Ərdoğan DEM Partiya rəhbərliyini qəbul etdi - 5 əsas müzakirə

Ərdoğan DEM Partiya rəhbərliyini qəbul etdi - 5 əsas müzakirə

SİYASƏT

Bugün, 17:45

Bu gün Türkiyədə kürdlərin siyasi təmsilçisi sayılan DEM Partiyasının nümayəndə heyəti Prezident  Ərdoğan tərəfindən qəbul edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  parlamentdə "Terrorsuz Türkiyə" layihəsinin qəbulundan sonra bu görüş mühüm əhəmiyyət daşıyır.

Məlumata görə, bağlı qapılar arxasındakı görüşdə də bu mövzu müzakirə olunacaq.

Xəbərdə deyilir ki, Pervin Buldan və Mithat Sancardan ibarət DEM Partiyası nümayəndə heyəti Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün gəldikləri Prezident Sarayında bildiriblər ki, görüşdə beş əsas gündəm maddəsini müzakitrə edəcəklər:

- yeni qanunun sürətlə tətbiqi,

- rəsmi qurumların yaradılması,

- Abdullah Öcalanla yeni görüşün planlaşdırılması,

- məhkəmə qərarlarının icrası

- Səlahəddin Dəmirtaşın və digər siyasi məhbusların azadlığa buraxılması.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR