"Biletimizi başqalarına satıblar" - Naxçıvana uçmaq istəyən sərnişinlər AZAL-dakı özbaşınalıqdan narazıdır + VİDEO
İQTİSADİYYAT
15.07.2026, 16:22
Bir neçə gündür Heydər Əliyev Beynəlxalq Hava Limanından Naxçıvana uçmalı olan təyyarənin sərnişinləri gözlənilməz vəziyyətlə üzləşiblər.
Sərnişinlərdən biri – Samirə xanım Bestmedia.az-a bildirib ki, onun və əvvəlcədən bilet almış çoxsaylı sərnişinlərin biletləri başqa şəxslərə satılıb. Onun sözlərinə görə, övladı hərbi xidmətə yola düşən, yaxınını itirən və digər mühüm səbəblərlə Naxçıvana tələsən insanlar gecə reysini gözləməyə məcbur ediliblər. "Mənim biletimi başqasına satıblar. Təkcə mənim yox, 50-60 nəfərin bileti ilə bağlı eyni problem yaşanıb. Camaata dedilər ki, təyyarədə yer yoxdur və bizim uçuşumuzu gecə saat 22:30-a keçiriblər", – deyə sərnişin bildirib. Onun sözlərinə görə, hava limanında heç kim eyni yerə bir neçə biletin necə satılması ilə bağlı izahat verməyib. İddia olunur ki, məsələ ilə bağlı etiraz edən sərnişinlərə aeroportun əməkdaşları və mühafizə polisi təzyiq göstərib, videoçəkiliş aparılmasına mane olmağa çalışıblar.
Samirə xanım bildirib ki, sonradan 15:30 reysi ilə Naxçıvana uça bilib. Onun sözlərinə görə, həmin təyyarədə çoxlu sayda boş yer olub. "Bir tanışımın köməkliyi ilə saat 15:30-da Naxçıvana uçdum. Təyyarə artıq enib. İçəridə kifayət qədər boş yer var idi. Halbuki sərnişinlərə “yer yoxdur” deyirdilər. İnsanlara böyük əziyyət verirlər. Yaxınını itirən, təcili işi olan insanlar var, amma onların getməsinə imkan yaratmırlar. Təyyarəyə minəndə isə görürük ki, xeyli boş yer var, hətta məndən arxada da azı 12-13 yer boşdur", – deyə o bildirib. İş qadını olduğunu və Türkiyədə yaşadığını deyən Samirə xanım atasının vəfatının ildönümü ilə əlaqədar Azərbaycana gəldiyini bildirib. O hesab edir ki, bu cür hallar ölkənin imicinə mənfi təsir göstərir və vətəndaşlarda narazılıq yaradır. "Hətta bəzi polis əməkdaşları da qanunsuzluqdan şikayət edən və hüquqlarını tələb edən vətəndaşlara qarşı kobud davranırdı. Mən onlara bildirdim ki, vətəndaşlarla belə rəftar etməyə ixtiyarları yoxdur. Xəbərdarlıq etdim ki, bu cür davranış davam edərsə, daxili işlər naziri Vilayət Eyvazova və onun müavinlərinə müraciət edəcəyəm. Bundan sonra polis əməkdaşları sakitləşdi və daha mədəni davranmağa başladı", – deyə həmsöhbətimiz bildirib.
O əlavə edib ki, sərnişinlərdən bəziləri ac, susuz qaldıqlarını, əlavə pulları olmadığı üçün də nə isə alıb yeyə bilmədiklərini deyirdilər. Çoxsaylı şikayətlərdən sonra cəmi 5-6 nəfərə yemək verilib. Halbuki belə fors-major hallarda hava yolları şirkəti insanların yemək və istirahət etmək hüquqlarını təmin etməlidir. Onun sözlərinə görə, Naxçıvan–Bakı və Bakı–Naxçıvan istiqamətində həyata keçirilən uçuşlarda buna bənzər hallara tez-tez rast gəlinir. Bestmedia baş vermiş hadisənin səbəbləri ilə bağlı AZAL-a sorğu göndərib. Qurumun rəsmi mövqeyi təqdim ediləcəyi təqdirdə, həmin cavab da dərc olunacaq/bestmedia.az.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Yeni səfir etimadnaməsini Qazaxıstan XİN-ə təqdim edib
Bugün, 16:36 SİYASƏT
-
Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur
Bugün, 16:36 CƏMİYYƏT
-
Çağırışa möhlət verilən bu şəxslər tibbi müayinəyə çağırılır - ƏƏSMN açıqlama yaydı
Bugün, 16:19 CƏMİYYƏT
-
"Azərişıq" yeni tenderə hazırlaşır
Bugün, 16:07 İQTİSADİYYAT
-
Türkiyə qırıcısı Rusiyanın PUA-sını vurdu - NATO sözçüsü "Alyans hər cür təhdidlərə hazırdır" xəbərdarlığı etdi
Bugün, 15:56 DÜNYA
-
Ağdamda yanğın başlayıb - VİDEO
Bugün, 15:41 CƏMİYYƏT
-
Mənsur Yavaş istefa xəbərindən danışdı: "Haqqında ortaya atılan siyasi ssenari..."
Bugün, 15:16 SİYASƏT
-
İyi Partiyadan daha bir deputat istefa verdi
Bugün, 15:10 DÜNYA
-
Daha bir türk əsilli kriminal dəstə lideri xaricdə saxlanılıb - FOTO
Bugün, 14:59 KRİMİNAL
-
SOCAR-ın BORCU: hansı qurumlara nə qədərdir? - Maliyyə hesabatı + SİYAHI
Bugün, 14:53 İQTİSADİYYAT
-
Sərhəd Qoşunları komandanı vəzifədən azad edildi - DSX rəisinə yeni müavin gətirildi
Bugün, 14:32 GÜNDƏM
-
Röya Aygünün 37 il əvvəlki mahnısını oxudu - VİDEO
Bugün, 14:14 ŞOU-BİZNES
-
YÜKSƏK BAL TOPLAYANLARIN SAYI ARTIB: "Onların hamısı istədiyi tibb ixtisasına qəbul ola bilməyəcək"
Bugün, 14:07 CƏMİYYƏT
-
"WhatsApp"da doğmaların adıyla dələduzluq halları artıb, DİN xəbərdarlıq edir: "Dərhal inanmayın"
Bugün, 13:53 GÜNDƏM
-
"Dövlət auditi" informasiya sistemi yaradıldı - Yeni fərman + DETALLAR
Bugün, 13:49 GÜNDƏM
-
Hesablama Palatasına yeni səlahiyyətlər verildi - Prezident daha üç qanuna dəyişiklik etdi
Bugün, 13:49 İQTİSADİYYAT
-
Prezident Kənd Təsərrüfatı Nazirliyinə əlavə səlahiyyət verdi - Fərman
Bugün, 13:30 GÜNDƏM
-
Partiya sədrindən döyülən deputatla bağlı açıqlama: "Bu rəzillik qəbuledilməzdir"
Bugün, 13:16 SİYASƏT
-
İcra başçısını təhqir edən şəxs həbs olundu - Təfərrüat
Bugün, 13:04 CƏMİYYƏT
-
Azercell-in “Oflayn Qadınlar” layihəsi beynəlxalq Stevie® mükafatına layiq görülüb
Bugün, 12:58 CƏMİYYƏT
-
Azərbaycan-Özbəkistan IV Regionlararası Forumu keçiriləcək - Daşkənddə
Bugün, 12:51 İQTİSADİYYAT
-
Sabah yağışlı hava olacaq
Bugün, 12:21 CƏMİYYƏT
-
"Bir qocaman sənətkar kimi ən böyük arzum..." - “Bəzən efirlərdə elə adamları çıxarıb reklam edirdilər ki..."
Bugün, 12:04 MƏDƏNİYYƏT
-
Gecə yarısı qadınlar tərəfindən döyülən deputata cinayət işi açıldı - Partiyadan da qovulur
Bugün, 11:52 SİYASƏT
-
ABŞ-da eyni gündə üç ölüm hökmü icra edilib - Son 16 ildə ilk dəfə...
Bugün, 11:49 DÜNYA
-
Kamran Əliyev Çin səfiri ilə görüşdü - Nələr müzakirə olunub?
Bugün, 11:46 SİYASƏT
-
Kamran Əsədov məhkəmədə: "Onlara qarşı tədbir görün"
Bugün, 11:26 CƏMİYYƏT
-
Kəmaləddin Heydərovun bəstələdiyi mahnılar... - Onları kim oxuyub? + VİDEOLAR
Bugün, 11:18 MƏDƏNİYYƏT
-
Rusiya ordusu Ukraynanın iri şəhərlərini bombaladı: ölən və yaralananlar var
Bugün, 10:58 GÜNDƏM
-
Kəlbəcərdə mina partladı: 73 yaşlı kişi yaralandı (Yenilənib)
Bugün, 10:46 GÜNDƏM
-
Kolleclərə qəbulun nəticələri elan olunub
Bugün, 10:45 GÜNDƏM
-
“Global Media”nın əməkdaşı vəfat edib
Bugün, 10:37 PRESS
-
Mübariz Tağıyevdən “Yeni ulduz”un bərpa iddiasına reaksiya:: "SMS ilə müğənni seçmək bir az çətin məsələdir" - Onlara ürəyim ağrıyırdı”
Bugün, 10:24 MƏDƏNİYYƏT
-
Bu rayonlarda yağış yağır - SİYAHI
Bugün, 10:14 GÜNDƏM