Xəzər niyə quruyur? -Ekoloq çarə olmadığını deyir
CƏMİYYƏT
20.07.2026, 10:22
Xəzər dənizində su səviyyəsinin azalması ilə bağlı narahatedici tendensiya davam edir. Rusiyalı tədqiqatçıların araşdırmasına görə, 1993-2025-ci illərdə Xəzər dənizinin səth sahəsi kiçilib, dənizin səviyyəsi isə 1995-ci ildən bəri hər il orta hesabla 10 santimetr azalaraq ümumilikdə təxminən 3 metr enib.
Xəzər dənizinin səviyyəsinin enməsi ekosistemə və Azərbaycanın sahilboyu ərazilərinə hansı əsas təsirləri göstərir?
Bu prosesin qarşısını almaq, təsirlərini azaltmaq üçün hansı addımlar atılmalıdır?
Mia.az-ın məlumatına gərə, globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, bu proses Azərbaycan üçün həm ciddi ekoloji, həm də iqtisadi problemdir:
“Dəniz səviyyəsinin azalması sahil xəttini dəyişdirir, təbii tarazlığı pozur və müxtəlif sahələrə mənfi təsir göstərir. Əsas təsirlərdən biri su ekosistemlərinin deqradasiyasıdır. Dayaz körfəzlər, bataqlıqlar və qamışlıqlar quruyur. Halbuki bu ərazilər balıqların kürütökmə, quşların isə yuvalama məkanlarıdır. Nəticədə biomüxtəliflik azalır. Digər mühüm problem balıq ehtiyatlarının azalmasıdır. Xüsusilə nərəkimilər və digər qiymətli balıq növlərinin yaşayış və çoxalma şəraiti pisləşir. Eyni zamanda, Xəzər suitisinin yaşayış mühiti daralır. Onsuz da sayı sürətlə azalan bu növ əlavə ekoloji təzyiqlərlə üzləşdiyi üçün onun qorunması daha da çətinləşir”.
Ekoloq bildirib ki, dəniz səviyyəsinin enməsi suyun duzluluğuna və temperatur rejiminə də təsir göstərir:
“Buxarlanmanın artması nəticəsində suyun duzluluğu yüksəlir, temperatur rejimi dəyişir. Bu isə planktonlardan başlayaraq bütün qida zəncirinə mənfi təsir göstərən amillərdən biridir. Sahilboyu landşaft da ciddi şəkildə dəyişir. Yeni quru sahələri yaranır, bəzi limanlar və balıqçılıq infrastrukturu dayazlaşdığı üçün normal fəaliyyət göstərməkdə çətinlik çəkir. Digər bir problem quruyan dəniz dibindən qalxan toz və duz fırtınalarıdır. Küləkli havalarda bu toz və duz kənd təsərrüfatına, bitki örtüyünə və insanların sağlamlığına mənfi təsir göstərə bilər. Bütün bunlar turizm və iqtisadi fəaliyyətə də zərbə vurur. Çimərliklər, marinalar və digər sahil infrastrukturu yeni sahil xəttinə uyğun şəkildə yenidən layihələndirilməli və uyğunlaşdırılmalıdır”.
Ekspertin sözlərinə görə, bu prosesi tamamilə dayandırmaq mümkün olmasa da, təsirlərini azaltmaq mümkündür:
“Çünki əsas səbəblərdən biri iqlim dəyişikliyi nəticəsində buxarlanmanın artmasıdır. Digər tərəfdən, Xəzərə tökülən çayların su axını da azalır. Burada ilk növbədə Volqa çayını qeyd etmək lazımdır. Xəzərə daxil olan suyun təxminən 80 faizi Volqanın payına düşür. Kür çayının da rolu az deyil. Hər iki çayda axının azalması Xəzərin qidalanmasına mənfi təsir göstərir. Bu problemlərin təsirlərini azaltmaq üçün bir sıra addımlar atılmalıdır. İlk növbədə Xəzəryanı beş dövlət vahid elmi monitorinq sistemi yaratmalı və birgə fəaliyyət proqramı hazırlamalıdır. Kür, Volqa və digər çay hövzələrində sudan daha səmərəli istifadə edilməli, su itkiləri minimuma endirilməlidir. Bu, Xəzəri qidalandıran çayların imkanlarının daha səmərəli istifadə olunmasına kömək edə bilər.
