Prokurorluğa əlavə səlahiyyət verildi - FƏRMAN

Prokurorluğa əlavə səlahiyyət verildi - FƏRMAN

GÜNDƏM

Bugün, 17:26

Prezident İlham Əliyev bu gün daha bir fərman imzalayıb.

Mia.az xəbər verir ki,  fərmana əsasən, dövlət nəzarəti sahəsində funksiyaları olan qurumlar siyahısına prokurorluq orqanı da əlavə edilib.

Belə ki, prokurorluq orqanı qanunla müəyyən edilmiş hallarda uşaqların hüquqlarını və qanuni mənafelərini məhkəmədə müdafiə edəcək, dövlət qurumlarına müraciət edəcək, məhkəmədə iddia qaldıracaq.

Həmçinin uşaqlarla bağlı cinayət işləri və inzibati xəta haqqında işlər üzrə qanunla müəyyən edilmiş hallarda və qaydada qanunların icrasına nəzarəti həyata keçirəcək.

Bundan başqa, Ailə Məcəlləsinin 72.2-ci və 116-1.5-ci maddələrinin birinci cümlələrinə uyğun olaraq, uşağın sağlamlığının və ya həyatının birbaşa təhlükədə olması ilə bağlı qəyyumluq və himayəçilik orqanlarının və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına baxacaq və qanunda nəzərdə tutulmuş tədbirləri görəcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR