Müğənni konsertinə az adam gəlməsinin səbəbini soruşdu, belə cavab aldı: “Ərik yığmağa gediblər” - FOTO

Müğənni konsertinə az adam gəlməsinin səbəbini soruşdu, belə cavab aldı: “Ərik yığmağa gediblər” - FOTO  

MƏDƏNİYYƏT

20.07.2026, 14:06

Türkiyənin Malatya şəhərində Beynəlxalq Mədəniyyət, İncəsənət və Ərik Festivalına qatılan tanınmış müğənni Elif Buse Doğan meydanda gözlədiyi izdihamı görmədikdə təəccüblənib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, üzünü az sayda olan tamaşaçılara tutaraq, bunun səbəbini soruşub.

Aldığı cavabdan özünü itirməyən müğənni zarafata salaraq vəziyyətdən çıxmağa çalışıb.

Onunla tamaşaçılar arasında belə dialoq olub:

Elif Buse Doğan: Malatyalılar haradadır? Çox təəccübləndim. Başqa bir konsert varmı? Oraya getdilərmi?

Tamaşaçılar: Ərik yığmağa getdilər!

Elif Buse Doğan: Hamı oradadırmı? Kaş ki, bizdə vaxtında biləydik. Gedib kömək edərdik, işi tez bitirib axşam konsertə gələ biləydilər..

Tamaşaçılar: İyul ayı Malatyada ərik yığımı vaxtıdır, camaat dolanmaq üçün çabalayırlar, onları belə vaxtda konsert düşündürməz…

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR