Xaçmazda atalar oğlanlarını bıçaqlayıb

Xaçmazda atalar oğlanlarını bıçaqlayıb

KRİMİNAL

Bugün, 12:25

Xaçmazda atalar oğlanlarını bıçaqlayıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Əsəd oğlu Musayev avqustun 14-ü saat 23 radələrində 22 yaşlı oğlu Murad Musayevə mətbəx bıçağı ilə böyrək nahiyəsindən xəsarət yetirib. Yaralı sağ böyrək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə dərhal Xaçmaz Rayon mərkəzi Xəstəxanasına çatdırılıb.

Oxşar hadisə rayonun Qadaşoba kəndində də baş verib. Kənd sakini 1986-cı il təvəllüdlü Saməddin Bədrəddin oğlu Şixanov 18 yaşlı oğlu Ceyhun Şıxanova bıçaqla zərbə endirib.

Xəsarət alan hər iki şəxsin həyatına yəhlükə yoxdur, vəziyyətləri qənaətbəxşdir.

Hadisələrlə bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR