"Əgər "Kristal Abşeron" belə bir şirkətlə əməkdaşlıq edirsə..." - İctimai fəaldan şikayət

\"Əgər \"Kristal Abşeron\" belə bir şirkətlə əməkdaşlıq edirsə...\" - İctimai fəaldan şikayət 

İQTİSADİYYAT

Bugün, 00:11

"Azərbaycanda fəaliyyət göstərən "Aznet" adlı provayder var və böyük ehtimalla "Kristal Abşeron" şirkətinin rəhbərliyinə bağlıdır. Xüsusilə Kristal Park Yasamal Kompleksində bu provayder monopolist mövqedədir: kompleksə Aznetdən başqa heç bir internet provayderinin daxil olmasına imkan verilmir".

Mia.az xəbər verir ki, bu sözləri ictimi fəal Həsən Babayev Feysbuk-dakı səhifəsində yazıb.

Onun sözlərinə görə, artıq 2 aya yaxındır həftənin 3–4 günü, hər dəfə 4–5 saatlıq internet kəsintiləri yaşanır: "Bu kəsintilər barədə heç bir əvvəlcədən xəbərdarlıq edilmir, çünki Aznet öz abonentinə – ona pul ödəyib xidmət alan müştərisinə – açıq şəkildə hörmətsizlik etməyi daha üstün tutur.

Müştərisinə hörmət etməyən şirkət rəhbərliyi əslində özünə hörmət etmir. Əgər Kristal Abşeron belə bir şirkətlə əməkdaşlıq edirsə və artıq 10–11-ci dəfə təkrarlanan bu halı görməzdən gəlirsə, deməli, Kristal rəhbərliyi də öz müştərisinə və öz adına hörmət etmir. Əks halda bu qədər davam edən problemə göz yumulmazdı. Digər tərəfdən, istehlakçı hüquqlarını bu qədər açıq şəkildə pozan bir şirkətin qanunlara hörmət etməsi də şübhə doğurur. Belə bir şirkətin tam qanuni fəaliyyət göstərməsi və heç bir vergi və ya maliyyə pozuntusuna yol verməməsi real görünmür. Bu səbəbdən dövlət qurumlarıni, xüsusilə Dövlət Vergi Xidmətini, Aznet-də ciddi yoxlama aparmağa dəvət edirəm".
Samir
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR