Türkiyə və İsrail Suriyada növbəti dəfə üz-üzə - Toqquşma olacaq?

Türkiyə və İsrail Suriyada növbəti dəfə üz-üzə - Toqquşma olacaq?  

GÜNDƏM

Bugün, 10:58

İsrail ordusu Suriyanın işğal etdiyi Qolan təpələrindəki hərbi varlığını gücləndirmək məqsədiylə Quneytra-Suveyda xətti və Qüdsdən Fərata qədər uzanacağı deyilən "Davud dəhlizi"ni açmaq istəyir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu isə Suriyada əsas güc olan Türkiyəni hərəkətləndirib. 

Məlumatda deyilir ki, İsrailin Quneytra-Suveyda-Atil xətti boyunca təxminən 70 kilometrlik bir dəhlizə nəzarət etmək planı rəsmi Ankaradan bölgədəki maraqlarına birbaşa təhdid olduğundan hərbi hərəkətlilik artırılıb.

Türkiyənin Haberler.com saytı yazır ki, Türkiyə Suriya sərhəd qoşunlarına zirehli maşınlar, elektron sistemlər və digər zəruri hərbi dəstəklə yanaşı, bəzi strateji nöqtələrə qabaqcıl raket batareyaları və radar sistemləri yerləşdirməyə başlayıb

"Türkiye Gazetesi"nin Suriya təhlükəsizlik mənbələrinə istinadən verdiyi xəbərə görə, İsrail bu planı icraya yönəldərsə, bölgədə yeni aktiv savaş tətiklənəcək: “İsrail Baş naziri Binyamin Netanyahu qarşıdakı seçkidə ayaqda qalmaq üçün yeni hərbi nailiyyətlər əldə etməyi hədəfləyir və bu məqsədlə yeni bir əməliyyat hazırlayır”.

İsrailin Enerji naziri Eli Koen Türkiyənin Suriyada yeni hərbi bazalar qurmasına icazə verməyəcəklərini iddia edib: "Türklərin orada bazalar qurmasına icazə verə bilmərik. Belə bir halda, eyni ərazidə biz də yeni bazalar quracağıq".

Türkiyənin Dəməşqdəki səfiri Nuh Yılmaz isə Suriyanın cənubunda İsrailin fəaliyyətin diqqətlə izlənildiyini bildirib: “Prezident Rəcəb Tayyib Ərdoğan təhlükəsizliklə bağlı xüsusi təşəbbüslərin görülməsi barədə göstəriş verib. Türkiyənin Suriya xalqına və dövlətinə dəstəyi davam edəcək”.

Ekspert Abdullah Manazın fikirincə, mümkün hərbi toqquşma təkcə Suriyaya deyil, bütün bölgəyə təsir edəcək.

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR