ABŞ və İran bir-birlərinə zərbə endirir - İki ölkə vətəndaşlarına xəbərdalıq edib

ABŞ və İran bir-birlərinə zərbə endirir - İki ölkə vətəndaşlarına xəbərdalıq edib

GÜNDƏM

Bugün, 17:14

“ABŞ ordusu az əvvəl Hörmüz Boğazındakı Lark adasına zərbələr endirib”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə “Tasnim” Xəbər Agentliyi məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtilə saat 15:48-də baş verən hücum nəticəsində adada güclü partlayışlar baş verib: “Hazırda ziyanla bağlı müvafiq araşdırmalar başlanıb”.

Bu arada isə İran Bəhreyn və Səudiyyə Ərəbistanındakı ABŞ bazalarına əks zərbələr endirməyə başlayıb.

Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsi əhaliyə müraciətində Dammam şəhərinə yeni raket və dron hücumunun başladığını bildirib. Qeyd edilib ki, vətəndaşlar sakit olmalı, rəsmi təlimatlara əməl etməli və xəbərdarlıqdan sonra ən yaxın təhlükəsiz əraziyə getməlidirlər.

Oxşar xəbərdarlıq Bəhreyn Daxili İşlər Nazirliyi tərəfindən də olunub.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR