PARTİYA SƏDRİNİN 17 İL ƏVVƏL ŞÜBHƏLİ ÖLÜMÜ: 25 nəfər saxlanılıb, 2 nəfər qaçıb

PARTİYA SƏDRİNİN 17 İL ƏVVƏL ŞÜBHƏLİ ÖLÜMÜ: 25 nəfər saxlanılıb, 2 nəfər qaçıb

SİYASƏT

Bugün, 11:14

2009-cu ildə Türkiyənin Kahramanmaraş bölgəsində aktiv seçki prosesi vaxtı şübhəli helikopter qəzası ilə dünyasını dəyişən Böyük Birlik Partiyasının (BBP) lideri Muhsin Yazıcıoğlu və daha 5 nəfərin ölümü ilə bağlı istintaq yenilənib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yenilənən istintaq Ankara Respublika Baş Prokurorluğu tərəfindən aparılır.

Məlumata əsasən, prokurorluq 17 il əvvəl baş verən şübhəli hadisə ilə bağlı əməliyyat düyməsini basıb.

Bildirilir ki, helikopter qəzası planlı olub və bu səbəbdən ölkənin 10 şəhərində - Ankara, İstanbul, İzmir, Balıkesir, Adana, Antalya, Çanaqqala, Bursa, İsparta və Afyonkarahisarda sui-qəsdçilərə qarşı eyni anda əməliyyat həyata keçirilib: “Qəsdən adam öldürməkdə şübhəli bilinənlərə qarşı 10 şəhərdə əməliyyatlar keçirilib və 25 şübhəli saxlanılıb. İki nəfər xaricə qaçıb. Onlar axtarışa verilib. Şübhəlilər  "qəsdən adam öldürmə" və "terror təşkilatına üzvlük" ittihamları istintaqa cəlb olunublar”

Ədliyyə naziri Akın Gürlek həbslərlə bağlı bildirib ki, heç bir cinayətkar etdiyi cinayətdən qaça bilməyəcək: "Böyük Birlik Partiyasının mərhum sədri cənab Muhsin Yazıcıoğlunun və onu müşayiət edən nümayəndə heyətinin ölümü ilə bağlı istintaq millətimizin vicdanında dərin iz buraxıb. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın bizə həvalə etdiyi vəzifə və məsuliyyətlər çərçivəsində millətimizin ədalət gözləntilərinə cavab vermək ən böyük məsuliyyətimizdir. Neçə il keçsə də, heç bir iş qaranlıqda qalmayacaq. Biz buna icazə verilməyəcək”.

F.SƏFƏRLİ

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR