Tanınmış aktyor ADY-dan narazı qaldı: “Yekə adamlarsız”

Tanınmış aktyor ADY-dan narazı qaldı: “Yekə adamlarsız”

CƏMİYYƏT

Bugün, 16:20

Tanınmış aktyor Ramin Hacıyev Azərbaycan Dəmir Yollarının (ADY) xidmətindən narazılığını ifadə edib.

Mia.az Tribuna.az-a istinadla xəbər verir ki, aktyor bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Ramin Hacıyev qatarlarda internet probleminin olduğunu bildirib.

O, ADY-yə müraciət edərək vaqonlarda nə mobil internetin, nə də sərnişinlərin öz internetindən istifadə imkanının olduğunu qeyd edib.

“Bir şey fikirləşin. Yoxsa elə bunu fikirləşə bilibsiz? Yekə adamsız, çöldə 21-ci əsrdir”, – deyə aktyor yazıb.

Onun paylaşımı sosial şəbəkədə müzakirələrə səbəb olub. Müzakirəyə qoşulanlar da ADY-nin xidmətlərindən, vaqonlarda internetin olmamasından şikayətləniblər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR