"Çelsi" Pep Çavarriyanı transfer etdi - 5 illik müqaviləyə imza atıldı

\"Çelsi\" Pep Çavarriyanı transfer etdi - 5 illik müqaviləyə imza atıldı

İDMAN

Bugün, 09:27

İngiltərə Premyer Liqa komandası "Çelsi" ispan futbolçu Pep Çavarriya ilə müqavilə imzalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub, əvvəllər İspaniyanın "Rayo Valyekano" klubunda oynamış 28 yaşlı sol cinah müdafiəçisi ilə beş illik müqavilə imzaladığını açıqlayıb.

Çavarria transferi ilə bağlı açıqlamasında bu sözlərə yer verdi: "Başlamaq üçün çox həyəcanlıyam. Çelsi dünyanın ən böyük klublarından biridir və bu, mənim üçün bir xəyaldır. Bu, əla fürsətdir. Hazıram və komandanın uğur qazanmasına kömək etmək üçün çox çalışacağam."

Xatırladaq ki, Çavarria"Rayo Valyekano"da 125 oyun keçirib.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR