Şairlər ölmür, Allahın yanına qalxırlar...
PRESS
12.08.2026, 12:54
Əvvəl Qabilin şeir kitablarını görmüşəm. Sonra şeirlərini əzbərləmişəm. Əzbərləməyə də elə böyük çətinlik çəkməmişəm. Çünki dili şirindir. Axıcıdır, doğmadır, adamı yormur. Azərbaycan dilinin bütün zənginliklərindən, incəliklərindən, sözün dadından-duzundan ustalıqla istifadə edir. Oxuyursan, bir misra o birini çağırır, sonra görürsən ki, şeir artıq yaddaşına hopub. Sanki onu əzbərləməmisən, sadəcə illərdir tanıdığın bir sözü, bir hissi yenidən xatırlamısan.
Qabilin şeirlərində bir başqa doğmalıq var. Onun sözləri uzaqdan gəlmir, elə yanından keçir, sənə toxunur, gündəlik həyatın içindən çıxıb gəlib ürəyində yer tutur. Bəzən bir misrasında gülümsəyirsən, bəzən düşünürsən, bəzən də özünü həmin misranın içində tapırsan. Bəlkə də Qabil poeziyasının ən böyük gücü elə bu sadə görünən doğmalığındadır.
Çox sonralar isə Qabilin oğlu Mahir Qabiloğlu ilə tanış olmuşam. Mənə, qələm dostlarıma Qabili bir az da Mahir tanıdıb. Onun duzlu-məzəli söhbətləri, acılı-şirinli xatirələri atasını bizə yalnız Xalq şairi kimi deyil, canlı, özünəməxsus, zarafatcıl, prinsipial və son dərəcə ziyalı bir insan kimi tanımağa imkan verib. Mahirin atasından danışdığı yazılarda Qabilin həm şair, həm ata, həm də dost tərəfləri görünür. Orada böyük şair obrazının arxasında adi həyatın içində yaşayan, sevinən, əsəbiləşən, zarafat edən, düşünən bir insan da var. Hər dəfə Mahirin atasından bəhs edən yazılarını oxuyanda sanki Qabili yenidən kəşf edirəm.
Bu gün - 12 avqustda Qabilin 100 yaşı tamam olur.
Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı ildə Bakıda doğulub. Onun ilk şeiri - “Gəl, baharım” 1944-cü ildə çap olunub. 1950-ci ildə isə ilk kitabı - “Səhər açılır” işıq üzü görüb. Sonralar “Mənim mavi Xəzərim”, “Küləkli havalarda”, “Qoy danışsın təbiət”, “Vətəndaş sərnişinlər” və başqa kitabları ilə Azərbaycan poeziyasının yaddaşında özünəməxsus yer tutub.
“Səhv düşəndə yerimiz”, “Çörək”, “Təmizlik”, “Qarışdırma”, “Azərbaycan torpağı”, “Bakılı” kimi şeirləri dillər əzbərinə çevrilib. Bu şeirlərdə Qabilin həyata baxışı, insanlara münasibəti, cəmiyyətə və doğma dilə sevgisi aydın görünür. O, sözün həm gözəlliyini, həm də məsuliyyətini bilirdi. Söz onun üçün yalnız şeir qurmaq vasitəsi deyildi; söz həm də yaddaş, vicdan və vətəndaşlıq məsuliyyəti idi.
“Nəsimi” poeması isə onun yaradıcılığının zirvələrindən biri olub və 1976-cı ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. Qabil 1992-ci ildə Xalq şairi fəxri adını alıb, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib.
Qabil 2007-ci il aprelin 4-də dünyasını dəyişdi. Amma onun sözləri qaldı. Şeirləri qaldı. Gülüşü, zarafatları, sərtliyi, səmimiyyəti, dilimizə münasibəti qaldı. Ən əsası isə onun yaratdığı poetik dünya qaldı. İllər keçdikcə həmin dünyanın qapısını açanların sayı azalmır, əksinə artır.
O, təpədən-dırnağa ziyalı idi. O, sözlə nəfəs alırdı. O, şair idi. Şair doğulmuşdu, şair kimi yaşadı, şair kimi də öldü. Amma deyirlər, şairlər ölmür, Allahın yanına qalxırlar.
Bəli, Qabil indi o UCAlıqdan bizə baxır. Gərək biz də özümüzə, qələmimizə, sözümüzə, sözümüzün çəkisinə diqqətlə baxaq.
Axı USTADın gözləri üstümüzdədir...
Seymur Verdizadə,
Mətbuat.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
QƏBUL İMTAHANI QAYDASI DƏYİŞİR? - Məleykə Abbaszadə yayılan iddialara cavab verdi
Bugün, 13:58 CƏMİYYƏT
-
"Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür" - Nazir elə açıqlama verdi ki...
Bugün, 13:55 SİYASƏT
-
8 ayda 1448 nəfər işdən azad olunub? - "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə nə baş verir?
Bugün, 13:23 GÜNDƏM
-
Rusiya Kiyevə növbəti dəfə zərbə endirib - İki nəfər ölüb, 10 nəfər yaralanıb
Bugün, 13:11 DÜNYA
-
Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb
Bugün, 13:05 GÜNDƏM
-
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
Bugün, 12:53 KRİMİNAL
-
YAP-ın VIII Qurultayına hazırlığa start verildi
Bugün, 12:50 SİYASƏT
-
Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovaya məktub göndərib - MƏTN
Bugün, 12:40 GÜNDƏM
-
AFFA klubları cərimələyib
Bugün, 12:36 İDMAN
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:14 CƏMİYYƏT
-
Azərbaycan İnvestisiya Holdinqində gözlənilməz dəyişiklik - Əli Əsədov Əlixanovu vəzifədən azad etdi, "PAŞA Holdinq"in rəsmisini yüksək vəzifəyə gətirdi
Bugün, 12:09 GÜNDƏM
-
Baham adalarında kiçik təyyarə yoxa çıxdı - Eyni ailənin 4 üzvündən xəbər yoxdur
Bugün, 11:56 DÜNYA
-
Çempionlar Liqası: bu gecə 6 oyun olacaq
Bugün, 11:44 İDMAN
-
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib - FOTOLAR
Bugün, 11:35 CƏMİYYƏT
-
Dünya Bankı Azərbaycanda aqrar sektor ilə bağlı əsas prioriteti açıqlayıb
Bugün, 11:33 İQTİSADİYYAT
-
DİM boş qalan yerlərə qəbul elan edib
Bugün, 11:17 GÜNDƏM
-
Sosial mediada "hoqqa" verən "blogerlər"in hesabı bloklanıb - Aralarında tanınmış simalar da var
Bugün, 11:06 PRESS
-
Kılıçdaroğlu İmamoğlunu "siyasi məhbus" saymır: "Özgür Özəl və tərəfdarlarının gedişi isə..."
Bugün, 10:58 SİYASƏT
-
Hakan Çalhanoğlu geyimi ilə gündəm oldu - FOTOLAR
Bugün, 10:49 İDMAN
-
İki kollecdə təyinatlar olub
Bugün, 10:31 CƏMİYYƏT
-
Küləkli havada 4 nəfər xəsarət alıb
Bugün, 10:25 CƏMİYYƏT
-
"Qalatasaray"ın sabiq futbolçusu yeni klubla anlaşdı
Bugün, 10:21 İDMAN
-
"Zəngulə” romanı - Şahidlik nəsri və müharibənin qlobal anatomiyası
Bugün, 10:09 PRESS
-
Fərid Şəfiyev: "Cənubi Qafqazda yeni geosiyasi landşaft formalaşıb"
Bugün, 10:02 SİYASƏT
-
Ağ Ev dəhlizlərində qısqanclıq krizi: Melaniya kimdən narahat olub? - "Mənim üçün ən dəyərli sənsən, əgər səhv etsəm..." (FOTO)
Bugün, 09:50 GÜNDƏM
-
Türkiyədə meşə yanğını: əhali yaşayış məntəqələrindən təxliyə olunub - FOTOLAR
Bugün, 09:32 GÜNDƏM
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Bugün, 09:19 İQTİSADİYYAT
-
Hacıqabulda avtomobil aşıb: 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb
Bugün, 09:13 KRİMİNAL
-
CHP-dən qovulan bələdiyyə sədri məhkəmədə huşunu itirdi
Bugün, 09:00 SİYASƏT
-
"Bavariya" "Qalatasaray"dan aldığı futbolçunu satışa çıxardı
Bugün, 00:24 İDMAN
-
Türkiyədə həbsdə olan kürd siyasətçi azadlığa buraxılır
Bugün, 00:24 DÜNYA
-
Bayılda külək binanın fasadını qopardı - VİDEO
Bugün, 00:17 CƏMİYYƏT
-
Sədr və qardaşına yaxın vəzifəlilər AZAL-dan uzaqlaşdırılıb - Yoxlamanın nəticəsi nə vaxt elan olunacaq?
Bugün, 00:12 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT