900 min avroya alınan futbolçu 15 milyon avroya satıldı - Türk klubu daha bir çek-pot qazandı

900 min avroya alınan futbolçu 15 milyon avroya satıldı - Türk klubu daha bir çek-pot qazandı

İDMAN

Bugün, 18:02

Türkiyənin "Göztəpə" komandası vaxtilə 900 milyon avroya aldığı futbolçunun fantastik qiymətə Rusiya klubuna transfer olunmasına "hə" deyib.

Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, türk klubu hücumçu Juan Silvanı 15 milyon avro + bonus şərtiylə Rusiyanın "CSKA Moskva" komandasına satıb.

Xatırladaq ki, "Göztəpə" Juanı 2024-2025 mövsümündə "Sauthempton"dan icarəyə götürmüşdü. Sonra isə onun transferini cəmi  900 min avro ödəməklə rəsmiləşdirmişdi.

Onu da qeyd edək ki, "Göztəpə" daha əvvəl Romulonu "Leypsiq"ə 20 milyon avro və bonuslara satıb.

Beləliklə, Türkiyə komandası iki oyunçunun satışından azı 35 milyon avro qazanc əldə edib.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR