Paşinyan: "Ermənistanın Azərbaycanla tərəfdaşlığı ola bilər"

Paşinyan: \"Ermənistanın Azərbaycanla tərəfdaşlığı ola bilər\"

SİYASƏT

Bugün, 13:11

"Ermənistanın Azərbaycanla tərəfdaşlığı ola bilər, o cümlədən elektrik enerjisinin ixracı və idxalı xətti sahəsində də".

Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.

Baş nazir azərbaycanlı mütəxəssislərin Ermənistana 2025-ci ilin sentyabrında və 2026-cı ilin yanvarında səfərlərinin baş tutduğunu qeyd edib, elektrik ötürücü xətlər, dəmir yolu, boru kəmərləri və s. ilə bağlı müzakirələr edilib.

"Biz əvvəllər də demişdik ki, elektrik ötürücü xətləri, boru kəmərləri, kabellər, dəmir yolları üzərində işləyirik və bu məsələlər üzrə ikitərəfli iş aparılır", - Paşinyan qeyd edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 11-də "AzTV" dövlət telekanalına müsahibəsində bildirib ki, azərbaycanlı energetika mütəxəssisləri Ermənistan ərazisində təhlil aparıblar və elektrik dirəklərinin məhz harada quraşdırılmalı olduğu yerlər müəyyən edilib/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR