"O VAXT YANLIŞ OLARAQ İRAQ İŞĞAL OLUNDU” – Tramp və Baş nazirdən maraqlı açıqlamalar

\"O VAXT YANLIŞ OLARAQ İRAQ İŞĞAL OLUNDU” – Tramp və Baş nazirdən maraqlı açıqlamalar  

GÜNDƏM

Bugün, 00:31

ABŞ Prezidenti Donald Tramp  vaxtilə ölkəsinin İraqə işğal etməsini yanlış sayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İraq Baş naziri Əli əl-Zeydi ilə Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.

Tramp bildirib ki, o, hər zaman ABŞ-ın İraqı işğalına qarşı olub: "Mən həmişə demişəm ki, İraqa girməyin. İraqa hücum etməyin. Şübhəsiz ki, o vaxt yanlış ölkəyə hücum olundu. Nəticədə böyük ziyan vuruldu. İndisə ABŞ qoşunları İraqdan çıxarılmalıdır. Artıq orada orduya ehtiyacımız olduğunu düşünmürük. Sizin böyük bir fürsətiniz var. Bütün neft şirkətləri artıq gəlir, İraqla tərəfdaşlıq qururlar. Yaxşı yoldasınız".

Tramp ardınca əlavə edib ki lazım gələrsə, İraqı qorumaq üçün bölgədə olacaqlar: “Ancaq buna ehtiyac olacağını düşünmürəm”

İranla savaşdan danışan Tramp deyib ki, Tehranın bölgədə yaratdığı qorxu mifini artıq dağıdıblar: “İran özünü Yaxın Şərqdə təhlükəli aparırdı. Artıq bu təhlükə aradan götürülüb. Onlar vaxtilə İraqı da zorakılığa məruz qoydular, bölgədə qorxu saçırdılar. Amma indi qorxu yoxdur, çünki onların hərbi imkanları məhv edilib. Təbii ki, İraqla münasibətlərin yaxşılaşması Yaxın Şərqdə daha yaxşı atmosfer yaradır. Biz bu xətti davam etdirəcəyik”.

İraq Baş naziri isə Trampa ölkəsinə verdiyi dəstəyə görə təşəkkür edib. Bildirib ki, ölkəsindəki müharibə çox böyük zərər yaradıb: “Təkcə İŞİD terror təşkilatına qarşı mübarizə İraqa 400 milyard dollardan çox başa gəlib.  İŞİD-ə qarşı mübarizən İraqın infrastrukturunu məhv edib. Bu gün İraqdakı bəzi şəhərlər tamamilə dağıdılıb. Orada vaxtilə yaşayan insanları evlərinə qaytarmaq üçün böyük planımız var. Bizə ədalətli yanaşma lazımdır...".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR