Oğulla müavinin şəkil çəkdirmək xəstəliyi... - “Turan Tovuz”un prezidenti ilə Aziz Yıldırımın görüşü barədə maraqlı fakt + FOTOLAR
İDMAN
03.08.2026, 19:39
Bu gün “Turan Tovuz”un rəsmi feysbuk hesabında yayılan xəbərdə klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevin “Fənərbaxça” prezidenti Aziz Yıldırımla Bakıda işgüzar görüş keçirdiyi qeyd olunub.
“İşgüzar görüş” kimi təqdim edilən xəbərlə bağlı paylaşılan fotolar isə müəyyən müzakirələr yaradır.
Mia.az Xitab24.az-a istinadla xəbər verir ki, fotoların birində Ehtiram Quliyevin birinci müavini Həsən Zeynalov, digərində isə oğlu ayrı-ayrılıqda Aziz Yıldırımla lentə alınıb.
Yəni, növbə ilə Aziz Yıldırımla şəkil çəkdiriblər. Maraqlıdır ki, klub rəhbərinin ailə üzvü gənc şəkil çəkdirərkən Həsən Zeynalov ayağa qalxıb, yerini məhz ona verib. Bu, çəkilən fotodan da, həmin masanın üzərindəki yeməyin boşqabda eyni formada qalmasından da öz təsdiqini tapır.
Belə addımlar isə işgüzar görüş zamanı qeyri-ciddi təsir bağışlayır. Digər tərəfdən isə “Fənərbaxça” kimi adlı-sanlı klubun prezidentinin, xüsusən də ağır xasiyyəti ilə tanınan Aziz Yıldırımın heç bir səlahiyyəti olmayan, sadəcə, ailə üzvü olan bir gəncin yanında işgüzar söhbət aparacağı inandırıcı deyil.
Ümumi fotoları analiz edəndə isə bunun işgüzar görüş yox, şəkil çəkdirmək xatirinə Aziz Yıldırımın narahat edilməsi ehtimalını daha ön plana çıxır. Bu, sanki “Fənərbaxça” başqanının üz mimikalarında da öz əksini tapır.

Aydın məsələdir ki, Aziz Yıldırım klub prezidenti ilə yanaşı, kifayət qədər geniş imkanlara sahib olan tanınmış iş adamıdır. Onun Bakıya gəlişi də iş münasibətlərindən irəli gəlir. Yəni, Aziz Yıldırımın Bakıya şəxsən Ehtiram Quliyevlə görüşmək üçün gəldiyi inandırıcı deyil. Görünən odur ki, eyni zamanda tikinti sektorunda da fəaliyyət göstərən Ehtiram Quliyev bu səfərdən öncədən xəbərdar olub, onunla şəkil çəkdirmək fürsətini əldən verməyib.

Hər halda klubun rəsmi sosial şəbəkə hesabında təkcə iki klub rəhbərinin fotoları paylaşılsaydı, reklam üçün ailə üzvü olan bir gəncin şəkli həmin paylaşımda yer almasaydı, tərəflər bir-birinə komandaların öncədən xüsusi hazırlanmış formalarını, atributlarını hədiyyə etsəydi, bunu işgüzar görüş kimi qəbul etmək olardı.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Cənnət Park”ın rəhbərinə cinayət işi açıldı
Bugün, 18:09 KRİMİNAL
-
Halil Dervişoğlu "Qalatasaray"dan ayrılıb
Bugün, 18:03 İDMAN
-
Nazir özünə yeni köməkçi götürdü
Bugün, 17:41 CƏMİYYƏT
-
Partiya sədrindən istefalara qəzəbli reaksiya: "Bu siyasi namus bataqlığında boğulacaqsınız"
Bugün, 17:24 SİYASƏT
-
Türkiyə XİN başçısının "Qafqazda da oxşar sazişin, müdafiə ittifaqının yaradılmasına ehtiyac ola bilər” mesajı... - TƏHLİL
Bugün, 17:12 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Bugün, 16:45 GÜNDƏM
-
Yeni səfirimiz etimadnaməsini Qazaxıstan XİN-ə təqdim edib
Bugün, 16:36 SİYASƏT
-
Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur
Bugün, 16:36 CƏMİYYƏT
-
Çağırışa möhlət verilən bu şəxslər tibbi müayinəyə çağırılır - ƏƏSMN açıqlama yaydı
Bugün, 16:19 CƏMİYYƏT
-
"Azərişıq" yeni tenderə hazırlaşır
Bugün, 16:07 İQTİSADİYYAT
-
Türkiyə qırıcısı Rusiyanın PUA-sını vurdu - NATO sözçüsü "Alyans hər cür təhdidlərə hazırdır" xəbərdarlığı etdi
Bugün, 15:56 DÜNYA
-
Ağdamda yanğın başlayıb - VİDEO
Bugün, 15:41 CƏMİYYƏT
-
Mənsur Yavaş istefa xəbərindən danışdı: "Haqqımda ortaya atılan siyasi ssenari..."
Bugün, 15:16 SİYASƏT
-
İyi Partiyadan daha bir deputat istefa verdi
Bugün, 15:10 DÜNYA
-
Daha bir türk əsilli kriminal dəstə lideri xaricdə saxlanılıb - FOTO
Bugün, 14:59 KRİMİNAL
-
SOCAR-ın BORCU: hansı qurumlara nə qədərdir? - Maliyyə hesabatı + SİYAHI
Bugün, 14:53 İQTİSADİYYAT
-
Sərhəd Qoşunları komandanı vəzifədən azad edildi - DSX rəisinə yeni müavin gətirildi
Bugün, 14:32 GÜNDƏM
-
Röya Aygünün 37 il əvvəlki mahnısını oxudu - VİDEO
Bugün, 14:14 ŞOU-BİZNES
-
YÜKSƏK BAL TOPLAYANLARIN SAYI ARTIB: "Onların hamısı istədiyi tibb ixtisasına qəbul ola bilməyəcək"
Bugün, 14:07 CƏMİYYƏT
-
"WhatsApp"da doğmaların adıyla dələduzluq halları artıb, DİN xəbərdarlıq edir: "Dərhal inanmayın"
Bugün, 13:53 GÜNDƏM
-
"Dövlət auditi" informasiya sistemi yaradıldı - Yeni fərman + DETALLAR
Bugün, 13:49 GÜNDƏM
-
Hesablama Palatasına yeni səlahiyyətlər verildi - Prezident daha üç qanuna dəyişiklik etdi
Bugün, 13:49 İQTİSADİYYAT
-
Prezident Kənd Təsərrüfatı Nazirliyinə əlavə səlahiyyət verdi - Fərman
Bugün, 13:30 GÜNDƏM
-
Partiya sədrindən döyülən deputatla bağlı açıqlama: "Bu rəzillik qəbuledilməzdir"
Bugün, 13:16 SİYASƏT
-
İcra başçısını təhqir edən şəxs həbs olundu - Təfərrüat
Bugün, 13:04 CƏMİYYƏT
-
Azercell-in “Oflayn Qadınlar” layihəsi beynəlxalq Stevie® mükafatına layiq görülüb
Bugün, 12:58 CƏMİYYƏT
-
Azərbaycan-Özbəkistan IV Regionlararası Forumu keçiriləcək - Daşkənddə
Bugün, 12:51 İQTİSADİYYAT
-
Sabah yağışlı hava olacaq
Bugün, 12:21 CƏMİYYƏT
-
"Bir qocaman sənətkar kimi ən böyük arzum..." - “Bəzən efirlərdə elə adamları çıxarıb reklam edirdilər ki..."
Bugün, 12:04 MƏDƏNİYYƏT
-
Gecə yarısı qadınlar tərəfindən döyülən deputata cinayət işi açıldı - Partiyadan da qovulur
Bugün, 11:52 SİYASƏT
-
ABŞ-da eyni gündə üç ölüm hökmü icra edilib - Son 16 ildə ilk dəfə...
Bugün, 11:49 DÜNYA
-
Kamran Əliyev Çin səfiri ilə görüşdü - Nələr müzakirə olunub?
Bugün, 11:46 SİYASƏT
-
Kamran Əsədov məhkəmədə: "Onlara qarşı tədbir görün"
Bugün, 11:26 CƏMİYYƏT