Saxlanılan müğənni Haluk Leventdən ilk açıqlama: “Əsl “bomba”nı gözləyin” - "15 gün nazir müavininə mesaj atdım ki..."

Saxlanılan müğənni Haluk  Leventdən ilk açıqlama: “Əsl “bomba”nı gözləyin” - \"15 gün nazir müavininə mesaj atdım ki...\" 

MƏDƏNİYYƏT

Bugün, 16:41

İstanbul Baş Prokurorluğunun tələbiylə saxlanılan “Ahbap” Dərnəyinin başqanı, tanınmış müğənni başına gələnlərlə bağlı ilk açıqlamasını verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, istintaq altında olsa da, açıqlamasında özünü təqsirli saymayıb.

"Əziz dostlarım, əsl “bomba”nı gözləyin. Bunu tezliklə verəcəyim açıqlamalarda görəcəksiniz. Bu prosesin əvvəldən necə baş verdiyini öyrənəcəksiniz və təəccüblənəcəksiniz", - deyən müğənnni şəxsi həyatı ilə dərnəyin fəaliyyətini əlaqələndirməyə çalışanların olduğunu iddia edib.

Müğənni qeyd edib ki, həbsindən 15 gün əvvəldən başlayaraq hər gün Daxili İşlər nazirinin müavini Bülent Turana mesaj göndərib, ondan dərnəkdə yoxlama aparılmasını istədiyini bildirib: ""Ahbap” mənim şəxsi borc-kredit münasibətlərimlə tamamilə əlaqəsizdir. Lakin onu bununla əlaqələndirmək üçün davamlı cəhdlər var. Zaman hər şeyi göstərəcək."

Hüseyn

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR