Bakı-Tbilisi sərnişin qatarında bilet böhranı: "Ortaq yoxlamalar təşkil etmək olar..."
CƏMİYYƏT
12.08.2026, 17:29
Bakı-Tbilisi sərnişin qatarına biletin əvvəlcə tapılması, sonra alınması, indi isə geri qaytarılması problemi ortaya çıxıb. Həmkarımız Elnurə Abuşova Bakı-Tbilisi qatarına geri dönüşə aldığı bileti qaytarmaq istədikdə ondan buna görə faiz tutulub.
Həmkarımız bildirir ki, ADY kassalarında belə bir vəziyyət yaşanır. Vətəndaşları məcbur edirlər ya faiz tutularaq biletlərini geri qaytarsınlar, ya da AZAL-ın bahalı təyyarə biletlərini almağa məcbur qalsınlar.
Mia.az xəbər verir ki, Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında bildirdi ki, Bakı-Tbilisi sərnişin qatarına bilet problemi emosional deyil, rasional qiymətləndirilməlidir:
- 26 may tarixində ilk reys xəttə buraxılanda mən İctimai Televiziyanın “Sabaha saxlamayaq” proqramında ADY Sərnişin Daşınması Departamentinin rəhbəri Azər Fərəcova o zaman da bu fikri bildirmişdim ki, tələb böyük, təklif isə məhduddur.
Milyonluq Azərbaycan və Gürcüstan arasında - Bakı və Tbilisi şəhərləri arasında sərnişin qatarına ilkin olaraq 118, sonra 150, 178, daha sonra yerlərin sayı 356-a çatdırıldı, bu rəqəmlər çox cüzidir, yüksək tələb qarşılığında. Quru sərhədlərin bağl olduğu, yalnız hava nəqliyyatı və indi də dəmir yolu ilə hərəkətin mümkün olduğu halda, maraq daha da çoxalacaq. Vaqon sayını artırmaqla daha çox sərnişin daşıya bilərik. Burada sinif fərqi var, lyüks sinifli - 2 yerlik 16 nəfərlik vaqon, kupe - 4 yerlik 34 nəfərlik vaqon, yaxud da plaskart dediyimiz vaqondur ki, 58 nəfər daşımaq olur. Bakı-Tbilisi sərnişin qatarı açılanda qeyd etdilər ki, əlimizdə yetərli vaqon yoxdur.
Belə olduqda yeni qatara köhnə vaqonlar qoşmaq təcrübəsindən istifadənin mümkünlüyü göründü.
Bunun ayrı rəqəmlərlə qeyd olunması onu göstərir ki, yaxın gələcəkdə dublyor qatar formalaşdırmaq hədəfi qarşıya qoyulub. Bu ilk gündən bizim tərəfimizdən səsləndirilən fikir idi ki, tələbi qarşılamaq üçün fərqli-fərqli təkliflər formalaşdırılsın. Mövcud qatar reysinin Batuma qədər uzadılması vacibdir. Bizim 45 mnlik tələbə kontingentimiz var, Türkiyədə təhsil alırlar. Onlar üçün sərhəddə gəlib Batumda qatara minib Vətənə qayıtmağın daha rahat yolu olar. İkinci məsələ, dublyor qatar məsələsidir ki, bu, köhnə qatar da ola bilər. Təmir olunub xəttə buraxılar.
Bununla plaskart vaqonların sayını artırmaq olar.
Üçüncü variant oturaq tipli qatarın təşkil olunmasıdır. Bu reysləri sərhədyanı bölgələrə təşkil etmək olar. Gün ərzində bur neçə reysin təşkil olunması ciddi alternativ olar. Ağstafa ilə Tbilisi arası 104 kilometrdir. Belə reyslər təşkil olunsa, həm Tbilisinin yükünü götürər, həm də Ağstafadan sərnişinləri ötürmə imkanı yaradar. Bakıdan Ağstafaya hər gün 26 reys avtobus hərəkət edir, oradan da Tbilisiyə sərnişin qatarı ilə hərəkət təşkil olunsa, bu, ən yaxşı alternativ olacaq. Bu, sərhəddə daha sürətli keçid imkanı yaradar.
- R.Ağamirzəyev qeyd etdi ki, sərhəd-keçid prosedurunun optimallaşdırılması da vacib məsələdir:
- Qatarların daha sürətli keçidini təmin etmək üçün ortaq yoxlamalar təşkil etmək olar ki, bu, vaxtın optimallaşdırılmasına zəmin yaradar. Qatarların intensiv hərəkəti təmin olunar, narazlıqlar da aradan qalxar. Gürcüstan tərəfi bununla bağlı razılığını, onlar tərəfdən heşbir problem olmadığını artıq bildirib. Biletlərin qaytarılması məsələsinə gəlincə, 2 ildir dinamik tarif siyasətinə keçilibsə və bunu beynəlxalq reyslərə də tətbiq ediriksə, biletin alış qiyməti elan olunmuş 90 günə daha sürətli keçid təmin olunmalıydı, indi 30-dan 44-ə qaldırılıb, düşünürəm ki, növbəti mərhələni gözləmədən 6 ay və hətta 1 ilə qədər uzadılması vacibdir. Niyə bu vacibdir, çünki vətəndaşın əlçatan biletə çıxışı rahatlaşır. Səfərlər öncədən proqnozlaşdırıla bilir. Bu, dəmir yolu üçün də sərfəlidir, dəmir yolunun dayanıqlı fəaliyyətinə zəmin yaradır. Biletin alınması, qaytarılması şərtləri qanunvericiliyə uyğun təşkil olunub. Faizlər biletin qaytarılma vaxtından asılı olaraq tutulur. Düşünürəm ki, narazılığın kökü tələbin çox, təklifin az olmasıdır. Alternativlər mütləq nəzərdən keçirilib, tez bir zamanda tətbiqinə başlanmalıdır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dərnəgül tikinti bazarı hara köçürüləcək? - VİDEO
Bugün, 17:34 İQTİSADİYYAT
-
Formula 1 yarışlarına görə bağlanacaq məktəblər...
Bugün, 17:23 CƏMİYYƏT
-
"Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb" - Məleykə Abbaszadə
Bugün, 17:12 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Sabah bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
Bugün, 16:48 GÜNDƏM
-
"Fənərbağça"nın müdafiəçisi bu klubla anlaşdı
Bugün, 16:30 İDMAN
-
İstanbulda 31 vəkil saxlanıldı - 39 vəkil bürosunda isə axtarış aparılıb + SİYAHI
Bugün, 16:18 GÜNDƏM
-
Arvadını döyən partiya sədrinin müavini istafa verdi - FOTOLAR
Bugün, 16:04 SİYASƏT
-
Ceyhun Bayramovla Qazaxıstanın yeni XİN başçısı arasında telefon danışığı olub
Bugün, 15:48 SİYASƏT
-
Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi və daha 3 nəfərə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bugün, 15:40 GÜNDƏM
-
Ceyhun Bayramov İsveçin yeni səfirini qəbul edib - Müzakirə + FOTO
Bugün, 15:33 SİYASƏT
-
Yardımlıda arxeoloji qazıntı: qədim insana məxsus sümüklər aşkarlanıb
Bugün, 15:14 MƏDƏNİYYƏT
-
İLHAM ƏLİYEV ONLARI VƏZİFƏYƏ TƏYİN ETDİ - Sərəncamlar
Bugün, 15:05 GÜNDƏM
-
Türkiyədə 6 klub və bir neçə klub rəsmisi cəzalandırılıb
Bugün, 14:37 İDMAN
-
TƏBİB RƏHBƏRİ ŞÖBƏ MÜDİRİNİ DİREKTOR TƏYİN ETDİ - O, kimdir?
Bugün, 14:21 CƏMİYYƏT
-
ÖLKƏDƏN QAÇAN GÖMRÜKÇÜ XARİCDƏ QANDALLANDI - Baş Prokurorluq məlumat yaydı
Bugün, 14:04 KRİMİNAL
-
Məşhur müğənnini səhnədə rüsvayçı vəziyyətə düşdü - FOTOLAR
Bugün, 13:53 ŞOU-BİZNES
-
Türkiyədə qadın jurnalist saxlanılıb
Bugün, 13:40 PRESS
-
Payız fəsli nə vaxt başlayır? - Açıqlama
Bugün, 13:02 CƏMİYYƏT
-
"Buna susmaq mənim üçün doğru deyil" - Şair replikalara belə cavab verdi
Bugün, 12:57 SİYASƏT
-
Keçmiş spikerdən istintaqa çəkilən deputatın atası ilə bağlı açıqlama: "Prokurorluq ifadəyə çağırsa..."
Bugün, 12:33 SİYASƏT
-
Sabah yağış yağacaq
Bugün, 12:17 CƏMİYYƏT
-
Təhsl haqqlarını özbaşına qaldıran universitetlərdə yoxlama başlayıb - Türkyədə
Bugün, 12:09 GÜNDƏM
-
Fərid Şəfiyev: "Aİ-dəki lobbiçi dairələr Qarabağ mövzusunu yenidən gündəmə gətirməyə çalışır" - "Həmin orqan Ruben Vardanyanı..."
Bugün, 12:07 SİYASƏT
-
Ərdoğana 10 il əvvəl sui-qəsd cəhdi: daha 10 nəfər saxlanıldı
Bugün, 11:56 SİYASƏT
-
Röya Ayxan 80 milyona ev alıb?
Bugün, 11:43 ŞOU-BİZNES
-
Dövlət teatrlarında direktor və direktor müavini olmaq istəyənlərin sayı açıqlandı: 191 müraciət var
Bugün, 11:29 MƏDƏNİYYƏT
-
“Bakı-2040” Baş Planı pozuldu: Parkın yerində bina tikilir + FOTOLAR
Bugün, 11:18 CƏMİYYƏT
-
Xalq artistinin vəziyyəti ağır-stabil olaraq qalır
Bugün, 11:06 CƏMİYYƏT
-
"Səfərbərlik tələb edən heç bir ssenari yoxdur" - Putindən açıqlama
Bugün, 10:55 GÜNDƏM
-
Putindən Ukraynaya mühüm mesaj: "Beləliklə, həll yolu üçün bir şans varmı?"
Bugün, 10:39 GÜNDƏM
-
Tramp 47 il sonra tarixi təkrarladı - O, Ağ Evdə Hasid yəhudi dini liderlərini qəbul etdi, aralarında...
Bugün, 10:28 SİYASƏT
-
Xırdalanda obyekt yanıb
Bugün, 10:18 CƏMİYYƏT
-
Azərbaycan nefti 105 dollara satılır
Bugün, 09:57 İQTİSADİYYAT