İqlim dəyişikliyinin təsirlərini azaltmaq mümkündür. Bunun üçün enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji mənbələrinin genişləndirilməsi və meşələrin qorunması mühüm əhəmiyyət daşıyır. Həssas sahil ekosistemləri, bataqlıqlar və qamışlıqlar mühafizə olunmalı, mümkün olan yerlərdə bərpa edilməlidir. Bu, həm biomüxtəlifliyin, həm də bir çox canlı növlərinin yaşayış areallarının qorunmasına xidmət edəcək. Limanlar, balıqçılıq obyektləri və digər sahil infrastrukturu yeni sahil xəttinə uyğunlaşdırılmalıdır. Eyni zamanda, balıq ehtiyatlarının qorunması üçün qanunsuz ovçuluğa qarşı nəzarət gücləndirilməli, süni balıq artırma proqramları genişləndirilməlidir. Toz və duz fırtınalarının təsirini azaltmaq məqsədilə quruyan sahələrdə yaşıllaşdırma, qamışlıqların salınması və digər meliorativ tədbirlər həyata keçirilməlidir. Bitki örtüyü torpağı möhkəmləndirərək toz və duzun küləklə yayılmasının qarşısını qismən ala bilər. Nəhayət, peyk müşahidələri və erkən xəbərdarlıq sistemləri daha da təkmilləşdirilməlidir. Bu, Xəzər dənizinin səviyyəsində baş verən dəyişikliklərin davamlı izlənilməsinə və risklərin vaxtında qiymətləndirilməsinə imkan verəcək”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Yalnız Sizdən kömək gözləyrəm" - Qarabağ veteranı icra başçısı ilə bələdiyyə sədrindən şikayətləndi, dövlət başçısına üz tutdu
Bugün, 13:20 CƏMİYYƏT
-
Aytəkin Səfərəliyevanın şeiri
Bugün, 13:02 MƏDƏNİYYƏT
-
Yusif Seyidov icra başçısının birinci müavini təyin olunub
Bugün, 12:54 CƏMİYYƏT
-
Aparıcı bu görüntüləriylə gündəm oldu – FOTOLAR
Bugün, 12:41 PRESS
-
Braziliyalı məşhur futbolçu estetik əməliyyata girdi, belə oldu – FOTO
Bugün, 12:31 İDMAN
-
Gədəbəydə 500-ə yaxın qəbir abidəsi aşkarlanıb - FOTOLAR
Bugün, 12:25 MƏDƏNİYYƏT
-
Azərbaycan və Almaniya prezidentləri görüşüblər - FOTOLAR (YENİLƏNİB)
Bugün, 12:22 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:11 CƏMİYYƏT
-
Özgür Özəl həbs təhlükəsi barədə suala belə cavab verdi
Bugün, 12:01 SİYASƏT
-
Elm və Təhsil Nazirliyi tərəfindən hər il müsabiqə keçiriləcək - Bu sahə üzrə
Bugün, 11:54 GÜNDƏM
-
"Belə işçilər üçün həftəlik iş vaxtı 36 saatdan artıq olmamalıdır" - Ali Məhkəmə daha bir mübahisəli iş üzrə izah yaydı
Bugün, 11:44 CƏMİYYƏT
-
Daha bir CHP funksioneri saxlanıldı – Şok ittihamlarla
Bugün, 11:20 SİYASƏT
-
Türkiyədə nəhəng çəyirtkə xofu: qorxuludurmu?
Bugün, 11:12 DÜNYA
-
BŞİH-də müşavirə keçirilib
Bugün, 10:59 CƏMİYYƏT
-
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçimi başlayıb
Bugün, 10:44 CƏMİYYƏT
-
"Azəriqaz" İB-nin baş direktoru 8500 manat cərimələnib - Komitə sədri sənədli fakt yaydı
Bugün, 10:20 GÜNDƏM
-
Azərbaycan əhalisi artıb - Son statistika
Bugün, 10:09 CƏMİYYƏT
-
ABŞ ötən gecə İranın bir çox bölgələrinə zərbə endirib - SİYAHI
Bugün, 10:02 GÜNDƏM
-
Pentaqon təsdiqlədi: “İranın hücumları zamanı bu ay 100-dək hərbçimiz yaralanıb”
Bugün, 09:49 GÜNDƏM
-
Prezident İlham Əliyev Endi Börnhemə təbrik məktubu ünvanlayıb - MƏTN
Bugün, 09:41 GÜNDƏM
-
Magistraturaya ixtisas seçimi başlayıb
Bugün, 09:34 GÜNDƏM
-
Azərbaycan neftinin qiyməti 94 dollara çatdı
Bugün, 09:28 GÜNDƏM
-
Daha bir qanunsuz estetik əməliyyat... - Baş Prokurorluq Gülbadə Abdullayeva ilə bağlı məlumat yaydı
Bugün, 09:09 KRİMİNAL
-
BÖLGƏ YENİDƏN BÖYÜK MÜHARİBƏYƏ SÜRÜKLƏNİR: ABŞ və İranın zərbələri şiddətlənir
Bugün, 00:32 GÜNDƏM
-
CENTCOM: “İrana qarşı yeni hücum dalğası başlayıb”
Bugün, 00:27 GÜNDƏM
-
ABŞ-da benzinin qiyməti kəskin bahalaşdı
Bugün, 00:20 İQTİSADİYYAT
-
Tarlada 15-20 qəpik, süfrəyə çatanda 5 manat.. - Fermerlərin çiyələk bazarında böhranın səbəbi nədir?
Bugün, 00:08 İQTİSADİYYAT
-
"Biz mətbuatın ən “bərkgedənləri” ilə işləyirik” - deyən İmişli klubu...
Bugün, 00:06 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:06 MƏDƏNİYYƏT
-
Britaniyanın yeni Baş naziri: “10 illik yeni proqram hazırlanacaq”
20.07.2026, 23:29 DÜNYA
-
Prezident İlham Əliyev Almaniyada - FOTOLAR (YENİLƏNİB)
20.07.2026, 21:57 SİYASƏT
-
Zahid Ouc: "Azərbaycanın AŞPA-dan çıxması regional dezinteqrasiya prosesləri üçün presedent yarada bilər"
20.07.2026, 20:37 SİYASƏT
-
İranın Şiraz şəhəri bombalanıb
20.07.2026, 20:09 DÜNYA
-
Jurnalist Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib - Mətbuat Şurasında tədbir + FOTOLAR
20.07.2026, 19:43 PRESS