Bitki yağlarında TƏHLÜKƏLİ maddələr - Adlar, ölkələr...
İQTİSADİYYAT
15.08.2026, 00:24
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müxtəlif ölkələrdən idxal olunan bitki və palma yağlarının təhlükəsizlik göstəriciləri üzrə gücləndirilmiş nəzarət tədbirlər çərçivəsində bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarında uyğunsuzluqlar aşkar edilib.
Mia.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, laborator müayinələr nəticəsində təqdim olunan yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi– 3-MCPD (3-monoxlorpropan1,2-diol ) aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. O cümlədən, bir sıra ölkələrin müəyyən istehsalçılarına məxsus bitki yağı məhsullarının ölkə ərazisinə idxalına məhdudiyyətlər tətbiq edilib. AQTA bitki və palma yağlarının idxalı ilə məşğul olan sahibkarlıq subyektlərini məhsulların təhlükəsizlik göstəricilərinə və idxal zamanı müəyyən edilmiş qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırıb.
Bəs yağların və ölkələrin adları niyə açıqlanmır?
İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynovun Musavat.com-a açıqlamasına görə, istehlakçıya zərərli malların adı, satıldığı şəbəkələr, yığışdırıldıqdan və ya geri çağırıldıqdan sonra onların ictimai məhvetmə kimi faktlar təqdim olunmalıdır. “Nömrəsi, malın adı və hansı ölkədə istehsal olunduğu kimi məlumatların açıqlanması vacibdir. Çünki uzun illərdir Qida Təhlükəsizsəliyi Agentliyi "oxun atıb, yayını gizlətmək" prinsipi ilə işləyir. İllərdir yalnız su və ya şəkər kimi məhsullar haqqında çox qısa, ümumi açıqlamalar görmüşük. İstehlakçılar bu cür qeyri-müəyyən məlumatlardan sonra mənə zəng edib soruşurlar, amma mən də cavab verə bilmirəm.
İki il AQTA yanında İctimai Şuranın üzvü olsam da, qurumun istehlakçıyönümlü siyasət yürütməsinə nail ola bilmədim. Onların "mətbəxi”ndə nə baş verdiyi, kollegiyada hansı qərarların qəbul edildiyi barədə İctimai Şuranın üzvü kimi belə məlumat ala bilmirdim. Məhz bu səbəbdən İctimai Şuradakı fəaliyyətimdən tamamilə imtina etdim”,- deyə E.Hüseynov qeyd edib.
Ekspert əlavə edib ki, AQTA istehlakçılar üçün zəruri olan şəffaf məlumatları təqdim etməlidir: “Təəssüf ki, bu yoxdur və bu, agentliyin nöqsanlı cəhətidir. Bizdə dövlət qurumları yaradılanda ayaqları cəmiyyətdən üzülür, özlərini toxunulmaz hiss edirlər. AQTA elə bir mühit yaratmalıdır ki, bütün istehlakçılar onun könüllüsünə çevrilsin. Təəssüf ki, agentlik hələ ki bunu etməyə qadir deyil və ya etmək istəmir”.
Qeyd etmək yerinə düşər ki, AQTA 2026-cı ilin əvvəlində Qida Təhlükəsizliyi Reyestri yaradıb. Və bildirir ki, məqsəd əhalini vaxtında təhlükəli məhsullar barədə məlumatlandırmaq, şəffaflığı gücləndirməkdir. Daha vacibi isə budur ki, AQTA-nın “təhlükəli hesab edilən qida məhsullarının açıq reyestri” üzrə qaydalarında məhsulun adı, təhlükəli hesab edilməsinə əsas verən hal və qadağan olunmuş inqrediyentin adı kimi məlumatların açıqlanması nəzərdə tutulur.
AQTA özü də əvvəlki açıqlamalarında məhsulun adı, istehsalçısı, idxalçısı, mənşə ölkəsi, əmtəə nişanı, istehsal tarixi, aşkarlanan uyğunsuzluq və görülən tədbirləri ictimaiyyətə təqdim edib. Bu məsələdə isə vəziyyət bir az fərqlidir: AQTA-dan deyilir ki, insan sağlamlığı üçün təhlükə yarada bilən 3-MCPD aşkarlanıb və bəzi istehsalçılara məhdudiyyət qoyulub, amma hansı məhsulların, hansı ölkələrin və hansı istehsalçıların nəzərdə tutulduğu açıqlanmır. Bu, istehlakçı baxımından problem yaradır. Çünki vətəndaş “hansı yağdan istifadə etməməliyəm?” sualının cavabını bilmir. Üstəlik, AQTA özü istehlakçılara məhsulun adını və istehsalçı müəssisənin adını etiketdən yoxlamağı tövsiyə edir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ağdamda traktor minaya düşüb
Bugün, 00:12 GÜNDƏM
-
Məşhur aktyor evində öldürülüb? - Narkotik, gözləri, qolları və ayaqları ətrafında qançırlar...
05.09.2026, 23:49 MƏDƏNİYYƏT
-
Türkiyə Super liqası: "Fənərbağça" doğma meydanında uduzdu
05.09.2026, 23:25 GÜNDƏM
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
05.09.2026, 15:33 GÜNDƏM
-
Yenicag.az saytının 19 yaşı tamam olur
05.09.2026, 12:34 PRESS
-
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
05.09.2026, 11:28 İQTİSADİYYAT
-
Azərbaycan nefti ucuzlaşıb
05.09.2026, 09:25 İQTİSADİYYAT
-
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
05.09.2026, 09:07 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
05.09.2026, 00:12 CƏMİYYƏT
-
"Qalatasaray" qalib gəldi
04.09.2026, 23:28 İDMAN
-
Sabunçuda kollektorda qəza - Su çöllük əraziyə axır + VİDEO
04.09.2026, 23:15 CƏMİYYƏT
-
UEFA "Fənərbağça"nın oyunçularını cəzalandırdı
04.09.2026, 21:49 İDMAN
-
İlham Əliyev və Mehriban Əliyeva Xalq artistinin müalicəsini nəzarətə götürüb
04.09.2026, 20:03 GÜNDƏM
-
Azərbaycan Süni İntellekt İnstitutu ilə Ankara Universiteti süni intellekt sahəsində rəsmi və akademik tərəfdaşlığa başlayır
04.09.2026, 19:57 GÜNDƏM
-
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
04.09.2026, 18:05 GÜNDƏM
-
ABŞERON SU İDARƏSİNDƏ YOXLAMA APARILDI: Mikayılov hansı qərarı verəcək?
04.09.2026, 18:05 GÜNDƏM
-
"Trabzonspor"un yeni baş məşqçisi kim olacaq? - Məşhurların adı hallanır
04.09.2026, 17:47 İDMAN
-
Dərnəgül tikinti bazarı hara köçürüləcək? - VİDEO
04.09.2026, 17:34 İQTİSADİYYAT
-
Formula 1 yarışlarına görə bağlanacaq məktəblər...
04.09.2026, 17:23 CƏMİYYƏT
-
"Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb" - Məleykə Abbaszadə
04.09.2026, 17:12 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
04.09.2026, 17:00 İQTİSADİYYAT
-
Sabah bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
04.09.2026, 16:48 GÜNDƏM
-
"Fənərbağça"nın müdafiəçisi bu klubla anlaşdı
04.09.2026, 16:30 İDMAN
-
İstanbulda 31 vəkil saxlanıldı - 39 vəkil bürosunda isə axtarış aparılıb + SİYAHI
04.09.2026, 16:18 GÜNDƏM
-
Arvadını döyən partiya sədrinin müavini istefa verdi - FOTOLAR
04.09.2026, 16:04 SİYASƏT
-
Ceyhun Bayramovla Qazaxıstanın yeni XİN başçısı arasında telefon danışığı olub
04.09.2026, 15:48 SİYASƏT
-
Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi və daha 3 nəfərə cinayət işi açıldı - TƏFƏRRÜAT
04.09.2026, 15:40 GÜNDƏM
-
Ceyhun Bayramov İsveçin yeni səfirini qəbul edib - Müzakirə + FOTO
04.09.2026, 15:33 SİYASƏT
-
Yardımlıda arxeoloji qazıntı: qədim insana məxsus sümüklər aşkarlanıb
04.09.2026, 15:14 MƏDƏNİYYƏT
-
İLHAM ƏLİYEV ONLARI VƏZİFƏYƏ TƏYİN ETDİ - Sərəncamlar
04.09.2026, 15:05 GÜNDƏM
-
Türkiyədə 6 klub və bir neçə klub rəsmisi cəzalandırılıb
04.09.2026, 14:37 İDMAN
-
TƏBİB RƏHBƏRİ ŞÖBƏ MÜDİRİNİ DİREKTOR TƏYİN ETDİ - O, kimdir?
04.09.2026, 14:21 CƏMİYYƏT
-
ÖLKƏDƏN QAÇAN GÖMRÜKÇÜ XARİCDƏ QANDALLANDI - Baş Prokurorluq məlumat yaydı
04.09.2026, 14:04 KRİMİNAL
-
Məşhur müğənnini səhnədə rüsvayçı vəziyyətə düşdü - FOTOLAR
04.09.2026, 13:53 ŞOU-BİZNES