Tramp: "İranla danışıqlar bu gün başlayacaq" - "Bu, İkinci Dünya Müharibəsindən bəri ən böyük hücum olacaqdı"
GÜNDƏM
03.08.2026, 09:50
"Hörmüz boğazı və İranın nüvə proqramı ilə bağlı razılaşma əldə edilməsi şərti ilə hücumları dayandırdıq. Danışıqlar bu gün günortadan sonra başlayır və nəticəsini görəcəyik. ran razılığa gəlməsə, hücumları istədiyimiz vaxt yenidən başlayacağıq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Andryü Birgə Hərbi Hava Qüvvələri Bazasına gedərkən jurnalistlərin suallarını cavablandırıb.
O, İrana qarşı yeni hücumları Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və ən əsası, İranın israrlı xahişi ilə dayandırdığını iddia edib: "Biz daha sərt hərəkətə keçməyə tamamilə hazır idik. Çox böyük bir hücum olacaqdı. Lakin müttəfiqlər sizdən hücumu ləğv etməyinizi istəyəndə, onlara qulaq verirsiniz: "Yaxşı, görək". Onların bunu istəməsinin səbəbi, razılaşma üçün bir çərçivənin formalaşdığını düşünmələridir. Hörmüz boğazı ilə bağlı razılaşma var və sonra nüvə məsələləri və ya İranın nüvəsizləşdirilməsi adlandıra biləcəyiniz bir razılaşma olacaq.
Mən bunu İranın nüvəsizləşdirilməsi adlandırıram. Bir sözlə, bu səbəbdən hücumları dayandırırıq. Görəcəyik nə olacaq. Amma üç əsas qrup tərəfindən hücumları dayandırmağımız istənilib. Əslində, İran da bunu qətiyyətlə tələb edib. Onlar dedilər ki, "biz razılaşmaq istəyirik". Onların açıq şəkildə nə dediklərini bilmirəm, çünki əksər hallarda mənə bunu deyirlər və sonra deyirlər ki, "nədən danışdığını bilmirik". Aydındır ki, onlar hücuma məruz qalmaq istəmirlər, çünki hazırlıqlarımızı görüb onun miqyasını başa düşüblər.
Dediyim kimi, danışıqlar bazar ertəsi günortadan sonra başlayır. Biz əslində İranla razılaşma əldə etməyin tərəfdarıyıq. Çünki bu, bir çox insanın həyatını xilas edəcək. Düzünü desəm, lazımsız güc istifadəsinin qarşısını alacaq. Dağıdılanları bərpa etmək illər çəkəcək. Açıq deyirəm: İkinci Dünya Müharibəsindən bəri ən böyük hücum planımız var idi və bu, onlar üçün fəlakət olardı. Onlar bizim bunu etməyimizi istəmirdilər. Aydındır ki, Səudiyyə Ərəbistanı da bunu istəmirdi. Gözləyib görəcəyik nə olacaq".
Tramp "İranın enerji infrastrukturuna zərbə endirməyə hazır idinizmi?" sualına qəti cavab verməkdən yayınıb: "Bu, böyük bir hücum olacaqdı. Bu, İkinci Dünya Müharibəsindən bəri ən böyük hücum olacaqdı. Lakin onlar bizdən bunu etməməyimizi istədilər. Onlar dedilər ki, "Xahiş edirəm etməyin". Digər qonşular da eyni şeyi dedilər. Beləliklə, nüvəsizləşdirmə ilə bağlı razılığa gələ biləcəyimizi görəcəyik".
E.ARAZ
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakı Şəhər İcra Hakimiyyəti binasının qarşısındakı civəli termometr bərpa olunub
Bugün, 10:17 CƏMİYYƏT
-
TFF "Fənərbağça"ya "yox" dedi
Bugün, 10:09 İDMAN
-
Ankarada Süleymançı təriqətinə qarşı əməliyyat: 100 milyardlıq köçürmə, çirkli pulların yuyulması və...
