UKRAYNA 400-DƏK DROANLA MOSKVAYA QORXU SAÇDI - "Müharibə Rusiyaya geri döndü"

UKRAYNA 400-DƏK DROANLA MOSKVAYA QORXU SAÇDI - \"Müharibə Rusiyaya geri döndü\"

GÜNDƏM

Bugün, 11:00

Ukraynanın Moskva və ətraf ərazilərə genişmiqyaslı dron hücumu həyata keçirib.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu, müharibə başlayandan bəri Rusiya ərazisinə ən böyük hücum sayılır.

Məlumata görə, 400-ə yaxın kamikadze dronla Moskva və ətrafındakı çoxlu hədəflərə hücum olub. Onlardan bəziləri hədəfə dəyib, bəziləri isə Rusiya hava müdafiə sisemləri tərəfindən vurulub.

Moskva meri Sergey Sobyanin bildirib ki, bölgəyə 390-dan çox Ukrayna dronu yönləndirilib: "Moskva bölgəsindəki bir çox yaşayış məntəqəsi, o cümlədən Podolsk, Domodedovo və Kolomna da dron hücumlarının hədəfi olub. Bu dronlardan 81-i paytaxta yaxınlaşmadan hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilb. Təəssüf ki, bəziləri yaşayış binaları və digər obyektlərə böyük zərər veriblər. İtki yoxdur, ancaq yaralılar var".

Hücumdan sonra Ukrayna mediası "müharibə Rusiyaya geri qayıtdı" başlıqlı çoxsaylı yazılar yazıb.

Əhməd

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR