Polisdən “Any Unboxing”ə qarşı əməliyyat: saxlanılanlar var - 2.5 milyonluq zərər var + VİDEO
GÜNDƏM
Bugün, 17:44
Son aylarda ölkənin virtual məkanında “Ponzi” sxemi əsasında fəaliyyət göstərən “Any Unboxing” adlı onlayn maliyyə dələduzluq piramidası vasitəsilə vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) çoxsaylı müraciətlər daxil olub.
Mia.az xəbər verir ki, araşdırmalarla piramidanı təşkil və idarə edən şəxslərin onlayn qruplar vasitəsilə vətəndaşları bu sxemə cəlb etdikləri müəyyən edilib.
Sxemə qoşulan şəxslərə isə müxtəlif məbləğlər müqabilində virtual qutular satılıb.
Onlara həmin qutuları hər gün açmaqla gəlir əldə edəcəkləri barədə həqiqətə uyğun olmayan vədlər verilib. Vətəndaşların bu proses zamanı qazandıqları virtual maliyyə vəsaitləri “Any Unboxing” tətbiqində onlar üçün yaradılmış profil hesablarında əks olunsa da, reallıqda həmin gəlirlərin heç bir iqtisadi əsası olmadığından onların nağdlaşdırılması mümkün olmayıb. Bundan başqa, platformaya yeni üzvlər cəlb edən şəxslərə müxtəlif bonusların veriləcəyi də vəd olunub. Bu yolla təxminən 300 nəfərdən artıq vətəndaş “Any Unboxing” onlayn dələduzluq piramidasına cəlb edilib və onların hər birinə müxtəlif məbləğlərdə maddi ziyan dəyib.
Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə müəyyən olunub ki, piramida ölkə ərazisində Malayziya vətəndaşları 38 yaşlı Lee Kai Fatt, 34 yaşlı Ravi Sivadass tərəfindən təşkil edilib. Həmçinin bu qanunsuz fəaliyyətin insanlar arasında daha geniş yayılması və yeni iştirakçıların piramidaya cəlb olunması 34 yaşlı Arzu Musayeva, həmçinin 30 yaşlı Səbuhi Məmmədov tərəfindən həyata keçirilib. Əməliyyatın davamı olaraq R.Sivadass, A.Musayeva və S.Məmmədov saxlanılıb. Adı çəkilən digər şəxsin saxlanılması istiqamətində isə beynəlxalq axtarış elan edilib.
İş üzrə aparılan ilkin araşdırmalarla zərərçəkmiş şəxslərə ümumilikdə 2,5 milyon manata yaxın maddi ziyanın dəydiyi müəyyən edilib. İstintaq gedişi zamanı zərərçəkmişlərin sayının və onlara dəymiş maddi ziyanın məbləğinin artacağı istisna olunmur.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Sivadass, A.Musayeva və S.Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Araşdırmalar davam etdirilir.
Bir daha vətəndaşları onlayn platformalarda qarşılaşdıqları və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemlərinə, həmçinin “Any Unboxing” tipli saxta qazanc vəd edən onlayn tətbiqlərə inanmamağa çağırırıq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Müğənni Niyam Salamini aldadıblar
Bugün, 18:19 ŞOU-BİZNES
-
Milyonlar qazanan iki biznesmenin sonu: biri özünü öldürüb, digəri... - TƏFƏRRÜAT
Bugün, 18:00 KRİMİNAL
-
Polisdən “Any Unboxing”ə qarşı əməliyyat: saxlanılanlar var - 2.5 milyonluq zərər var + VİDEO
Bugün, 17:44 GÜNDƏM
-
Tramp Türkiyədən növbəti əmri verdi: “İranı daha sərt vurun, onlar dəlidir!” - “Putin və Zelenski razılaşma istəyirlər”
Bugün, 17:30 GÜNDƏM
-
NATO Liderləri Zirvəsinin yekun bəyannaməsi: 50 milyard dollarlıq əlavə sərmayə və… - DETALLAR
Bugün, 17:20 GÜNDƏM
-
Prezident İlham Əliyev onlara vəzifə verdi - Sərəncam
Bugün, 17:07 GÜNDƏM
-
Prezident "İçərişəhər"lə bağlı fərman imzaladı - Dəyişiklik
Bugün, 17:03 MƏDƏNİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Daha iki vəkilə töhmət verilib, dörd vəkilə isə xəbərdarlıq olunub
Bugün, 16:57 CƏMİYYƏT
-
“Mənim saxlanılmağım barədə məlumat doğru deyil" - YAP-ın keçmiş funksionerindən iddialara reaksiya
Bugün, 16:35 SİYASƏT
-
QHT rəhbərinə hökm oxundu
Bugün, 16:17 SİYASƏT
-
Balakəndə 43 yaşlı kişini sel aparıb
Bugün, 16:05 CƏMİYYƏT
-
Şuşa Dövlət Qoruğunun səlahiyyətləri artırıldı - FƏRMAN
Bugün, 15:54 MƏDƏNİYYƏT
-
Prezident bir qrup diplomata diplomatik rütbələr verdi - SİYAHI
Bugün, 15:20 GÜNDƏM
-
İncəsənət məktəb və mərkəzlərinə işə qəbul üzrə müsabiqə elan edilib - DİM-dən açıqlama
Bugün, 15:13 MƏDƏNİYYƏT
-
Fazil Mustafa spikerin müdafiəsinə qalxdı: "Sahibə Qafarova "Slavyan"dan əvvəl..."
Bugün, 15:07 SİYASƏT
-
"Bakı Metropoliteni" QSC-nin iş rejimi dəyişdiriləcək
Bugün, 14:55 GÜNDƏM
-
Belçika Baş naziri Trampın iradını haqlı saymadı
Bugün, 14:32 DÜNYA
-
Əlahiddə Ümumqoşun Ordu komandanına birinci müavin təyin olunub - O, kimdir?
Bugün, 14:21 GÜNDƏM
-
Baş nazir Ankarada sammitdə elə ittiham irəli sürdü ki… - “Ölkəm Türkiyənin təhdidi altındadır”
Bugün, 14:19 GÜNDƏM
-
Sammit başladı: Ərdoğan NATO Liderlərinin görüşündə mühüm mesajlar verdi - FOTOLAR
Bugün, 14:12 GÜNDƏM
-
Vəkil Zabil Qəhrəmanovun məhkəməsi başlayıb
Bugün, 14:02 SİYASƏT
-
Zakir Həsənov Quru Qoşunlarında əməliyyat təlimində - VİDEO
Bugün, 13:47 GÜNDƏM
-
İyunun “Ulduz”u çapdan çıxdı
Bugün, 13:11 PRESS
-
İrandan Azərbaycana 78 kiloqram narkotik keçirmək istəyiblər
Bugün, 13:02 KRİMİNAL
-
Sabirabad sakini 10 kiloqram narkotiklə saxlanılıb
Bugün, 13:02 KRİMİNAL
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:41 GÜNDƏM
-
NATO SAMMİTİNDƏ DAHA BİR GƏRGİNLK: “Məni Trampdan uzaq tut” – Baş nazir Ərdoğandan şəxsən xahiş edib
Bugün, 12:25 GÜNDƏM
-
TRAMP ANKARADA: “İranla danışıqlar bitdi, İspaniya ilə ticarət əlaqəsi belə istəmirəm, NATO-dan isə…"
Bugün, 12:12 GÜNDƏM
-
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
Bugün, 12:08 GÜNDƏM
-
"Fənərbağça" yeni hücumçu ilə anlaşdı – İllik 9 milyon avro maaş veriləcək
Bugün, 12:04 İDMAN
-
Azərbaycan və İordaniya XİN başçıları Bakıda görüşüblər
Bugün, 11:56 SİYASƏT
-
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib - Hansı məsələlər üzrə qərar qəbul edilib? (FOTOLAR)
Bugün, 11:43 CƏMİYYƏT
-
Yunanıstan Baş naziri Trampın mesajına şərh verməyib
Bugün, 11:38 SİYASƏT