"MƏNİ TƏLƏYƏ SALDILAR, İÇƏRİ GİRƏN KİMİ..." - Zorlamaya cəhd ittihamı ilə döyülən deputat spikerdən toxunlmazlığının ləğvini istədi

\"MƏNİ TƏLƏYƏ SALDILAR, İÇƏRİ GİRƏN KİMİ...\" - Zorlamaya cəhd ittihamı ilə döyülən deputat spikerdən toxunlmazlığının ləğvini istədi

SİYASƏT

Bugün, 21:36

Dünən səhərə yaxın 04.15-də qadınlar və onların yanında olan bir kişi tərəfindən (Hər üçü saxlanılıb və deputatı əxlaqsızda ittiham edirlər - Mia.az)qonaq olduğu evdə "cinsi təcavüz və zorlamaya cəhd" iddiaları ilə evdə döyülən və bu  gün isə barəsində qeyd edilən ittihamlarla Ankara prokurorluğu tərəfindən cinayət işi açılan CHP-nin Ədirnədən deputatı Ahmet Baran Yazqan, nəhayət,  səssizliyini pozub.

Mia.az  Türkiyə mətbuatına istinadla xəbər verir ki,  o, xalqa müraciətində özünü günahsız sayıb.

İddia edib ki, onu "tələ"yə salıblar. 

İrəli sürülən ittihamları rədd edən Yazqan bildirib ki, Ankaraya dönən kimi spikerə rəsmən müraciət edib, cinayət işinin daha şəffaf aparılması üçün ondan toxunulmazlığının qaldırılmasını xahiş edəcək: "Özüm, ailəmn və partiyam ciddi bir hücumla üz-üzədir. Baş verənlər xaincəsinə təşkil edilmiş tələdir. Bəli, hadisənin baş verdiyi evə israrla dəvət olundum. Heç danışmaq fürsətim olmadı.  Videoçəkilişindən əvvəl dəfələrlə başıma ağır stulla vurulduğ. İçkimə dərman qatıldığını da düşünürəm. Bunu edənlər Allahın və ədalətin qarşısında cavab verəcəklər".

CHP-li deputat bildirib ki, toxunulmazlığının ləğvindən sonra aparılan istintaqla günahı sübut olunsa, deputatlıqdan könüllü istefa verəcək və siyasətlə vidalaşacaq.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR