"Mən Zelenskinin mövqeyi ilə yaxşı tanışam, o..." - İlham Əliyev
GÜNDƏM
13.07.2026, 10:39
"Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləyəcək".
Mia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı ötən il Ukraynaya verdiyi tövsiyəsini xatırladıb: "Ötən il Ukraynaya verdiyim tövsiyəni bu gün yenə də təsdiqləyirəm: münaqişə ilə razılaşmayın. Onlar da məhz bunu edir. Düzdür, illər ərzində çətin dövrlər olub, biz bunun şahidi olmuşuq. Bilirik ki, əməliyyatların dayandırılması üçün müəyyən dairələrin təzyiqi olub, işğalın möhkəmləndirilməsi ilə bağlı təkliflər verilib, təbii ki, Ukrayna xalqı və hökuməti buna razı olmadı".
İlham Əliyev öz qiymətləndirmələrinə əsasən bildirib ki, bu müharibənin dərhal dayandırılması çoxdan dərk edilməli idi: "Artıq çoxdan dərk edilməli idi ki, bu müharibə dərhal dayandırılmalıdır. Təbii ki, bu, Azərbaycanın və mənim humanist mövqeyimdir".
Prezident bu kontekstdə Azərbaycanı misal çəkib: "Mən vaxtilə işğaldan əziyyət çəkən dövlətin rəhbəriyəm, bizim bu mənada nadir təcrübəmiz var. Bizi də məcbur edirdilər ki, Qarabağdan imtina edək. Mən daxil Azərbaycanda heç kəs buna razı ola bilməzdi, amma bu dünyanın üç aparıcı ölkəsinin (Minsk qrupu – red.) birgə mövqeyi idi. Onlar BMT TŞ daimi üzvləri idi, həmin mövqeyə tab gətirmək olduqca çətin məsələ idi. İkinci Qarabağ müharibəsi başlayanda onların üçü də dərhal müharibənin dayandırılmasını tələb edirdilər. Onlar bizə zəng edirdilər, hədə-qorxu gəlir, təhdid edirdilər. Tələb o idi ki, heç nə dəyişilməsin, hətta bəziləri bizə təklif edirdi ki, məsələn, Füzulini azad etdiniz, dayanın. Biz müxtəlif diplomatik üsullardan istifadə edirdik, mən XİN rəhbərini Moskvaya, Vaşinqtona, Avropaya çoxsaylı görüşlərə göndərirdim. Onların məqsədi o idi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməsin, amma onlar iflasa uğradı, çünki xalqın iradəsini sındırmaq olmaz. Öz müstəqilliyini, kimliyini qorumağa çalışan xalqın iradəsini sındırmaq olmaz".
Dövlət başçısı deyib ki, Zelenskinin mövqeyinə bələddir: "Mən Zelenskinin mövqeyi ilə yaxşı tanışam, o, bunu ictimai şəkildə bəyan edib. Apreldə Azərbaycana səfəri zamanı da söhbətimiz oldu. İstənilən halda, Azərbaycanın mövqeyi dəyişilməzdir. Biz hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik. Onun suverenliyinin və sərhədlərinin toxunulmazlığını tərəfdarıyıq. Xalqın icazəsi olmadan heç bir ölkənin sərhədləri dəyişdirilə bilməz, burada bizim mövqeyimiz ardıcıldır.
Biz Ukraynaya yardım üçün əlimizdən gələni edirik, biz bunu reklam üçün yox, səmimi qəlbdən edirik, həm dövlət səviyyəsində, həm də sıravi insanlar səviyyəsində vahid bir mövqeyimiz var ki, əziyyət çəkən xalqa, ərazi bütövlüyü pozulmuş bir ölkəyə əlimizdən gələni etməyə çalışırıq".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Cavid Qurbanovun o sərvəti haradandır? Əgər sabah ona cinayət işi açılsa..." - Şair nazir müavininə elə mesaj verdi ki...
Bugün, 14:01 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 13:31 GÜNDƏM
-
"Orada kim təxribatla məşğul olur? - İcra başçısı sakininin şikayətini yarıda kəsdi, idarə rəisini sərt formada sorğu-suala tutdu (VİDEO)
Bugün, 12:45 GÜNDƏM
-
Xaçmazda atalar oğlanlarını bıçaqlayıb
Bugün, 12:25 KRİMİNAL
-
Azərbaycanın Qarabağ regionu ilə Rumıniyanın Maramureş regionu arasında yeni razılaşmalıar olub - FOTOLAR
Bugün, 11:53 SİYASƏT
-
Böyükşor gölü yaşıl rəngə boyanıb: nə baş verir? - "Laborator analizlər aparılır"
Bugün, 10:46 CƏMİYYƏT
-
28 May və Nizami stansiyaları arasında qatarların hərəkəti dayandırıldı - Avtobus işə salındı
Bugün, 10:20 GÜNDƏM
-
Nazirlikdən küləkli hava ilə bağlı - Xəbərdarlıq
Bugün, 09:38 GÜNDƏM
-
Azərbaycan nefti 92 dollara satılır
Bugün, 09:11 İQTİSADİYYAT
-
Bitki yağlarında TƏHLÜKƏLİ maddələr - Adlar, ölkələr...
Bugün, 00:24 İQTİSADİYYAT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:08 GÜNDƏM
-
İmmobile aktiv futbolla vidalaşdı - AÇIQLAMA
14.08.2026, 23:15 İDMAN
-
AK Partiyanın 25 illik yubileyi - Ərdoğan dronların yaratdığı görüntülərdən məst oldu (FOTO)
14.08.2026, 22:26 GÜNDƏM
-
Xoşqədəm: "Sabah nə olacaq, düşünməyin"
14.08.2026, 22:12 PRESS
-
“Ürəyim tək sənin üçün döyünür hər dəfə” - Xalq artisti kimə aşiq olub?
14.08.2026, 21:50 ŞOU-BİZNES
-
"MƏNİ TƏLƏYƏ SALDILAR, İÇƏRİ GİRƏN KİMİ..." - Zorlamaya cəhd ittihamı ilə döyülən deputat spikerdən toxunlmazlığının ləğvini istədi
14.08.2026, 21:36 SİYASƏT
-
Qubada zəlzələ olub (Yenilənib)
14.08.2026, 21:08 GÜNDƏM
-
Səlahəddin Dəmirtaş bu tarixdə azadlığa buraxılacaq? - "İnşallah, o, bizimlə olacaq"
14.08.2026, 20:10 DÜNYA
-
Şamaxıda kişi həyətində ölü tapılıb
14.08.2026, 19:22 CƏMİYYƏT
-
“Cənnət Park”ın rəhbərinə cinayət işi açıldı
14.08.2026, 18:09 KRİMİNAL
-
Halil Dervişoğlu "Qalatasaray"dan ayrılıb
14.08.2026, 18:03 İDMAN
-
Nazir özünə yeni köməkçi götürdü
14.08.2026, 17:41 CƏMİYYƏT
-
Partiya sədrindən istefalara qəzəbli reaksiya: "Bu siyasi namus bataqlığında boğulacaqsınız"
14.08.2026, 17:24 SİYASƏT
-
Türkiyə XİN başçısının "Qafqazda da oxşar sazişin, müdafiə ittifaqının yaradılmasına ehtiyac ola bilər” mesajı... - TƏHLİL
14.08.2026, 17:12 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
14.08.2026, 17:00 İQTİSADİYYAT
-
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
14.08.2026, 16:45 GÜNDƏM
-
Yeni səfirimiz etimadnaməsini Qazaxıstan XİN-ə təqdim edib
14.08.2026, 16:36 SİYASƏT
-
Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur
14.08.2026, 16:36 CƏMİYYƏT
-
Çağırışa möhlət verilən bu şəxslər tibbi müayinəyə çağırılır - ƏƏSMN açıqlama yaydı
14.08.2026, 16:19 CƏMİYYƏT
-
"Azərişıq" yeni tenderə hazırlaşır
14.08.2026, 16:07 İQTİSADİYYAT
-
Türkiyə qırıcısı Rusiyanın PUA-sını vurdu - NATO sözçüsü "Alyans hər cür təhdidlərə hazırdır" xəbərdarlığı etdi
14.08.2026, 15:56 DÜNYA
-
Ağdamda yanğın başlayıb - VİDEO
14.08.2026, 15:41 CƏMİYYƏT
-
Mənsur Yavaş istefa xəbərindən danışdı: "Haqqımda ortaya atılan siyasi ssenari..."
14.08.2026, 15:16 SİYASƏT
-
İyi Partiyadan daha bir deputat istefa verdi
14.08.2026, 15:10 DÜNYA