Zəngilanda əmək yarmarkası keçiriləcək

Zəngilanda əmək yarmarkası keçiriləcək

İQTİSADİYYAT

Bugün, 10:21

Zəngilan rayonunun Ağalı kəndində növbəti əmək yarmarkası keçiriləcək.

Mia.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

Aktiv məşğulluq tədbiri iyulun 9-u saat 11:30-da "Ağalı" hotelində təşkil olunacaq.

Tədbirdə işaxtaran şəxslərə 18 müəssisə tərəfindən elektrik qaz qaynaqçısı, mexanik, çilingər-santexnik, mühəndis, kənd təsərrüfatı texnikaları üzrə mütəxəssis, satıcı-kassir, hüquqşünas, informasiya texnalogiyaları üzrə mütəxəssis, satınalma üzrə mütəxəssis, qaz paylayıcı stansiyanın operatoru, aşpaz, bağban, gözətçi, traktorçu, anbardar, sürücü və s. peşə istiqamətləri üzrə 80-dən çox vakansiya təqdim ediləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR