Sumqayıtda təcili yardıma müraciətlə bağlı texniki problem yaranıb

Sumqayıtda təcili yardıma müraciətlə bağlı texniki problem yaranıb

CƏMİYYƏT

Bugün, 12:54

Sumqayıtda təcili yardıma müraciətlə bağlı texniki problem yaranıb.

Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib. 

Bildirilib ki, baş vermiş texniki nasazlıq ilə əlaqədar Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının “103” qısa nömrəsinə zənglərdə çətinlik müşahidə olunur. 

Problem aradan qaldırılanadək təcili tibbi yardıma müraciət etmək üçün aşağıdakı nömrələrlə əlaqə saxlamaq xahiş olunur: (018) 656-03-03, (018) 643-03-20.

Hazırda problemin aradan qaldırılması istiqamətində müvafiq qurumla koordinasiyalı iş aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR