VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hazırlığı üzrə qurumlararası iclas keçirilib
MƏDƏNİYYƏT
22.07.2026, 15:44
Mədəniyyət Nazirliyində VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hazırlığına həsr olunmuş qurumlararası iclas keçirilib.
Mia.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, iclasda dövlət qurumlarının rəhbər səviyyəli nümayəndələri, o cümlədən Xarici İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Dövlət Turizm Agentliyinin, Media İnkişafı Agentliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və ADA Universitetinin təmsilçiləri iştirak edib.
Çıxış edən mədəniyyət naziri Adil Kərimli platformanın qlobal müstəvidə gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Nazir müavini Fərid Cəfərov isə builki Forumun proqramı, hazırlıq işləri, keçiriləcəyi məkanlar və nəzərdə tutulan tədbirlər barədə ətraflı təqdimat edib.
İclas iştirakçıları Forumun müxtəlif istiqamətləri üzrə təkliflərini bölüşüblər.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli elm təşkilatlarının nümayəndələrinin Foruma cəlb edilməsini təklif edib.
Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev Quba Olimpiya Kompleksində keçiriləcək Gənclər Forumunun hazırlıq işlərinin davam etdiyini bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov beynəlxalq dəvətlərin əlaqəli qaydada göndərilməsi barədə məlumat verib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Forum çərçivəsində multikulturalizm mövzusunda yan tədbirin keçirilməsini təklif edib.
Xarici İşlər Nazirliyinin nümayəndəsi Elməddin Mehdiyev Bakıda yerləşən beynəlxalq gənclər təşkilatlarının Gənclər Forumuna cəlb edilməsini, həmçinin iqlim dəyişikliyi mövzusunda ayrıca panelin təşkilini təklif edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qadın və ailə mövzusunun Forum proqramına daxil edilməsini müzakirəyə gətirib, bu istiqamətdə UN Women ilə birgə xüsusi sessiyanın keçirilməsi razılaşdırılıb.
İclasın yekununda mədəniyyət naziri Adil Kərimli bildirib ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ümumilikdə 3000-ə yaxın qonağın, o cümlədən 500 xarici iştirakçının iştirakı nəzərdə tutulur. Bakı Prosesinin bu mötəbər platforması beynəlxalq mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməkdə davam edəcək.
Qeyd edək ki, Bakı Prosesi 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulmuş beynəlxalq dialoq platformasıdır. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu prosesin müntəzəm keçirilən əsas tədbiridir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Xocavənddə buldozer minaya düşüb
08.08.2026, 21:07 GÜNDƏM
-
PREZİDENT İLHAM ƏLİYEVLƏ TRAMP TELEFONDA DANIŞDI: nələr müzakirə olunub?
08.08.2026, 19:42 GÜNDƏM
-
İrandan ölkəmizə PUA ilə göndərilən narkotik... - Saxlanılanlar var + VİDEO
08.08.2026, 18:11 KRİMİNAL
-
“Prezident İlham Əliyev müharibəni qazandı, lakin o, həm də sülhü qazandı!” - Hikmət Hacıyev + VİDEO
08.08.2026, 14:50 GÜNDƏM
-
Nəsimi Rayon İcra Hakimiyyətində rayon ağsaqqalları ilə görüş keçirilib - FOTOLAR
08.08.2026, 14:45 CƏMİYYƏT
-
"Vaşinqtonda ortaya çıxan nəticələr göstərdi ki..." - TƏHLL
08.08.2026, 13:58 SİYASƏT
-
PAŞİNYAN PREZİDENT İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
08.08.2026, 12:32 GÜNDƏM
-
Xəzərdə boğulan 16 yaşlı uşağın meyiti tapıldı
08.08.2026, 12:14 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
08.08.2026, 12:07 CƏMİYYƏT
-
"Bacıma bu itkini ikiqat ağır edən bir məqam da var" - Blogerin bacısı kürəkəninin ölümündən yazdı
08.08.2026, 11:45 CƏMİYYƏT
-
Direktor, rəislər və siqaret qaçaqlmalçıları... - Onlar mühakimə olunurlar
08.08.2026, 11:01 GÜNDƏM
-
Xocavənddə traktor minaya düşüb
08.08.2026, 10:49 GÜNDƏM
-
Ağdaşda İTV əməkdaşlarına hücum edildi – Həmin anın VİDEOSU
08.08.2026, 10:47 PRESS
-
Gəncədə vəkilin qardaşı öldürülüb - TƏFƏRRÜAT
08.08.2026, 10:43 KRİMİNAL
-
Azərbaycanın diplomatik zəfəri: Vaşinqton bəyannaməsi nələri dəyişdi?
08.08.2026, 10:28 SİYASƏT
-
SOCAR-ın Vitse-prezidentinin "Azəriqaz" rəhbərinə xəbərdarlıq məktubu yayıldı - Ən çox qaz itkisi hansı bölgələrdədir? - SƏNƏD
08.08.2026, 10:03 İQTİSADİYYAT
-
Paşinyan: "Yaxın vaxtlarda TRIPP-in icrasına başlayacağıq" - "Bu, böyük regional və beynəlxalq hadisə olacaq"
08.08.2026, 09:51 GÜNDƏM
-
Rəsmi Bakı Gürcüstanla bağlı bəyanat yaydı
08.08.2026, 09:12 SİYASƏT
-
Bakıda vəkil həbs edilib
07.08.2026, 23:40 GÜNDƏM
-
Eren Derdiyok "Qalatasaray"da baş məşqçi oldu
07.08.2026, 23:38 İDMAN
-
Etna dağı yenidən aktivləşib
07.08.2026, 21:10 DÜNYA
-
Daha bir tiktoker cəzalandırıldı
07.08.2026, 20:07 PRESS
-
2500-ə yaxın internet resurslarının idarəetmə panellərini "qıran" şəxslər saxlanıldı - VİDEO
07.08.2026, 19:57 KRİMİNAL
-
İcra başçısının sabiq müavininə hökm oxundu
07.08.2026, 18:57 KRİMİNAL
-
Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ
07.08.2026, 18:09 YAZARLAR
-
Bu tarixdə leysan yağacaq - Xəbərdarlıq
07.08.2026, 18:00 GÜNDƏM
-
"Rəşad Dağlının əfv siyahısına salınmasına əsas yoxdur"
07.08.2026, 17:45 MƏDƏNİYYƏT
-
AQTA heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlayıb
07.08.2026, 17:33 İQTİSADİYYAT
-
Yeni Partiya bu partiyanın qərargahına köçür - Aylıq 4 milyon tl kirayə haqqı var
07.08.2026, 17:18 DÜNYA
-
Mətbuat katibi: "ADY Bakı–Tbilisi–Bakı istiqaməti üzrə heç bir turizm şirkəti ilə əməkdaşlıq etmir..."
07.08.2026, 17:05 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
07.08.2026, 17:00 İQTİSADİYYAT
-
Bakının həm Moskva, həm də Kiyevlə təmaslar qurması və... - TƏHLİL
07.08.2026, 16:55 SİYASƏT
-
Həftəsonu güclü külək əsəcək - Xəbərdarlıq
07.08.2026, 16:20 GÜNDƏM
-
Bələdiyyə sədri Məhəmməd Salaha torpaq təklif elədi: "Gəl burada yaşa, qarşıdakı illərdə Misirdə elə isti hava olacaq ki..."
07.08.2026, 16:11 İDMAN