“Mənim saxlanılmağım barədə məlumat doğru deyil" - YAP-ın keçmiş funksionerindən iddialara reaksiya

“Mənim saxlanılmağım barədə məlumat doğru deyil\" - YAP-ın keçmiş funksionerindən iddialara reaksiya

SİYASƏT

Bugün, 16:35

Mənim saxlanılmağım barədə məlumat doğru deyil. Bu xəbəri kimsə məqsədli ötürüb. Mən YAP-ın rayon təşkilatının sədri idim. Artıq bu vəzifədən də getdim. İndi evimdə oturmuşam”.

Mia.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında saxlanılması barədə yayılan məlumatları şərh edən YAP Xaçmaz Təşkilatının eks sədri Məhəmməd Balaqadaşov deyib.

O, barəsində hər hansı istintaq hərəkətlərinin aparılıb-aparılmaması barədə suala isə belə cavab verib:”Mən bu dəqiqə sizlə danışıram. İnanmırsınızsa, gəlin Xaçmaza”.

Xatırladaq ki, saytlarda YAP-ın Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov saxlanılması barədə xəbər yayılıb.

Yeri gəlmişkən, YAP  Balaqadaşovu  Xaçmaz Rayon Təşkilatının sədri vəzifəsindən uzaqlaşdırıb. Bir neçə gün əvvəl isə onun yerinə təyinat olub.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR