"Orada kim təxribatla məşğul olur? - İcra başçısı sakininin şikayətini yarıda kəsdi, idarə rəisini sərt formada sorğu-suala tutdu (VİDEO)

\"Orada kim təxribatla məşğul olur? - İcra başçısı sakininin şikayətini yarıda kəsdi, idarə rəisini sərt formada sorğu-suala tutdu (VİDEO)

GÜNDƏM

Bugün, 12:45

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu dəfə sakinlərlə görüşdə Mingəçevir Su Kanal İdarəsinin rəisi Elmar Əhmədovu "divara dirəyib".

Mia.az xəbər verir ki, bu barədə sosial mediada avqustun 13-də şəhərinİsmət Qayıbov küçəsindəki 4 nömərli binanın qarşısında keçirilən sakinlərlə görüşdən videogörüntü yayılıb.

Videogörüntüdə bir xanım sakin 5 ay əvvəl kanalizasiya xəttinə görə qazılmış yolun hələ də asfaltlanmamasından şikayətlənib. Bu yerdə icra başçısı xanım şikayətçinin sözünü kəsib, idarə rəisi Elmar Əhmədovu çağırır və "Bu sözü kimyayır orada? Orada kim təxribatla məşğul olur? Bəlkə o təzə mühəndis götürübsüz. Ondan nə desən çıxar...", - deyə onu sorğu-suala tutub.

İcra başçısı daha sonra problem ətrafında danışıb və görülən işlərdən söz açıb.

Həmin anların görüntüsünü aşağıdakı videodan izləyə bilərsiniz:

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR