Mətbuatdan gizlənən deputatlar: onlar kimlərdir? - SİYAHI
SİYASƏT
Bugün, 11:38
Yeddinci çağırış Milli Məclisinin tərkibi əvvəlki çağırışlarla müqayisədə bir sıra fərqli xüsusiyyətləri ilə seçilir. Xüsusilə son illərdə ictimai-siyasi proseslərin dinamikası, informasiya mühitinin sürətli inkişafı və rəqəmsal medianın təsir imkanlarının genişlənməsi deputatların fəaliyyət formatına da təsir göstərib.
Bu gün parlament üzvlərinin əhəmiyyətli hissəsi sosial şəbəkələrdə fəaldır, ölkə daxilində və beynəlxalq mediada baş verən hadisələrə operativ münasibət bildirir, qanunvericilik təşəbbüsləri və ictimai əhəmiyyətli məsələlərlə bağlı mövqelərini müntəzəm şəkildə bölüşürlər. Bu tendensiya Milli Məclisin cəmiyyətlə kommunikasiya imkanlarını genişləndirən müsbət faktor kimi qiymətləndirilə bilər.
Lakin ümumi mənzərə fonunda diqqət çəkən başqa bir reallıq da mövcuddur. Parlamentdə elə deputatlar var ki, onların media ilə əlaqələri demək olar ki, minimum səviyyədədir.
Jurnalistlərin müraciətlərinə cavab verməmələri, müsahibələrdən yayınmaları və ictimai müzakirələrdə görünməmələri müəyyən suallar doğurur. Axı deputatın tək işi qanunvericilik fəaliyyəti ilə deyil, o həm də ictimai hesabatlılıq, şəffaflıq və seçicilərlə kommunikasiyanın təmin olunması baxımından məsuliyyət daşıyır.
Burada vacib bir sual meydana çıxır, əgər millət vəkili media nümayəndələri üçün əlçatan deyilsə, o, seçiciləri üçün nə dərəcədə açıq ola bilər? Sual da göstərir ki, deputatların mediada aktivliyi ancaq jurnalistləri maraqlandıran məsələ deyil. Media cəmiyyətlə dövlət arasında informasiya körpüsüdür və deputatın mediadan uzaq qalması faktiki olaraq ictimaiyyətlə dialoqun zəifləməsi anlamına gəlir. Demokratik idarəetmə modelində isə ictimai kommunikasiyanın davamlılığı və hesabatlılıq prinsipi əsas meyarlardan biri hesab olunur.
Mia.az xəbər verir ki, Modern.az-ın apardığı monitorinq zamanı deputatların mediadakı çıxışların intensivliyi, jurnalistlərin sorğularına münasibət və ictimai informasiya mühitində görünürlük meyarları əsasında media ilə ən passiv əlaqə saxlayan deputatların siyahısını müəyyənləşdirilib. Bu siyahı onların parlament fəaliyyətini deyil, məhz ictimai kommunikasiya səviyyəsini əks etdirir. Müşahidələr göstərir ki, həmin deputatlar ya mediada ümumiyyətlə görünmür, ya da çox nadir hallarda ictimai mövzularda mövqe bildirirlər.
Monitorinq nəticəsində media ilə ən qapalı deputatlar kimi aşağıdakı millət vəkillərinin adları müəyyənləşib.
Bədəl Bədəlov, Heydər Əsədov, Xanlar Fətiyev, Sabir Hacıyev, Mircəlil Qasımlı, Eyvaz Qurbanov, Səttar Mehbalıyev, Anar Məmmədov, Məşhur Məmmədov, Qaya Məmmədov, Kəmaləddin Qafarov bu siyahıya başçılıq edirlər.
Əlbəttə, deputatın fəaliyyəti yalnız mediadakı görünürlüğü ilə ölçülmür. Bununla belə, informasiya əsrində ictimaiyyət qarşısında hesabatlılıq və açıq kommunikasiya siyasi institutların etibarlılığına birbaşa təsir edən amillərdəndir. Millət vəkili statusu bütün deputatlar üçün eynidir və bu status cəmiyyət qarşısında bərabər məsuliyyət yaradır. Bu baxımdan, hansısa deputatın media ilə ünsiyyətdən sistemli şəkildə yayınması sual doğurmaya bilməz.
Qeyd edək ki, bu yazının məqsədi kimisə hədəfə çevirmək deyil. Əksinə, məqsəd parlament-media münasibətlərində mövcud olan boşluğa diqqət çəkmək və ictimai müzakirəyə töhfə verməkdir. Çünki jurnalistin sualına cavab vermək ən əsası seçiciyə hörmətin, şəffaflığın və demokratik siyasi mədəniyyətin göstəricisidir.
Ümid edirik ki, bu yazıdan sonra adı qeyd olunan deputatlar media ilə münasibətlərinə yenidən baxacaq, jurnalistlərin sorğularına daha açıq yanaşacaq və ictimai dialoqda daha fəal iştirak edəcəklər. Dünya dəyişib, informasiya mühiti əvvəlki kimi deyil. Müasir dövrdə medianı və ictimai rəyi nəzərə almamaq nə siyasi baxımdan, nə də ictimai etimad prizmasından uğurlu yanaşma hesab oluna bilər. Ölkənin gündəmi, vətəndaşların problemləri və seçicilərin müraciətləri bütün deputatlar üçün prioritet olmalı, bu məsələlərin ictimaiyyətə çatdırılmasında media ilə konstruktiv əməkdaşlıq əsas fəaliyyət istiqamətlərindən birinə çevrilməlidir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Osimhen İkardinin formasını rədd etdi
Bugün, 13:25 İDMAN
-
Prezident Bəxtiyar Aslanbəylini "Şöhrət" ordeni ilə təltif edib - Sərəncam
Bugün, 13:19 GÜNDƏM
-
Prezident AZCON-a əlavə səlahiyyət verdi - Fərman
Bugün, 13:12 GÜNDƏM
-
Məşhur aktrisa fəryad etdi, Ərdoğandan mədət umdu: "Kriminal dəstə məni təhdid edir, gecələr qorxudan yata bilmirəm"
Bugün, 13:10 MƏDƏNİYYƏT
-
Pensiyalar nə vaxt köçürüləcək? - Açıqlama
Bugün, 13:01 İQTİSADİYYAT
-
Daxili İşlər Nazirliyinin tabeliyindəki bağçalar bu qurumun tabeliyinə verildi
Bugün, 12:48 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:33 CƏMİYYƏT
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan... - Bakıda ermənilərin şikayəti üzrə yeni hökm verildi (FOTOLAR, Yenilənib)
Bugün, 12:18 SİYASƏT
-
Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödəyib - Təfərrüat
Bugün, 12:07 GÜNDƏM
-
Sabiq nazirin müsadirə olunan 370 kv.metrlik mənzili... - Hərracda neçəyə satıldı?
Bugün, 11:49 SİYASƏT
-
Tramp "Washington Post"a "barmaq silkələdi": "Bu xain açıqlamanı sızdıranlar axtarılır"
Bugün, 11:41 GÜNDƏM
-
Mətbuatdan gizlənən deputatlar: onlar kimlərdir? - SİYAHI
Bugün, 11:38 SİYASƏT
-
Regional İdarəyə müavin təyinatı olub
Bugün, 11:33 İDMAN
-
Ceyhun Bayramov Ukraynaya gedib (Yenilənib)
Bugün, 11:17 GÜNDƏM
-
KOMİTƏ "KÖÇKÜN PULU" İLƏ BAĞLI YENİ XƏBƏR YAYDI: kimlərin pulu kəsilib?
Bugün, 11:08 CƏMİYYƏT
-
Azərbaycanlı yük sürücülərinə Gürcüstan gömrüyü niyə problem yaradır? - XİN-ə nota göndərildi (AÇIQLAMALAR)
Bugün, 10:48 GÜNDƏM
-
Bu İcra Hakimiyyətləri öz informasiya sistemləri və ehtiyatlarını "Hökumət buludu"na köçürüblər
Bugün, 10:48 GÜNDƏM
-
ABŞ-ı sarsıdan böhran təsdiqlənir - Tramp Müdafiə nazirini sərt şəkildə sorğu-sual edib
Bugün, 10:32 GÜNDƏM
-
Tərtərdə ər-arvad evdə yanaraq ölüblər
Bugün, 10:25 CƏMİYYƏT
-
Gəncədə kütləvi dava: bıçaqlanan bir nəfər ölüb, 3 nəfər xəstəxanaya yerləşdirilib (Yenilənib)
Bugün, 10:22 KRİMİNAL
-
İncəsənət məktəb və mərkəzlərinə işə qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Bugün, 10:17 MƏDƏNİYYƏT
-
MÜHARİBƏNİN QAZANANI 8 NƏHƏNG ŞİRKƏT OLDU: dəqiqədə 700 min dollar!
Bugün, 10:12 İQTİSADİYYAT
-
MİDA 130 milyon manatlıq istiqraz buraxır
Bugün, 09:59 İQTİSADİYYAT
-
Azərbaycan nefti cüzi ucuzlaşdı
Bugün, 09:56 İQTİSADİYYAT
-
"Fulham" "Real Madrid"dən iki oyunçu transfer edib
Bugün, 09:32 İDMAN
-
"Kocaelispor" yarımmüdafiəçisi ilə yollarını ayırdı
Bugün, 09:17 İDMAN
-
Altay Bayındır İspaniya liqasına transfer olunur
Bugün, 09:09 İDMAN
-
Hikmət Hacıyev: “Mənə aid bəzi fikirlər təhrif olunub”
Bugün, 00:59 SİYASƏT
-
Erdal Beşikçioğlunun müavininin də narkotik testi cavabı pozitiv çıxıb
Bugün, 00:46 KRİMİNAL
-
İstanbulda bina çöküb
Bugün, 00:41 DÜNYA
-
"Yeraltı"da sevgili olan cütlük gerçək həyatda talelərin birləşdirdi
Bugün, 00:25 MƏDƏNİYYƏT
-
Məşhur serialla bağlı sensasion qalmaqal: 17 yaşlı aktrisanın atası qızının gizli yazışmalarını tutdu, prokururluğa şikayət etdi
Bugün, 00:18 MƏDƏNİYYƏT
-
"Əgər "Kristal Abşeron" belə bir şirkətlə əməkdaşlıq edirsə..." - İctimai fəaldan şikayət
Bugün, 00:11 İQTİSADİYYAT
-
Məhəmməd Salah Trabzona gəlib
Bugün, 00:09 İDMAN