Bugün, 09:55 KRİMİNAL
-
Azərbaycan nefti cüzi ucuzlaşdı
Bugün, 09:39 İQTİSADİYYAT
-
"Çelsi" Pep Çavarriyanı transfer etdi - 5 illik müqaviləyə imza atıldı
Bugün, 09:27 İDMAN
-
"Hull City" Nobel Mendi ilə müqavilə imzaladı
Bugün, 09:12 İDMAN
-
Bakıda mağazada başlayan yanğın evlərə keçib - FOTOLAR
Bugün, 09:07 CƏMİYYƏT
-
PUTİN SAXALİNDƏN NATO, YAPONİYA VƏ AVROPANI HƏDƏLƏDİ: "İndi bu bölgədə münaqişə potensialı artıb" - "Mümkün hesab etdiyimiz yerdə qisas alacağıq"
Bugün, 00:15 GÜNDƏM
-
Duşan Vlahoviç İstanbula gəlib
Bugün, 00:06 İDMAN
-
"Allaha şükür ki, Yaxın Şərqin daha qoçusu yoxdur" - Tramp müsəlmansayağı mesaj verdi
Bugün, 00:05 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
Əkrəm İmamoğlu CHP-dən istefa verdi - 17 illik sevda bitdi
12.08.2026, 22:30 SİYASƏT
-
Romelu Lukaku "Fənərbağça"da - Müqavilə imzalandı
12.08.2026, 20:53 İDMAN
-
Naxçıvan: yeni iqtisadi imkanların ünvanı
12.08.2026, 19:54 İQTİSADİYYAT
-
Avqustun 12-də ilin ikinci Günəş tutulması başlayıb
12.08.2026, 19:40 GÜNDƏM
-
Naxçıvanın yeni inkişaf salnaməsi... - Vüqar Rəhimzadə yazır
12.08.2026, 19:37 SİYASƏT
-
Xocavənddə mina partlayıb - Xəsarət alanlar var
12.08.2026, 18:54 GÜNDƏM
-
İrakli Kobaxidze: "Azərbaycanla, eləcə də Türkiyə ilə çox yaxşı dinamika var və..."
12.08.2026, 18:02 GÜNDƏM
-
Daha bir tiktoker 700 manat cərimələndi
12.08.2026, 17:55 KRİMİNAL
-
"Qalatasaray" klubu ilə Viktor Osimhen arasında qalmaqal yaranıb
12.08.2026, 17:46 İDMAN
-
Bakı-Tbilisi sərnişin qatarında bilet böhranı: "Ortaq yoxlamalar təşkil etmək olar..."
12.08.2026, 17:29 CƏMİYYƏT
-
"Yeni Klinika"ya yeni mətbuat katibi təyin olunub
12.08.2026, 17:17 PRESS
-
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı: reallıqlar və perspektivlər
12.08.2026, 17:14 İQTİSADİYYAT
-
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb
12.08.2026, 17:03 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
12.08.2026, 17:00 İQTİSADİYYAT
-
Özgür Özəl və daha iki deputat həbs təhlükəsiylə üz-üzə - Toxunulmazlığın qaldırılma tələbi parlamentə göndərildi
12.08.2026, 16:45 GÜNDƏM
-
Türkiyədə F-16 təyyarəsi qəzaya uğrayıb - FOTO
12.08.2026, 16:35 GÜNDƏM
-
Masazırda futbol azarkeşləri arasındakı isidentlə bağlı cinayət işi açılıb
12.08.2026, 16:24 KRİMİNAL
-
Ramiz Mehdiyevin hektarlarla torpağı üzə çıxdı...
12.08.2026, 16:14 SİYASƏT
-
Rusiya məhkəməsi "Telegram" və "Google"u yenə cərimələdi - 26 milyon
12.08.2026, 15:57 PRESS
-
Hakan Fidan sabah Misirə gedir
12.08.2026, 15:50 GÜNDƏM
-
Milli Qəhrəman üçmərtəbəli obyekt tikir - Nazirlik icazə verdi
12.08.2026, 15:32 GÜNDƏM
-
Keçmiş deputata kələk gəliblər - Biznes qurmaq istəyirmiş...
12.08.2026, 15:26 SİYASƏT
-
Mərkəzi Bank yeni binaya köçdü, bəs köhnə necə olacaq? - AÇIQLAMA
12.08.2026, 15:12 İQTİSADİYYAT