"Avropa Şurasının Baş katibi məndən xahiş etdi ki..." - İLHAM ƏLİYEVDƏN AVROPAYA AÇIQ MESAJ
SİYASƏT
Bugün, 09:49
“Azərbaycan Avropa Şurasını tamamilə tərk etsə belə, ölkədə bunu demək olar ki, heç kim hiss etməyəcək”.
Mia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.
Prezidentin sözlərnə görə, 2023-cü ilin sentyabrına qədər Azərbaycan Avropa Şurası Parlament Assambleyasında heç vaxt hər hansı sanksiya ilə üzləşməmişdi:
"Məhz 2023-cü ilin sentyabrında biz öz qanuni özünümüdafiə hüququmuzdan istifadə edərək ərazimizi separatçıların qalıqlarından azad etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycanı cəzalandırmaq qərarına gəldi. 2024-cü ilin yanvarında isə Assambleya Azərbaycan nümayəndə heyətinin mandatını müzakirəyə çıxardı və nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi. Bu, guya insan hüquqları məsələləri ilə bağlı idi. Lakin məsələ bununla əlaqəli olsaydı, bu addım yəqin ki, daha əvvəl atılardı. Bu, sadəcə olaraq suverenliyimizi bərpa etdiyimizə görə bizə verilən cəza idi”
Prezident bildirib ki, bundan sonra Azərbaycan nümayəndə heyəti çox düzgün qərar qəbul edərək, Assambleyanın iclaslarında iştirakını dayandırıb: “Çünki səsvermə hüququmuz yoxdursa, orada olmağımızın nə mənası var?
Yeri gəlmişkən, biz həmin vaxtdan etibarən Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçilməsində də iştirak etməmişik. Məhz buna görə də Azərbaycan həmin məhkəmənin qərarlarını tanımır. Çünki həmin hakimlərin kim olduğunu müəyyənləşdirən səsvermədə iştirak etməmişik. İki ildən artıqdır ki, biz ayrı-seçkiliyə məruz qalırıq.
Açıq şəkildə deyə bilərəm ki, hökumətdə təkcə Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətimizi dondurmağı deyil, ümumilikdə Avropa Şurasını tərk etməyi də ciddi şəkildə müzakirə etmişik.
Lakin Avropa Şurasının Baş katibi Alen Berse mənə müraciət edərək bunu etməməyimizi və vəziyyəti yaxşılaşdırmaq üçün imkan yaratmağımızı xahiş etdi. Mən də bu qərarı hələlik təxirə saldım. Təəssüf ki, o vaxtdan bəri heç bir irəliləyiş yoxdur.
Əksinə, Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycana qarşı tamamilə qəbuledilməz və ultimativ tələblər irəli sürülür. Münasibətləri pozan biz olmamışıq, onlar olublar.
Heç bir hüquqi əsas olmadan bizi səsvermə hüququndan məhrum etdilər. Buna görə də atılmalı olan addım odur ki, əvvəlcə Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ bərpa edilsin. Bundan sonra nümayəndə heyətimiz Assambleyaya qayıdacaq. Məsələ məhz belə olmalıdır, əksinə yox.
Biz onlara qarşı heç bir yanlış addım atmamışıq. Ədalətsiz qərarı onlar qəbul ediblər. Buna görə də geri addımı da onlar atmalı, cəsarət göstərərək böyük səhvə yol verdiklərini etiraf etməlidirlər.
Mən bu məsələ ilə bağlı fikirlərimi dəfələrlə ifadə etmişəm. Azərbaycan Avropa Şurasını tamamilə tərk etsə belə, ölkədə bunu demək olar ki, heç kim hiss etməyəcək. Yəni orada olub-olmamağımız ölkə daxilində ciddi dəyişiklik yaratmır.
Əlbəttə, qarşıdurma əvəzinə bu institutlarla normal münasibətlərimizin olması daha yaxşıdır. Biz qarşıdurma axtarmırıq. Xüsusilə də nəzərə alsaq ki, təkcə Avropa Şurası Parlament Assambleyası deyil, Avropa Parlamenti də mütəmadi olaraq Azərbaycana qarşı əsassız hücumlar edir.
Mən hesab edirəm ki, bu, artıq Azərbaycana qarşı bir növ obsessiyaya çevrilib. Son beş il ərzində Avropa Parlamenti Azərbaycana qarşı 13 qətnamə qəbul edib. Onların heç biri bizim üçün əhəmiyyət daşımır və ölkədə heç nəyə təsir göstərmir.
Buna baxmayaraq, əlbəttə ki, bu qurumlarla qarşıdurma deyil, normal münasibətlər daha məqsədəuyğundur. Ancaq bir daha vurğulayıram ki, bu vəziyyəti biz yaratmamışıq.
Azərbaycan 2001-ci ildə könüllü şəkildə Avropa Şurasına üzv olub. Həmin dövrdə bu təşkilat da, ümumiyyətlə Avropa da indiki kimi deyildi. Biz həmin Avropaya müəyyən ümidlər və gözləntilərlə qoşulmuşduq. Ümid edirdik ki, üzvlük Qarabağ münaqişəsinin həllinə və suverenliyimizin bərpasına kömək edəcək.
Biz münasibətlərin normallaşmasını istəyirik. Amma ilk addımı onlar atmalıdırlar”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Xəzər dənizində qadın boğulub
Bugün, 11:12 GÜNDƏM
-
Türkiyə və İsrail Suriyada növbəti dəfə üz-üzə - Toqquşma olacaq?
Bugün, 10:58 GÜNDƏM
-
İlham Əliyev: "Azərbaycan və Rusiya münasibətləri normallaşıb"
Bugün, 10:58 GÜNDƏM
-
"Mən Zelenskinin mövqeyi ilə yaxşı tanışam, o..." - İlham Əliyev
Bugün, 10:39 GÜNDƏM
-
İlham Əliyevdən ABŞ-İran müharibəsinə şərh: "Bu gün nəyəsə proqnoz vermək çətindir"
Bugün, 10:29 SİYASƏT
-
İran Hörmüz boğazında daha iki yük gəmisini vurub
Bugün, 10:24 DÜNYA
-
Pensiyalar nə vaxt köçürüləcək? - Açıqlama
Bugün, 10:16 İQTİSADİYYAT
-
Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayıb
Bugün, 10:07 CƏMİYYƏT
-
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda - CANLI YAYIM (Yenilənir)
Bugün, 10:01 GÜNDƏM
-
Rəsmi Tehrandan BMT Baş katibinə cavab verildi: “İranı günahlandırmaq məsuliyyətsiz və ədalətsizdir"
Bugün, 09:57 DÜNYA
-
"Avropa Şurasının Baş katibi məndən xahiş etdi ki..." - İLHAM ƏLİYEVDƏN AVROPAYA AÇIQ MESAJ
Bugün, 09:49 SİYASƏT
-
"Borrel vəzifədən getdikdən sonra... - Prezidentdən açıqlamalar
Bugün, 09:42 SİYASƏT
-
İlham Əliyev Şuşada: "Qonşularla əlaqə qurulmadan tranzit ölkəyə çevrilmək mümkün deyil"
Bugün, 09:29 GÜNDƏM
-
“Haluk Levent işi” böyüyür - Məşhur vəkil saxlanıldı
Bugün, 09:20 MƏDƏNİYYƏT
-
ABŞ-İRAN MÜHARİBƏSİ ŞİDDƏTLƏNİR: "Boğazı Tehran idarə etmir, edə bilməz" – Gecə qarşılıqlı hücumlar davam edib
Bugün, 09:04 GÜNDƏM
-
Haluk Levent milyonçunu da aldadıb? – 60 milyon dollarlıq iddia
Bugün, 00:34 MƏDƏNİYYƏT
-
“Fənərbağça”dan getdi, yeni komandasında da qala bilmədi
Bugün, 00:33 İDMAN
-
ABŞ İrana yenə zərbə endirib
Bugün, 00:15 GÜNDƏM
-
DÇ-2026-dan birbaşa Türkiyəyə tətilə gəldi – Bir restorana fantastik məbləğ ödənildi (FOTO)
Bugün, 00:10 İDMAN
-
Ersin Destanoğlu "Əl-Cəzirə" klubuna keçib
Bugün, 00:06 İDMAN
-
Füzulidə minalanmış ərazidə yanğın olub
Bugün, 00:02 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 GÜNDƏM
-
Gəncədə qidadan 10 nəfər zəhərlənib - SİYAHI (Yenilənib)
12.07.2026, 19:14 CƏMİYYƏT
-
Türkiyədə məşhur müğənni saxlanılıb
12.07.2026, 18:00 MƏDƏNİYYƏT
-
Bu gün qəbul imtahanları keçirilib - 12 nəfərdə mobil telefon aşkarlanıb (Yenilənib)
12.07.2026, 13:20 GÜNDƏM
-
Hacıqabulda sərnişin avtobusu aşıb - 21 nəfər xəsarət alıb (FOTO)
12.07.2026, 10:21 CƏMİYYƏT
-
ABŞ İranı yenə bombaladı - Tehrandan cavab gecikmədi
12.07.2026, 09:43 GÜNDƏM
-
DÇ-2026: 1/2 finalın iştirakçıları bəlli oldu
12.07.2026, 09:11 İDMAN
-
DÇ-2026: İngiltərə və Argentina 1/2 finalda!
12.07.2026, 08:25 İDMAN
-
Hacı Kərimov Avropa çempionu olub
12.07.2026, 00:07 İDMAN
-
"Burada iş şəraiti gözəldir, yaşamaq üçün gözəl şərait var" - Prezident Xocavənddə + FOTOLAR
11.07.2026, 19:46 GÜNDƏM
-
Jurnalist “Azərsun Holdinq”də vəzifəyə təyin edildi
11.07.2026, 18:56 PRESS
-
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb - FOTOLAR (YENİLƏNİB)
11.07.2026, 18:35 GÜNDƏM
-
"Xankəndi" hotelinin açılışı oldu -FOTOLAR
11.07.2026, 18:02 İQTİSADİYYAT