Mərakeş Kralı Trampa elə jest elədi ki...

Mərakeş Kralı Trampa elə jest elədi ki...

DÜNYA

28.07.2026, 09:01

Mərakeş Kralı VI Məhəmməd ABŞ Prezidenti Donald Tramp elə jest edib ki, indi dünya onun bu qərarını müzakirə edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Kral ölkənin cənubunu Qərbi Sahara ilə birləşdirən 1055 kilometrlik strateji Tiznit-Dahla avtomobil yoluna Donald Trampın adını verib.

Donald Tramp bu jestə operativ cavab verib. O, qərara görə Kral VI Məhəmmədə təşəkkür edib: "Mərakeş Kralı VI Məhəmmədə təşəkkür edirəm. Bu, böyük şərəfdir! Ümid edirəm ki, tezliklə bu möhtəşəm avtomobil yolunu başdan-başa qət edə biləcəyəm"

Xatırladaq ki, Tramp administrasiyası 2020-ci ildə Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıyan ilk Amerika hökuməti olub. 

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR