İlin son Günəş tutulması bu ay olacaq
GÜNDƏM
Bugün, 17:09
2026-cı ilin ikinci və son Günəş tutulması avqustun 12-də baş verəcək.
Mia.az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, bu tutulma, tam Günəş tutulması olacaq. Tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanın şimal-qərbi, Qrenlandiya, həmçinin Atlantik okeanının şimal hissəsindən keçən zolaqda müşahidə ediləcək. Qismən Günəş tutulması isə Avropanın böyük hissəsində, Şimali Amerikanın bəzi bölgələrində, Sakit okeanın bir hissəsində və Afrikanın şimal-qərbində görünəcək.
Bakı vaxtı ilə tutulma saat 19:34-də başlayacaq və 23:57-də başa çatacaq. Maksimum faza isə saat 21:46-da baş verəcək. Ümumilikdə, təxminən 5 saat çəkəcəyi gözlənilən tutulma hadisəsi zamanı günəş diskinin tam tutulması təqribən 7 dəqiqə davam edəcək.
Məlumat üçün qeyd edilib ki, tutulmaların tipi iki əsas faktordan asılıdır. Birinci faktor Günəş, Ay və Yerin kosmosdakı qarşılıqlı vəziyyəti, digəri isə müşahidəçinin özünün mövqeyidir. Ay orbitinin Yer orbiti ilə kəsişmə nöqtəsində yeni Ay fazası baş verdikdə və Günəş, Ay və Yer eyni xətt üzərində yerləşdikdə Günəş tutulması yaranır. Bu kəsişmə nöqtələri astronomiyada düyün nöqtələri adlanır. Tam Günəş tutulmasını yalnız Ayın tam kölgəsinə düşən müşahidəçi izləyə bilir. Kölgə mərkəzindən uzaqlaşdıqca Günəş diskinin örtülmə faizi azalır və yarımkölgədəki müşahidəçi isə ancaq qismən tutulma görür. Əgər Ay düyün nöqtəsindən bir az uzaqda yerləşərsə, bu zaman ümümiyyətlə tam tutulma müşahidə olunmur. Müşahidə mövqeyindən asılı olmayaraq, ancaq qismən tutulma müşahidə olunur. Həmçinin Ay öz orbitinin apogeyində olarsa, bu zaman tam yox, halqalı Günəş tutulması müşahidə olunur. Çünki Yerdən ən uzaq mövqedə yerləşən Ay Günəşin diskini tam ötə bilmir.
Cari ilin ilk Günəş tutulması kimi son Günəş tutulması da Azərbaycandan müşahidə olunmayacaq. Azərbaycandan müşahidə edilən son Günəş tutulması 25 oktyabr 2022-ci ildə baş vermiş qismən Günəş tutulması olub. Növbəti müşahidə edilə biləcək tutulma isə 2 avqust 2027-ci ildə baş verəcək. Bu tutulma tam Günəş tutulması olsa da, Azərbaycandan tam kölgə zolağından kənarda qaldığı üçün yalnız qismən tutulma fazasını izləmək mümkün olacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Oğulla müavinin şəkil çəkdirmək xəstəliyi... - “Turan Tovuz”un prezidenti ilə Aziz Yıldırımın görüşü barədə maraqlı fakt + FOTOLAR
Bugün, 19:39 İDMAN
-
Məşhur aktyor "Uzak Şəhər"də - FOTO
Bugün, 19:02 MƏDƏNİYYƏT
-
"Manifest" Türkiyəni tərk edir
Bugün, 18:55 ŞOU-BİZNES
-
Mikayıl Cabbarov Elnur Məmmədli və Kamran Ələsgərovla görüşüb - FOTO
Bugün, 18:23 İQTİSADİYYAT
-
CHP tarixində bir ilk - Bu şəhərdə partiyanın bir bələdiyyə sədri də qalmadı
Bugün, 18:01 DÜNYA
-
Lənkəranda açıq ərazidə yanğın başlayıb - VİDEO
Bugün, 17:36 GÜNDƏM
-
Bakı Qızlar Universitetinin tələbələri hansı universitetə köçürüləcək? - ETN-dən açıqlama
Bugün, 17:18 CƏMİYYƏT
-
İlin son Günəş tutulması bu ay olacaq
Bugün, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Xırdalanda ər-arvad bir-birini bıçaqladı - Biri ölüb, digəri isə... (YENİLƏNİB)
Bugün, 16:59 KRİMİNAL
-
İstanbulda biznesmen güllələnib
Bugün, 16:40 KRİMİNAL
-
Əli Əsədov notariat hərəkətləri barədə yeni qərar imzalayıb
Bugün, 16:40 GÜNDƏM
-
Konfrans Liqası: "Qarabağ"ın potensial rəqibi kim olacaq?
Bugün, 16:23 İDMAN
-
Tanınmış aktyor ADY-dan narazı qaldı: “Yekə adamlarsız”
Bugün, 16:20 CƏMİYYƏT
-
MİQ üzrə müsabiqənin vakansiya seçimi başlayır
Bugün, 16:06 CƏMİYYƏT
-
VƏZİFƏLİ ŞƏXS MƏHKƏMƏDƏ ELƏ ANONSLAR VERDİ Kİ... - "Lazım gəlsə, hər şeyi danışacağam, bilin ki, bu gün Səhiyyə Nazirliyi ayaqdadırsa, nə isə…”
Bugün, 15:50 CƏMİYYƏT
-
XİN: "Minalardan azad gələcək dayanıqlı sülhün təmin olunmasının əsas şərtidir"
Bugün, 15:40 SİYASƏT
-
Taliban rejiminə qarşı yeni hərbi əməliyyatlara başlayıb - General Sadat kimdir və ya o, nə istəyir? (TƏHLİL)
Bugün, 15:24 SİYASƏT
-
SOCAR "Azəri-Çıraq-Günəşli" layihəsində "Itochu"ya məxsus iştirak payını aldı - DETALLAR
Bugün, 15:09 İQTİSADİYYAT
-
ÖZGÜR ÖZƏLİN PARTİYASI ƏRDOĞANA RƏQİB OLUR - Son sorğunun NƏTİCƏLƏRİ
Bugün, 14:58 SİYASƏT
-
Böyük Britaniyada şok olay: 100 mindən çox polisin məlumat "sızdırıldı"
Bugün, 14:51 DÜNYA
-
Çempionlar Liqası: "Fənərbağça"nın potensial rəqibləri bəlli oldu
Bugün, 14:32 İDMAN
-
Ermənistan parlamentinə yeni spiker seçilib
Bugün, 14:32 DÜNYA
-
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
Bugün, 14:11 GÜNDƏM
-
Çempionlar Liqası: "Sabah"ın potensial rəqibi müəyyənləşib
Bugün, 14:11 İDMAN
-
SOCAR İstiqrazları: 1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi oldu
Bugün, 13:55 İQTİSADİYYAT
-
"Fənərbağça"da baş məşqçi ilə ispaniyalı futbolçu arasında gərginlik yaranıb
Bugün, 13:34 İDMAN
-
Elektron siqaretlə bağlı bəzi qanunlara dəyişiklik olunub
Bugün, 13:19 GÜNDƏM
-
Prezident enerji effektivliyi haqqında qanuna dəyişikliyi təsdiqləyib - DETALLAR
Bugün, 13:19 GÜNDƏM
-
"Azəriqaz"da paradoks: yeni yaradılan 40 şöbə və... - Fəhlələrin sayı azaldılır, kabinet məmurlarının isə...
Bugün, 13:15 İQTİSADİYYAT
-
Avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı... - Prezident dəyişikliyi təsdiqlədi
Bugün, 13:04 GÜNDƏM
-
Sumqayıtda təcili yardıma müraciətlə bağlı texniki problem yaranıb
Bugün, 12:54 CƏMİYYƏT
-
200 MİN MANATLIQ RÜŞVƏT İTTİHAMI - Rəis və müavin həbs edildi
Bugün, 12:48 GÜNDƏM
-
İbrahim Tatlıses övladlığa götürdüyü qızını ərə verdi - FOTOLAR
Bugün, 12:34 ŞOU-BİZNES