PUTİN SAXALİNDƏN NATO, YAPONİYA VƏ AVROPANI HƏDƏLƏDİ: "İndi bu bölgədə münaqişə potensialı artıb" - "Mümkün hesab etdiyimiz yerdə qisas alacağıq"
GÜNDƏM
13.08.2026, 00:15
Rusiya prezidenti Vladimir Putin Saxalin bölgəsindən NATO, Yaponiya və Avropa İttifaqına (Aİ) xəbərdarlıq edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə Saxalinin mərkəzi Yujno-Saxalinskdə Sakit Okean Donanmasının hərbi təlimini izlədikdən sonra "Varyag" kreyserində donanma komandirləri ilə görüşdə danışıb.
Putin Asiya-Sakit Okean bölgəsində yeni münaqişə potensialının varlığına diqqəti çəkib. Onun sözlərinə görə, NATO bölgəyə nüfuz etməyə can atır: "Bu isə bizi daha ayıq-sayıq olmağa vadar edir. Onlar bu bölgəyə bizim ölkəmiz üçün təhlükə yaradan yeni silah sistemləri yerləşdirməyə başlayıb. Biz bunları diqqətlə izləməli və əlavə tədbirlər görməliyik. İndi Asiya-Sakit Okean bölgəsində münaqişə potensialı artıb. Şimal Dəniz Yolunun Arktika bölgəsində istifadəsi ilə bağlı da gərginlik var. Rusiya beynəlxalq dəniz hüququ çərçivəsində Arktikada əməkdaşlığa açıqdır. Biz bu istiqamətdə Çin, Hindistan və digər dost ölkələrlə işləyirik".
Putin daha sonra Ukrayna müharibəsiylə bağlı bu bölgədəki Yaponiyanın Rusiyaya qarşı əsassız sanksiyalar tətbiq etməsini yada salıb: "Hazırda Yaponiyanın yanaşmasını anlamaq istəyirik. Yaponiya ilk dəfə olaraq hərbi doktrinasında Rusiyanı təhdid mənbəyi kimi göstərib. Halbuki, biz Yaponiyanı təhdid etmirik. Yaponiyaya qarşı qətiyyən şikayətimiz yoxdur. Əksinə, Yaponiyanın ölkəmizə qarşı ərazi iddiaları var. Mən Kuril adalarını nəzərdə tuturam. Bu məsələ İkinci Dünya Müharibəsindən sonra ortaya çıxan yeni situasiya nəticəsində yaranmış və beynəlxalq sənədlərdə təsbit olunmuş bir reallıqdır. O vaxt keçmiş Sovet İttifaqı Yaponiya ilə sülh bəyannaməsi imzaladı, lakin Yaponiya bəyannaməyə sadiq qalmadı. Bir müddət sonra Rusiya, Yaponiya hökumətinin xahişi ilə sülh müqaviləsi üçün dialoq yenidən başladı, amma indi görürük ki, Yaponiyanın mövqeyi dəyişib. Əlbəttə, biz heç bir şeyi diqqətsiz deyilik. Yenə də dialoqa hazırıq".
Vladimir Putin daha sonra Sakit Okean Donanmasını inkişaf etdirəcəklərini xüsusui vuruğulayıb: "Son aylar bəzi Avropa İttifaqı ölkələrinin Rusiyanın ticarət gəmilərinə qarşı təxribatları artıb. Bu ölkələrin beynəlxalq dəniz qanunlarını pozaraq iqtisadi fəaliyyətlə məşğul olan gəmilərimizin naviqasiyasını məhdudlaşdırmağa çalışır. Bu yaxınlarda hətta gəmilərimizi ələ keçirib bizdən oğurladıqları malları satmağı planlaşdırıblar. Əlbəttə ki, bu, quldurluq və soyğunçuluqdan başqa bir şey deyil. Bu təcrübə tətbiq olunmağa başlasa, biz cavab verməli olacağıq. Uyğun və mümkün hesab etdiyimiz ərazilərdə qisas cavabımızı verəcəyik. Mən bu barədə artıq Rusiya Müdafiə Nazirliyinə lazımi göstərişlər vermişəm".
Samir MUSAYEV
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
Bugün, 12:53 KRİMİNAL
-
YAP-ın VIII Qurultayına hazırlığa start verildi
Bugün, 12:50 SİYASƏT
-
Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovaya məktub göndərib - MƏTN
Bugün, 12:40 GÜNDƏM
-
AFFA klubları cərimələyib
Bugün, 12:36 İDMAN
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:14 CƏMİYYƏT
-
Azərbaycan İnvestisiya Holdinqində gözlənilməz dəyişiklik - Əli Əsədov Əlixanovu vəzifədən azad etdi, "PAŞA Holdinq"in rəsmisini yüksək vəzifəyə gətirdi
Bugün, 12:09 GÜNDƏM
-
Baham adalarında kiçik təyyarə yoxa çıxdı - Eyni ailənin 4 üzvündən xəbər yoxdur
Bugün, 11:56 DÜNYA
-
Çempionlar Liqası: bu gecə 6 oyun olacaq
Bugün, 11:44 İDMAN
-
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib - FOTOLAR
Bugün, 11:35 CƏMİYYƏT
-
Dünya Bankı Azərbaycanda aqrar sektor ilə bağlı əsas prioriteti açıqlayıb
Bugün, 11:33 İQTİSADİYYAT
-
DİM boş qalan yerlərə qəbul elan edib
Bugün, 11:17 GÜNDƏM
-
Sosial mediada "hoqqa" verən "blogerlər"in hesabı bloklanıb - Aralarında tanınmış simalar da var
Bugün, 11:06 PRESS
-
Kılıçdaroğlu İmamoğlunu "siyasi məhbus" saymır: "Özgür Özəl və tərəfdarlarının gedişi isə..."
Bugün, 10:58 SİYASƏT
-
Hakan Çalhanoğlu geyimi ilə gündəm oldu - FOTOLAR
Bugün, 10:49 İDMAN
-
İki kollecdə təyinatlar olub
Bugün, 10:31 CƏMİYYƏT
-
Küləkli havada 4 nəfər xəsarət alıb
Bugün, 10:25 CƏMİYYƏT
-
"Qalatasaray"ın sabiq futbolçusu yeni klubla anlaşdı
Bugün, 10:21 İDMAN
-
"Zəngulə” romanı - Şahidlik nəsri və müharibənin qlobal anatomiyası
Bugün, 10:09 PRESS
-
Fərid Şəfiyev: "Cənubi Qafqazda yeni geosiyasi landşaft formalaşıb"
Bugün, 10:02 SİYASƏT
-
Ağ Ev dəhlizlərində qısqanclıq krizi: Melaniya kimdən narahat olub? - "Mənim üçün ən dəyərli sənsən, əgər səhv etsəm..." (FOTO)
Bugün, 09:50 GÜNDƏM
-
Türkiyədə meşə yanğını: əhali yaşayış məntəqələrindən təxliyə olunub - FOTOLAR
Bugün, 09:32 GÜNDƏM
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Bugün, 09:19 İQTİSADİYYAT
-
Hacıqabulda avtomobil aşıb: 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb
Bugün, 09:13 KRİMİNAL
-
CHP-dən qovulan bələdiyyə sədri məhkəmədə huşunu itirdi
Bugün, 09:00 SİYASƏT
-
"Bavariya" "Qalatasaray"dan aldığı futbolçunu satışa çıxardı
Bugün, 00:24 İDMAN
-
Türkiyədə həbsdə olan kürd siyasətçi azadlığa buraxılır
Bugün, 00:24 DÜNYA
-
Bayılda külək binanın fasadını qopardı - VİDEO
Bugün, 00:17 CƏMİYYƏT
-
Sədr və qardaşına yaxın vəzifəlilər AZAL-dan uzaqlaşdırılıb - Yoxlamanın nəticəsi nə vaxt elan olunacaq?
Bugün, 00:12 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
Deputatın qardaşı və qardaşı arvadı haqqında qərar verildi - Ölkədən çıxışa qadağa və...
07.09.2026, 21:31 DÜNYA
-
Ərdoğan İsrailə xəbərdarlıq edib, İranla müharibə barədə mesajlar verib: "Sakit davranışımız heç kəsi aldatmasın!" - "Türkiyənin dostları qalib, düşmənləri məğlub olacaq"
07.09.2026, 20:13 GÜNDƏM
-
"Fənərbağça" yapon hücumçu üçün 25 milyon avro təklif verdi, rədd cavabı aldı
07.09.2026, 19:52 İDMAN
-
"Fənərbağça"da daha bir ayrılıq - İstanbuldan yola salanı olmadı
07.09.2026, 18:57 İDMAN
-
"Changan"ların mühərriki niyə tez sıradan çıxır? - VİDEO
07.09.2026, 18:42 İQTİSADİYYAT