:08 GÜNDƏM