Özgür Özəl Kılıçdaroğluna meydan oxudu: “Gəl, açıq seçkiyə gedək, uduzsam, siyasətdən gedəcəyəm”

Özgür Özəl Kılıçdaroğluna meydan oxudu: “Gəl, açıq seçkiyə gedək, uduzsam, siyasətdən gedəcəyəm”  

SİYASƏT

Bugün, 16:05

Məhkəmə qərarıykla CHP postuna geri dönən Kamal Kılıçdaroğlunun dünən TV100 kanalına müsahibəsində keçmiş sədr Özgür Özələ “partiyada qal, ayrılmaq nədir? Qal, burada mübarizə apar” çağırışına çox sərrast cavab verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, qurutay tələbindən yayınan Kılıçdaroğluna bu gün parlamentdəki deputat fraksiyasının üzvləri qarşısında meydan oxuyub.

Partiyanın fraksiya üzvlıəri qarşısında çıxış edən Özgür Özəl Kamal Kılıçdaroğluna ədalətli yarış təklif edib: "Gəl hər ikimiz 2 milyondna artıq üzvlərimizlə açıq seçkiyə gedək. Uduzan CHP-dən çıxmalıdır! Uduzan siyasətdən getməlidir. Gəl 2 milyon üzvlə yarışaq... Əgər səslərin 90%-dən azını alsam, siyasətdən gedirəm."

F.Səfərli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR