“Netflix” böyük dəyişikliyə hazırlaşır

“Netflix” böyük dəyişikliyə hazırlaşır

MƏDƏNİYYƏT

Bugün, 12:19

Dünyanın ən böyük rəqəmsal yayım platformalarından biri olan “Netflix” dəyişikliyə gedir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, platformaya canlı yayımlanan tematik kanallar əlavə olunacaq.

“The Wall Street Journal” yazır ki, şirkət rəhbərliyi platformaya canlı yayım kanalları əlavə etməyi artıq sınaqdan çıxarmağa hazırlaşır: “Planlaşdırılan sistem ənənəvi televiziya kanallarına bənzər şəkildə, müəyyən janrlarda film və serialların davamlı yayımlanmasına imkan verəcək. Məqsəd istifadəçilərin məzmun seçmək əvəzinə, yayımlanan məzmunu birbaşa izləmələridir”.

Məlumatda deyilir ki, bu dəyişiklik istifadəçi aktivliyinin azalmasından qaynaqlanır: “Şirkət rəhbərliyi iclaslarda tez-tez bunu müzakirə edir və bu səbəbdən yeniliklərə baş vurmağa məcbur qalıblar. Burada, yəni, yeni yayım modelinin əsas məqsədi izləyicilərin platformada keçirdiyi vaxtı artırmaqdır. Hesab olunur ki, bu, Netflix-i yalnız serial və ya film seçərkən istifadə edilən platformadan daha geniş imkanlara sahib bir quruma çevirə bilər”.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR