Ölümcül virusa yoluxan türkiyəli jurnalist vəsiyyətini açıqladı: "Belə öləcəyimi heç vaxt düşünməzdim" - VİDEO

Ölümcül virusa yoluxan türkiyəli jurnalist vəsiyyətini açıqladı: \"Belə öləcəyimi heç vaxt düşünməzdim\" - VİDEO

PRESS

Bugün, 19:52

Türkiyəli jurnalist Sərdar Akınan xalq arasında “sümükqıran xəstəliyi” kimi tanınan "Denqe virusu"na yoluxub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə jurnalistin özü videomüraciət yayıb.

O, "Aedes" ağcaqanadlarının daşıyıcısı olan yüksək qızdırma, halsızlıq və səs batıqlığı hiss etdikdən sonra Denqe Virusuna (Denqe/Sümükqıran xəstəliyi) yoluxduğunu təsdiqləyib.

Uzun illər savaş zonalarında olduğunu, maşınına atəş açıldığını və minalanmış sahələrdən keçdiyini xatırladan Akinan indi üzləşdiyi virusun ona tamam fərqli ağrı yaşatdığını dilə gətirib:

"Mən elə təhlükəli mühitdə oldum ki... Bəlkə də yüzlərlə güllə yanımdan keçdi... Amma heç vaxt belə öləcəyimi düşünməzdim. Xəstəxanaya gedəndə həkim bunun Aedes ağcaqanadları tərəfindən ötürülən Dengue virusu olduğunu dedi. Onlar müalicənin olmadığını, sadəcə bol su içməli olduğumu və aspirin kimi qanı durulaşdıran dərmanların qanaxmaya səbəb ola biləcəyini dedilər..."

Serdar Akinan öləcəyi təqdirdə kremasiya (cəsədiin yandırılması-Mia.az) edilməsini istəyib: "Ailəmə vəsiyyətimi etdim, öləndən sonra külümü və sümük qalıqlarımın Qara dəniz bölgəsinə (Pokut Yaylası), Kızılırmak, Yeşilırmak, Dəclə və Fərat çaylarına, Tendürek dağına, Ağrı dağına və Egeyin Ovacık və Bozburun (Adaboğazı) bölgələrinə, Bosfor boğazına, digər bir hissəsinin isə atamın və Çanaqqala müharibəsinin veteranı olan babamın dəfn olunduğu Zincirlikuyudakı ailə qəbiristanlığına səpələnməsini xahiş etdim...".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR