Rusiyada yanacaq böhranı: dizel və benzin ixracı qadağan olunub

Rusiyada yanacaq böhranı: dizel və benzin ixracı qadağan olunub  

İQTİSADİYYAT

Bugün, 00:06

Rusiya Ukraynanın droanlarla neftayırma zavodlarını vurmasından sonra daxili bazarda yaranan benzin və dizel böhranı dərinləşib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq hökumət böhranla əlaqədar Rusiya Baş nazirinin müavini Aleksandr Novak açıqlama verib.

O bildirib ki, daxili bazara yanacaq tədarükünü artırmaq üçün artıq benzin və dizel ixracı qadağan olunub.

Novak Rusiyada yanacağa tələbatın ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30 faiz artdığını da sözlərinə əlavə edib: “Ötən dövrlə müqayisədə nəqliyyat vasitələrinin sayı artıb. Bu da yanacaqdoldurma məntəqələrinin yükünü artırıb. Daxili bazardakı vəziyyət hələ də çətindir. Şübhəsiz ki, yanacaq istehsalı həcmlərinin bəlli səbəbdən azalması burada əsas faktordur".

Novak bildirib ki, bazarı sabitləşdirmək məqsədiylə neft emalı zavodlarında istehsal gücü maksimum artırılıb, ehtiyatlardakı yanacaq bazara yönləndirilib, cari təmir müddətləri qısaldılıb: “Hətta digər neft emalı zavodlarında planlaşdırılan təmir işləri təxirə salınıb. Paralel olaraq, bazarda sabitliyi qorumaq üçün hökumət bəzən satış və ixrac məhdudiyyətlərinə əl atır”.

Məlumat üçün qeyd edək ki, Ukrayna dronlarının Rusiya neft emalı zavodlarına hücumlarından sonra ciddi böhran yaranıb. Artıq benzin və dizel satışına  Moskva və Sankt-Peterburq da daxil olmaqla təxminən 40 bölgədə məhdudiyyətlər qoyulub.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR