Azərbaycanın Qarabağ regionu ilə Rumıniyanın Maramureş regionu arasında yeni razılaşmalıar olub - FOTOLAR
SİYASƏT
15.08.2026, 11:53
Azərbaycanın Qarabağ regionu ilə Rumıniyanın Maramureş regionu arasında müxtəlif sahələri əhatə edən geniş əməkdaşlığın qurulması barədə razılıq əldə olunub.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın Rumıniyadakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin Maramureş vilayətinin paytaxt şəhəri Baia Marenin meri İoan Doru Denkuş ilə görüşüb.
Görüşdə Baia Mare və Xankəndi şəhərləri arasında əlaqələrin qurulması və inkişafı, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi və digər qarşılıqlı fayda doğuran məsələlər müzakirə olunub.
Baia Marenin meri İoan Doru Denkuş Azərbaycan, o cümlədən Qarabağ bölgəsi ilə əlaqələrin inkişafı üçün konkret istiqamətlərin müəyyənləşdirməsini, Azərbaycan şirkətləri ilə tərəfdaşlıq əlaqələrinin qurulmasını və qarşılıqlı investisiya imkanlarının dəyərləndirməsini təklif edib. O, Qarabağ regionu ilə həmçinin mədəni, humanitar və idman sahələrində əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Xankəndinin coğrafi mövqeyi, füsunkar təbiəti və zəngin irsi baxımından Baia Mare şəhərinə oxşarlıqlarından söz açıb. O, həmçinin Xankəndinin 270 illik zəngin tarixə malik olduğunu, 30 ildən artıq Ermənistan tərəfindən işğalda saxlanıldığını və Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsində 2023-cü ilin sentyabr ayında azad olunduğu barədə qarşı tərəfi məlumatlandırıb. Bunda əlavə, E.Yusubov Qarabağda həyata keçirilən irimiqyaslı tikinti, quruculuq və infrastruktur lahiyələri barədə söz açaraq, xarici investorlar üçün bölgədə yaradılan geniş imkanlardan danışıb. "Qarabağda həyata keçirilən miqyaslı layihələr uzunmüddətli strateji baxımdan bütün region ölkələri, o cümlədən Avropa ölkələri üçün əhəmiyyət daşıyır"- o qeyd edib.
E.Yusubov Rumıniya tərəfini Azərbaycana, xüsusən Qarabağa rəsmi səfərə dəvət edib.
Görüşdə tərəflər Baia Mare və Xankəndi şəhərləri arasında qardaşlaşma haqqında sazişin imzalanması barədə razılığa gəliblər.
Ötən gün Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi E.Yusubovun rəhbərlik etdiyi nümayəndə heyətinin Rumıniyanın Maramureş regionunun rəhbəri Qabriel-Valer Zatea ilə görüşü keçirilib.
Görüşdə Azərbaycan ilə Rumıniya arasında əlaqələrin inkişafı, xüsusən Qarabağ və Maramureş regionları arasında müxtəlif sahələri əhatə edən geniş əməkdaşlığın qurulması müzakirə edilib.
Görüşdə Azərbaycan tərəfinin Rumıniyanın Maramureş regionu ilə əməkdaşlığa açıq olduğunu bildirərək, iqtisadi və investisiya sahələrini dəyərləndirmək və əlaqələrin inkişafı məqsədilə Maramureş regionunun rəhbəri Qabriel-Valer Zateanı Qarabağa rəsmi səfərə dəvət edib. Səfər çərçivəsində Qarabağda və Maramureşdə qarşılıqlı olaraq regionların günlərinin keçirilməsi, iki regionun iş adamlarının iştirakı ilə biznes forumun təşkili müzakirə olunub.
Rumıniyanın Maramureş regionunun rəhbəri Qabriel-Valer Zatea dəvəti qəbul edərək, regional səviyyədə əməkdaşlığın inkişafının iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib. O, rəhbərlik etdiyi regionda həyata keçirilən layihələrdə Azərbaycan sərmayəçilərinin iştirakına böyük maraq göstərdiyini qeyd edib.
E.Yusubov öz növbəsində Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığın, xüsusən strateji tərəfdaşlıq ələqələri olan Rumıniya ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağın 30 ildən artıq davam edən işğaldan azad olunmasını, regionda dayanıqlı sülh və sabitlik mühitinin bərqərar olmasını tarixi nailiyyət kimi qiymətləndirib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Rusiya Kiyevə növbəti dəfə zərbə endirib - İki nəfər ölüb, 10 nəfər yaralanıb
Bugün, 13:11 DÜNYA
-
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
Bugün, 12:53 KRİMİNAL
-
YAP-ın VIII Qurultayına hazırlığa start verildi
Bugün, 12:50 SİYASƏT
-
Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovaya məktub göndərib - MƏTN
Bugün, 12:40 GÜNDƏM
-
AFFA klubları cərimələyib
Bugün, 12:36 İDMAN
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:14 CƏMİYYƏT
-
Azərbaycan İnvestisiya Holdinqində gözlənilməz dəyişiklik - Əli Əsədov Əlixanovu vəzifədən azad etdi, "PAŞA Holdinq"in rəsmisini yüksək vəzifəyə gətirdi
Bugün, 12:09 GÜNDƏM
-
Baham adalarında kiçik təyyarə yoxa çıxdı - Eyni ailənin 4 üzvündən xəbər yoxdur
Bugün, 11:56 DÜNYA
-
Çempionlar Liqası: bu gecə 6 oyun olacaq
Bugün, 11:44 İDMAN
-
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib - FOTOLAR
Bugün, 11:35 CƏMİYYƏT
-
Dünya Bankı Azərbaycanda aqrar sektor ilə bağlı əsas prioriteti açıqlayıb
Bugün, 11:33 İQTİSADİYYAT
-
DİM boş qalan yerlərə qəbul elan edib
Bugün, 11:17 GÜNDƏM
-
Sosial mediada "hoqqa" verən "blogerlər"in hesabı bloklanıb - Aralarında tanınmış simalar da var
Bugün, 11:06 PRESS
-
Kılıçdaroğlu İmamoğlunu "siyasi məhbus" saymır: "Özgür Özəl və tərəfdarlarının gedişi isə..."
Bugün, 10:58 SİYASƏT
-
Hakan Çalhanoğlu geyimi ilə gündəm oldu - FOTOLAR
Bugün, 10:49 İDMAN
-
İki kollecdə təyinatlar olub
Bugün, 10:31 CƏMİYYƏT
-
Küləkli havada 4 nəfər xəsarət alıb
Bugün, 10:25 CƏMİYYƏT
-
"Qalatasaray"ın sabiq futbolçusu yeni klubla anlaşdı
Bugün, 10:21 İDMAN
-
"Zəngulə” romanı - Şahidlik nəsri və müharibənin qlobal anatomiyası
Bugün, 10:09 PRESS
-
Fərid Şəfiyev: "Cənubi Qafqazda yeni geosiyasi landşaft formalaşıb"
Bugün, 10:02 SİYASƏT
-
Ağ Ev dəhlizlərində qısqanclıq krizi: Melaniya kimdən narahat olub? - "Mənim üçün ən dəyərli sənsən, əgər səhv etsəm..." (FOTO)
Bugün, 09:50 GÜNDƏM
-
Türkiyədə meşə yanğını: əhali yaşayış məntəqələrindən təxliyə olunub - FOTOLAR
Bugün, 09:32 GÜNDƏM
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Bugün, 09:19 İQTİSADİYYAT
-
Hacıqabulda avtomobil aşıb: 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb
Bugün, 09:13 KRİMİNAL
-
CHP-dən qovulan bələdiyyə sədri məhkəmədə huşunu itirdi
Bugün, 09:00 SİYASƏT
-
"Bavariya" "Qalatasaray"dan aldığı futbolçunu satışa çıxardı
Bugün, 00:24 İDMAN
-
Türkiyədə həbsdə olan kürd siyasətçi azadlığa buraxılır
Bugün, 00:24 DÜNYA
-
Bayılda külək binanın fasadını qopardı - VİDEO
Bugün, 00:17 CƏMİYYƏT
-
Sədr və qardaşına yaxın vəzifəlilər AZAL-dan uzaqlaşdırılıb - Yoxlamanın nəticəsi nə vaxt elan olunacaq?
Bugün, 00:12 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
Deputatın qardaşı və qardaşı arvadı haqqında qərar verildi - Ölkədən çıxışa qadağa və...
07.09.2026, 21:31 DÜNYA
-
Ərdoğan İsrailə xəbərdarlıq edib, İranla müharibə barədə mesajlar verib: "Sakit davranışımız heç kəsi aldatmasın!" - "Türkiyənin dostları qalib, düşmənləri məğlub olacaq"
07.09.2026, 20:13 GÜNDƏM
-
"Fənərbağça" yapon hücumçu üçün 25 milyon avro təklif verdi, rədd cavabı aldı
07.09.2026, 19:52 İDMAN
-
"Fənərbağça"da daha bir ayrılıq - İstanbuldan yola salanı olmadı
07.09.2026, 18:57 İDMAN