Tramp Senata ön seçkidə qalib gələn müsəlman siyasətçini təhqir etdi: "Onu görəndə elə bil..."

Tramp Senata ön seçkidə qalib gələn müsəlman siyasətçini təhqir etdi: \"Onu görəndə elə bil...\"

SİYASƏT

Bugün, 00:19

ABŞ prezidenti Donald Tramp Las Veqasda keçirilən mitinqdə Miçiqanda Senata ön seçkidə qalib gələn Demokrat Partiyasının üzvü,  misirli amerikalı həkim Əbdül Əl-Sayedi açıq şəkildə söyüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Tramp Əbdül Əl-Sayedi yəhudilərə və İsrailə nifrət etməkdə günahlandırıb.

Çıxışında getdikcə səs tonunu qaldıran Tramp bildirib ki, yəhudi icmasının təhlükəsizliyi öz qızlarının təhlükəsizliyinə olan öhdəliyi kimidir: "Kimsə 'bu, bir az sərtdir' deyə bilər. Xeyr, o, yəhudilərdən, İsraildən nifrət edir. Əbdül Əbdül Əbdül... Cazibədar bir bəydir! O, içi nifrətdolu bir insandır. İndi o, "yox, mən hamını sevirəm"' deyir. O, hamını sevmir. Onu vəzifəyə gətirn, ondan sonra nələri sevdiyini görəcəksiniz. O, İsraili sevmir, yəhudiləri sevmir. O, onlardan nifrət edir".

Bu yerdə emosiyalarını boğa bilməyən ABŞ prezidenti misirli siyasətçini təhqir edib: "Açığı, onu görəndə elə bilirəm zibil (Daha ağır ifadə işlədir, etik olmadığı üçün yazmırıq - MİA.AZ) görürəm...".

E.ARAZ

MİA.AZ 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR