İran ordusu ABŞ-ın hücumuna cavabı verib: "Amerikaya məqsədinə yetişməsinə imkan verilməyəcək"

İran ordusu ABŞ-ın hücumuna cavabı verib: \"Amerikaya məqsədinə yetişməsinə imkan verilməyəcək\"

GÜNDƏM

Bugün, 00:23

ABŞ-ın İrana qarşı yeni hücum əməliyyatına qarşı tərəfin cavabı gecikməyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) adından məlumat yayılıb.

Bildirilib ki, ABŞ-ın İran sahilyanı bölgələrinə hücumuna cavab olaraq Bəhreyn və Küveytdəki Amerika hərbi bazalarına zərbələr endirilib: “Bəhreyndəki Şeyx İsa Hava Bazasında təyyarə hissələri və silahları olan bəzi anbarlarla yanaşı,  Küveytdəki Əli Əs-Salim Hava Bazasında MQ9 pilotsuz təyyarələrinin buraxılış sistemləri dronlarımız tərəfindən güclü zərbəyə məruz qalıblar”.

İnqilab Keşikçiləri Korpusu bəyanatında bildirib ki, ABŞ-a bölgədə məqsədinə yetişməsinə əsla imkan verilməyəcək.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR