Kamal Kılıçdaroğlu: "Sədrlikdən gedəndən sonra cangüdən və sürücümün pulunu kəsdilər"

Kamal Kılıçdaroğlu: \"Sədrlikdən gedəndən sonra cangüdən və sürücümün pulunu kəsdilər\"

SİYASƏT

Bugün, 13:03

CHP sədri Kamal Kılıçdaroğlu TV100 kanalına müsahibəsində maraqlı açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçdaroğlu sədr olmadığı dövrdə CHP Mərkəzi Qərargahı tərəfindən cangüdənləri və sürücüləriin xərclərinin ödənildiyini, lakiin az sonra bunun kəsildiyini etiraf edib.

Kılıçdaroğlu qeyd edib ki, sonradan ona bu xərcləri qarşılamağı bir iş adamı üzərinə götürüb: “Bunu ilk dəfə açıqlayıram. Bəli, Mərkəzi Qərargah mənim mühafizəçilərimin və ayrılan avtomobillərin xərcini kəsdi. Bu, utancverici bir şeydir. Bir iş adamı gəlib dedi ki, “İcazə verin, bu mühafizəçilərin heç olmasa, yemək xərclərini biz həll edək”. O iş adamının kim olduğunu açıqlamam düzgün olmazdı".

O daha sonra partiyadan ayrılmaq istəyən Özgür Özəl və ətrafına səslənib: “Əsl CHP üzvü öz partiyasını qoruyur. "Özəlin partiyadan ayrılmasına ehtiyac yoxdur, amma partiya daxilində paralel struktur olmayacaq”.

F.Səfərli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR