Ankarada Süleymançı təriqətinə qarşı əməliyyat: 100 milyardlıq köçürmə, çirkli pulların yuyulması və... - FOTOLAR

Ankarada Süleymançı təriqətinə qarşı əməliyyat: 100 milyardlıq köçürmə, çirkli pulların yuyulması və...  - FOTOLAR

KRİMİNAL

Bugün, 09:55

Türkiyənin paytaxtı Ankarada Süleymançı təriqəti və onun lideri kimi tanınan Alihan Kurişə qarşı genişmiqyaslı əməliyyata start verilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankara Baş Prokurorluğu  tərəfindən aparılan əməliyyatla təriqətin 49 üzvü qandallanıb.

Təriqətə məxsus 17 şəhərdəki 123 ev və ofislər də axtarış aparılıb,  çox böyük məbləğlərdə pul, silahlar, sənəd və digər maddi sübutlar aşkarlanaraq götürülüb.

Məlumatda deyilir ki, təriqət və onun liderləri korrupsiya, çirkli pulların yuyulması və 100 milyard türk lirəsindən çox pulun xaricə köçürülməsində ittiham olunurlar.

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR