İlham Əliyev: "İllər keçdikcə görürdüm ki, onların ümidləri yavaş-yavaş tükənir"
GÜNDƏM
13.07.2026, 11:42
"23 il ərzində Azərbaycan haradan haraya gəlib, bunu xalq yaxşı bilir".
Miaa.z xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
"23 ilə yaxındır, prezident kürsüsündəyəm, bu illər ərzində Azərbaycan haradan haraya gəlib, bunu xalqımız yaxşı bilir. Azərbaycan xalqına bir çox müraciətlərim olub, həm işğal, həm müharibə dövründə, həm müharibədən sonra. Əlbəttə, məzmunca bu müraciətlər fərqli olub, çünki fərqli situasiyada idik. İşğal dövründə müraciətim, keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında ondan ibarət idi ki, onlar ümidlərini itirməsinlər, iradələrini möhkəm tutsunlar və mənə inansınlar ki, biz bu torpaqlara qayıdacağıq. İllər keçdikcə görürdüm ki, onların ümidləri yavaş-yavaş tükənir, insanların gözlərindəki nisgil, ümidsizlik daha çox sezilir. Mən isə onlara deyə bilmirdim ki, nə vaxt nə olacaq, deyirdim ki, inanın, onlar da inanırdı. 17 il az müddət deyil, 17 il mənim sözlərimə inanıb gözləyirdilər, aparılan işlərə dəstək olurdular", - Prezident qeyd edib.
Dövlət başçısı qeyd edib ki, müharibədən sonrakı dövr çox çətin idi:
"Müharibə qədər də olmasa, çətin idi. Çünki müharibənin nəticələri dünya birliyi tərəfindən qəbul edilməli idi, onu qəbul etmək istəməyən kifayət qədər qüvvələr, dövlətlər, dairələr və ayrı-ayrı şəxslər var idi. Bizim ya qələbəmizi əlimizdən almaq, ya onu yarımçıq etmək, ya da Azərbaycanı asılı vəziyyətdə saxlamaq, tam ədalətin bərpasına nail olmayaq deyə müxtəlif fitnələr təşkil edilirdi, biz bütün bunları yaxşı xatırlayırıq.
Mən müraciətlərimdə deyirdim ki, biz bu müharibədəki qələbəni gəlin indi qeyd etməyək, fəal olaq, çünki görüləsi işlər çoxdur. Bir qrup keçmiş köçkün də bu sözlərə inanıb gözləyirdi ki, o gün gələcək, onlar öz doğma dədə-baba torpaqlarına qayıdacaq. Srağagün mən onların bir qrupu ilə görüşdüm. Onlara dedim ki, 2020-ci ildə biz müharibədə zəfər çalanda bu torpaqlar hələ işğal altında idi, amma siz inanırdınız ki, o gün gələcək, bu torpaqlara qayıdacaqsınız.
Mənim müraciətlərimin ana xətti həmişə dəyişməz olaraq qalır. Biz ancaq özümüzə güvənə bilərik. Baxmayaraq ki, Azərbaycanın çox böyük sərvətləri olub, onlardan heç biri, sözün əsl mənasında, Azərbaycan xalqının inkişafında rol oynamırdı. Çünki biz daha çox ümumittifaq büdcəsinə verirdik, heç nə almırdıq. Bizdən neft aparılırdı, Sumqayıt şəhəri ekoloji fəlakətə uğramışdı. Sovet İttifaqı dağılanda isə hər şey viran qalmışdı, torpaqlarımız əldən getmişdi. Bu mənada, ancaq özümüzə və dövlətə güvənməliyik, birlik heç vaxt sarsılmamalıdır. Bu gün Azərbaycan cəmiyyətində olan birliyə oxşar mənzərə tapmaq çətindir, çünki bu, insanların zehnindən və ürəyindən gəlir".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Konfrans Liqası: "Qarabağ" Kiyev komandasına qalib gəldi - (Yenilənib)
Bugün, 22:02 İDMAN
-
XİN: "Minalar məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləyir"
Bugün, 21:58 GÜNDƏM
-
Biləsuvarda 44 yaşlı şəxs öldürülüb
Bugün, 21:01 KRİMİNAL
-
Kəlbəcərdə mina partladı: 73 yaşlı kişi yaralandı
Bugün, 19:46 GÜNDƏM
-
Süleymançılar təriqəti: onlar kimdir, hansı şirkətlərlə bağları var? - SİYAHI + FOTO
Bugün, 19:09 SİYASƏT
-
Türkiyəli iki kriminal lider tutuldu - Gürcüstanda + FOTO
Bugün, 18:53 KRİMİNAL
-
İspaniya Super Kuboku oyunları İstanbulda keçiriləcək - Bu tarixdə
Bugün, 18:24 İDMAN
-
TÜRKİYƏDƏ DEPUTATI SƏHƏRƏ YAXIN EVDƏ DÖYÜB VİDEO ÇƏKDİLƏR: qrup seksi iddiası və... - FOTOLAR
Bugün, 18:07 SİYASƏT
-
Ərdoğanın partiyası 8, Özgür Özəlin partiyası 2 böyük şəhərdə önə çıxır, CHP isə... - TÜRKİYƏNİN ƏN GÜCLÜ SİYASİ TƏŞKİLATLARI (SORĞU)
Bugün, 17:53 SİYASƏT
-
Ərdoğan DEM Partiya rəhbərliyini qəbul etdi - 5 əsas müzakirə
Bugün, 17:45 SİYASƏT
-
Hakan Fidan Liviyada: üsyançı general Xəlifə Haftarla görüş və... - TƏHLİL
Bugün, 17:27 SİYASƏT
-
SOCAR-da gözlənilməz dəyişiklik - Vitse-prezidenti öz ərizəsiylə vəzifədən azad edilib
Bugün, 17:23 GÜNDƏM
-
Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin edilib
Bugün, 17:14 İQTİSADİYYAT
-
Azərbaycanın FMCG sektorunda ilk: Veysəloğlu Şirkətlər Qrupu BMT Qlobal Sazişinin üzvü olaraq CoP hesabatını təqdim edib
Bugün, 17:11 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Tufandağ buzlağında növbəti monitorinq və tədqiqat işləri aparılıb
Bugün, 16:41 CƏMİYYƏT
-
Sabah Sabirabad, Salyan və Saatlının bu kəndlərində qaz olmayacaq
Bugün, 16:22 CƏMİYYƏT
-
Samux sakini Moldovada saxlanıldı
Bugün, 16:07 KRİMİNAL
-
Prezident İlham Əliyev daha bir qanunu təsdiqləyib
Bugün, 16:06 GÜNDƏM
-
Kənd Təsərrüfatı Nazirliyi qarayara xəstəliyi barədə açıqlama yaydı
Bugün, 15:45 İQTİSADİYYAT
-
Qeyri-sabit hava şəraiti avqustun 17-dək davam edəcək - Xəbərdarlıq
Bugün, 15:11 GÜNDƏM
-
Samuxda 9 nəfərdə qarayara xsətəliyi aşkarlandı - Üç qurum birgə məlumat yaydı (Yenilənib)
Bugün, 15:06 GÜNDƏM
-
Komitə sədri "Azəriqaz"a suallar ünvanladı: "Əməkdaşlar peşə sınaq imtahanına cəlb olunurmu?".
Bugün, 14:57 CƏMİYYƏT
-
"Fənərbağça" transfer haqqını artırdı, xorvat komandası geri çəkildi - Qolkiperin keçidi alınmadı
Bugün, 14:38 İDMAN
-
Üç il əvvəl "Fənərbağça"ya gələn və bir dəqiqə oynamayan futbolçu satıldı - İtaliya klubuna...
Bugün, 14:31 İDMAN
-
Müğənni ona bağıran mühafizəçiyə belə dedi: "Səni elə vuraram, yox olarsan!"
Bugün, 14:18 MƏDƏNİYYƏT
-
Valideynlikdən imtina, aliment... - Ali Məhkəmə daha bir iş üzrə vahid qərar qəbul edib
Bugün, 14:13 CƏMİYYƏT
-
Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi - DETALLAR
Bugün, 14:09 SİYASƏT
-
Keçmiş deputatın 1.4 milyon manat borcu var
Bugün, 14:09 SİYASƏT
-
Cəlilabadın 35 kəndində işıqlar söndürülüb
Bugün, 13:56 CƏMİYYƏT
-
Paşinyan: "Ermənistanın Azərbaycanla tərəfdaşlığı ola bilər"
Bugün, 13:11 SİYASƏT
-
Sabah yağış yağacaq
Bugün, 12:58 CƏMİYYƏT
-
İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib - Müzakirə + FOTO
Bugün, 12:23 GÜNDƏM
-
Ağ Evn Mətbuat katibi vəzifədən ayrıldı: "O, daha çox ailəsiylə, uşaqları ilə vaxt keçirmək istəyir, amma..."
Bugün, 12:15 PRESS